COVID-19 kəskin, ya xroniki xəstəlikdir?

COVID-19 kəskin, ya xroniki xəstəlikdir?Xəstəliyin təsnifatı onun gedişinin (kəskin və xronik xəstəlik) xarakteri ilə aydınlaşdırılır.

Türkiyəli professor Osman Müftüoğlu COVID-19-un kəskin və ya xroniki xəstəlik olması fikirlərinə aydınlıq gətirib.

NTV xəbər verir ki, o koronavirus xəstəliyinin bilinən tərəflərinin hələ də son dərəcə məhdud olduğunu bildirib.

"Şübhəsiz, COVID-19 kəskin infeksiya xəstəliyidir. Qızdırma, titrətmə, boğaz ağrısı, öskürək, nəfəs darlığı və güclü zəifliklə özünü göstərir. Ümumiyyətlə, iki və ya üç həftəlik kursdan sonra ilkin kəskinləşmə yatırılır və xəstələr tamamilə sağalırlar.

Başqa sözlə desək, insanların çoxu xəstəliklə bağlı problemləri ən geci bir ay ərzində tamamilə aradan qaldırır, tam sağalaraq evinə və işinə qayıda bilir. Ancaq bu şansı əldə etməyən xəstələr də var. Və bu xəstələrdə COVID-19-un fəsadı daha uzun çəkir", - deyə professor qeyd edib.

Onun sözlərinə görə, Böyük Britaniyada aparılan yeni araşdırma nəticəsində 2020-ci ilin ilk səkkiz ayında COVID -19 diaqnozu ilə müalicə olunan 47 780 xəstənin 30 faizində (14 140 xəstə) sağaldıqdan sonra 140 gün ərzində nəfəs darlığı, yüksək qan şəkəri və ya ürək-damar xəstəliyi özünü göstərib. Hətta bu insanların 12,3 faizi həyatını itirib.

Xəstəliyin təkrarlanması və ağciyər/ürək-damar xəstəliklərinin ağırlaşması səbəbindən yenidən xəstəxanaya yerləşdirilməli olan xəstələrin əsas hissəsini yaşlılar (65 yaşdan yuxarı) təşkil edib.

"Bu xəstəlikdə xüsusən də immunitet sistemində yarana biləcək fəsadın gözləniləndən daha çox olması mümkündür. Bəzi məlumatlar hətta xəstəlikdən sonra fərqli orqanlarda (beyin, qaraciyər, böyrək, ürək) bəzi otoimmun fəsadların meydana gələ biləcəyini göstərir. Bu səbəbdən koronavirusu keçirmiş, xüsusilə də 50 yaşdan yuxarı olan hər kəs öz sağlamlığının qayğısına qalmalı və xəstəlikdən sonra da nəzarəti əldən verməməlidir", - deyə həkim xəstəliyin xroniki hala keçə biləcəyini qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1670   Tarix: 22 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Bu klinikanı cərimə gözləyir

"Medicare klinikası" MMC-yə inzibati protokol yazılıb. xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrind

29 mart
.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO

Bakıda yeni elektrik avtobusu istifadəyə verilib. -ın məlumatına görə, avtobus parkının yenilənməsi çərçivəsində 5 nömrəli marşrut xəttinə narıncı rəngli elektrikli sərnişin avtobusu buraxılıb. Qeyd edək ki, sərnişin avtobusu Çinin "Zhongtong" şirkətinin istehsalıdır

29 mart
.

Paşinyanı tənqid edən erməni polkovnikin evində axtarış aparılıb - VİDEO

Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistan ordusunun ehtiyatda olan polkovniki Volodya Avetisyanın evində axtarış aparıblar. V.Avetisyan axtarış zamanı yaşanan hadisələri telefonuna çəkərək öz "Facebook" səhifəsində paylaşıb. V.Avetisyan baş verənlərə görə, Ermənistanı

29 mart