18 yaşlı oğlunu qətlə yetirib yandırdılar, özünü isə evində boğub öldürdülər – Atasının verdiyi sərvət bəstəkarın həyatını kabusa çevirdi

18 yaşlı oğlunu qətlə yetirib yandırdılar, özünü isə evində boğub öldürdülər – Atasının verdiyi sərvət bəstəkarın həyatını kabusa çevirdiBiG.AZ kulis.az-a istinadən məşhur bəstəkar Tamella Məmmədzadə haqqında maraqlı faktları təqdim edir.

Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur. Bu evlilikdən onun üç övladı doğulur. Ancaq Tamella xanımın anası Sara xanım ikinci dəfə ailə qurmur və özünü qızının tərbiyəsinə həsr edir. O, həyat yoldaşını heç vaxt bağışlamır, ömrünün sonuna qədər onunla danışmır.

***

Tamella Məmmədzadə "Ağarma, saçım!", "Ana", "Arzuya bax, sevgilim!", "Bənövşələr qoxuyanda", "Bir xəbər ver, külək!", "Dostlar olmasa", "Həsrətim mənim", "Neçin gəlməz?", "Yaşa, ürəyim!" kimi məşhur mahnıların bəstəkarı olub. Ömrünün son illərində Cavad xana həsr olunmuş "Türk oğlu" baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.

***

Tamella xanım çox erkən, 18 yaşında bir idmançı ilə ailə həyatı qurur. Lap körpəykən atasından uzaq düşən bəstəkar toyu günü atasına qovuşur. Artıq Avstriyada böyük iş adamı, böyük qızıl mağazalarının sahibi olan atası on ildən sonra ilk dəfə Bakıya qızının toyuna gəlir.

***

Tamella xanımın gənc yaşda qurduğu ailənin ömrü uzun çəkmir. Oğlu Çingiz doğulandan bir müddət sonra həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək üçün suya atılanda boğularaq dünyasını dəyişir.

***

1981-ci ildə evə gec və sərxoş gələn 18 yaşlı Çingiz dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.

Polis işçiləri hadisə yerinə çatanda tonqalın üstünə uzadılan cəsədin böyük hissəsi tanınmaz hala düşmüşdü. Yalnız ayaqların topuq hissəsi, şalvarın balaqları və ayaqqabılar salamat qalmışdı.

***

Çingizin ölümünə səbəb Avstriyada yüksək imkan sahibi olan, vaxtilə Sibirə sürgün edilən babası Məmmədağanın qızı Tamellaya ad günü münasibəti ilə bağışladığı çox qiymətli brilliant dəsti imiş.

***

Xüsusi zövqlə işlənmiş bu bəzək əşyasının qiyməti inanılmaz dərəcədə yüksək idi. Məhz bu hədiyyə ailəyə böyük bədbəxtlik gətirir. Çingizin dostu Alik onu özü ilə Mərdəkandakı bağlarına qonaq aparır, onlar gedib bağ evinə çatdıqdan bir qədər sonra başqa iki nəfər tanışları da "təsadüfən" gəlib ora çıxır. Sən demə, onlar bu işi əvvəlcədən planlaşdırıblarmış. Xeyli yeyib-içdikdən sonra Alik ondan babasının gətirdiyi brilyantların yerini soruşur və bu saat həmin komplekti onlara çatdırmasını tələb edir. Ancaq nə qədər qorxutsalar da, onun inadını sındıra bilmirlər. Məqsədlərinə çata bilməyəcəklərini görəndə elə bağ evindəcə qətlə yetirirlər.

***

Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.

Tamella Məmmədzadə oğlunun ölümündən bir müddət sonra ikinci dəfə ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa da, hər iki hamiləliyini dayandırır. Bir müddət sonra o, həyatının maraqsız olduğunu hiss edir və əri ilə qərara alırlar ki, övladlığa uşaq götürsünlər. Uşaqlardan biri ər tərəfin qohumlarından yeni doğulmuş oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız olur. Bu əhvalatdan altı ay keçir, Tamella xanımın ikinci həyat yoldaşı da dünyasını dəyişir.

***

İki uşaqla tək qalan bəstəkarın həyatı rahat olmur. Dörd yaşlı qızcığazı ailəsinə qaytarmalı olur. Oğlan uşağını saxlayır. Lakin hər dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır, ondan küllü miqdarda pul tələb edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə müraciət edir və uzun mübarizədən sonra uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.

***

60 illik yubileyində istəyir ya Amerikaya, ya da Fransaya getsin. Sonradan bu fikirdən vaz keçir. Ömrünün son illərində çox ağlayır, özünü bədbəxt hiss edirmiş.

***

Ahıl yaşında həyat yoldaşını itirmiş ailə dostu Məcid adlı bir kişi ilə ailə qurmaq istəsə də bu fikirdən vaz keçir.

Günlərin birində bəstəkarın qızı kimi saxladığı, toy edib köməklik göstərdiyi qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Hamıya qohumu kimi təqdim etdiyi qulluqçusunu əri ilə evə buraxan bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə keçir. Bu zaman Məcid müəllim zəng vurur. Ona hər gün serialın başlandığını deyir. Söhbət əsnasında Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq qonaqların bu zəngdən xəbəri olmur.

***

Mətbəxdən əlində çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri kəmərlə boğur və qızıllarının yerini soruşur. Bəstəkar qızılların yerini deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri razılaşsa da, qadın razılaşmır. Deyir, o, oğlunu öldürən adamı həbs etdirdi, bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.

***

Üç gün morqda qalan bəstəkarın nəşini nəhayət dördüncü gün qohumlarına verirlər. Çox sakit keçən yas mərasiminə vaxtilə çiyin-çiyinə çalışdığı sənət dostlarından heç kim gəlmir. O, öz səsi ilə oxuduğu musiqi sədaları ilə dəfn olunur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6116   Tarix: 23 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ekoloji mövzuda birgə tədbir keçiriblər

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəl

22 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı saxlanıldı - YENİLƏNİB

Tavuşda keçirilən etiraz aksiyalarında yeddi Ermənistan vətəndaşı xuliqanlıqda şübhəli bilinərək saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib. Saxlanılanlar arasında "Hayastan" fraksiyasından olan deputat Qarnik Danielyanla dalaşan M.A. da var. 11:29. Ermənistanın "Döyü

22 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Vaqif Sadıqov Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Vaqif Əmirxan oğlu Sadıqov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

22 aprel
.

"Azərbaycan-Ermənistan arasında aparılan iktərəfli danışıqlar sülh müqaviləsinin imzalanma prosesini tezləşdirə bilər" - DEPUTAT

"Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması Ermənistanı silahlandırmaqla iki ölkə arasında yenidən müharibə qığılcımlarını yaratmaq istəyən qüvvələrin növbəti xain planını iflasa uğratdı". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki, bir güllə belə atmadan Qazaxı

22 aprel
.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Nazirdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib. "Azərbaycan müəllimi" xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənm

22 aprel