Azərbaycanlı dənizçinin öldürməsinin ANBAAN GÖRÜNTÜSÜ - VİDEO
Yanvarın 22-də Qvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub.
Sonxeber.az xəbər verir ki, hücumdan sağ xilas olan baş mühəndis Süha Tatlıgül həmin anlarda baş verənləri danışıb.
Bildirib ki, dəniz quldurlarının gəmiyə hücumu zamanı heyət üzvləri kapitanın otağına girərək qapıları bağlayıblar. Lakin quldurlar saatlarla davam edən çalışmadan sonra qapıları aça bilib.
Xatırladaq ki, Liberiya bayrağı altında üzən "Mozart" adlı gəmiyə hücum edən dəniz quldurları Azərbaycan vətəndaşı olan heyət üzvü, ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər. 15 heyət üzvünü isə girov götürüblər və gəmidən uzaqlaşıblar. Xilas olan gəmi kapitanı və 2 heyət üzvü gəmini Qabon limanına istiqamətləndirib.
Süha Tatlıgül deyir ki, quldurların gəmiyə hücumu səhər saat 6 radələrində başladı. "Kapitan otağına girib qapıları içəridən bağladıq. 6-7 saat qapıları qırmağa çalışdılar. Saat 13.30 radələrində "laqunda" ilə kəsib içəri keçdilər. Mən qapının açıldığını görəndə lyuku açıb aşağı tullandım, qaranlıq yerdə gizləndim. İçəri girən kimi atəş açdılar. Azərbaycan türkü olan ikinci mühəndisimiz öldü. 14.30 radələrində sakitlik yarandı. Heyət üzvlərindən biri quldurların getdiyini xəbər verdi, çölə çıxdım. Dərhal mühərrikləri işə salıb yola çıxdıq", - türkiyəli dənizçi bildirir.
Gəmi dünən axşam saatlarında Qabonun Port-Gentil limanı sahillərinə yan alıb. Türkiyənin Librevildəki səfiri Nilufer Erdem Kayğısız "Anadolu" agentliyinə bildirib ki, qayıqlarla gəmiyə yan alacaqlar və azərbaycanlı dənizçinin cənazəsini götürəcəklər. Cənazə əvvəlcə morqa aparılacaq, daha sonra Azərbaycana yola salınması üçün zəruri tədbirlər görüləcək.
Quldurların qaçırdığı 15 heyət üzvünün hamısı Türkiyə vətəndaşıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dənizçilərin xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi üçün tapşırıq verib, Türkiyənin Nigeriya və qonşu ölkələrdəki səfirlikləri hərəkətə keçib. Quldurların dənizçiləri hansı istiqamətə apardığı hələ məlum deyil. Bir qayda olaraq afrikalı dəniz quldurları qaçırdıqları dənizçilərə görə iri məbləğlərdə pul tələb edirlər./Virtualaz.org
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 11232 Tarix: 25 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Arıqlamaq istəyənlər, DİQQƏT: Heç bir pəhriz sizə kömək etmir?
Sizlərə Fransa istehsalı olan FATZORB kapsullarını təqdim edirik. . 1)İştahı kəsir . . 2)metobalizmani gücləndirir. . 3)piy qatlarını əridir. . 4)Kapsullar bitki tərkibli və ziyansızdır. . . . MƏHSUL HAQDA ƏTRAFLI. . Bir kurs ərzində orqanizmdən asılı olaraq 5-12 kg arıqlamaq mümkündür.. . Sifariş v
23 fevralSaç tökülməsinə ÇARƏ TAPILDI!
Məhsul haqda ətraflı. Sifariş:055 239 54 49. Hörmətli dostlar nəzərinizə türkiyə istehsalı olan BLACK SERUM saç losyonunu təqdim etmək istərdim:. ⚜️Saç tökülməsinin qarşısını alır. ⚜️Yeni tüklər əmələ gətirir. ⚜️Saçlar daha tez uzanır. ⚜️Saçda kəpəyin qarşısını alır. ⚜️Saç yağlığını arada
9 fevralArıqlamaq istəyirsiniz?
MƏHSUL HAQDA ƏTRAFLI. . Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul.. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı
27 yanvarXərçəng xəstəliyinin elmə məlum olmayan əlaməti AŞKARLANDI
Rusiyalı məşhur həkim və televiziya aparıcısı Aleksandr Myasnikov, insanda onkoloji xəstəliyə dəlalət edən və indiyədək elmə məlum olmayan daha bir əlaməti qeyd edib.. . O, bu barədə "Rossoya 1" telekanalının efirində danışıb.. . Həkim qan laxtalanmasının xərçəngin əlaməti ola biləcəyini söyləyib
25 yanvarBu tərəvəz ömrü uzadır, xəstəliklərdən QORUYUR
ABŞ-ın Ohayo ştatında yerləşən Klivlend Klinikasının alimləri 570 insanın təbii qida qəbulu ilə bağlı tədqiqatlar aparıblar.. . Araşdırmalar zamanı Çin və İtaliyalı elm adamlarının təcrübələrindən də istifadə edilib.. . Məlum olub ki, acı bibər xərçəng, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır
25 yanvarVirusoloqdan koronavirusa qarşı immunitet artıran gözlənilməz amil
Koronavirus parçaları bağırsaq traktında qalarsa, bu infeksiyaya qarşı antikorlar daha uzun müddət qala bilər.. . Bu barədə virusoloq, professor Aleksandr Çepurnov Ura.ru-ya verdiyi müsahibəsində deyib.. . Bağırsaq traktında çox sayda immunokompetent düyün olduğunu və bunun antikorların mövcud olma müddətin
25 yanvarSiqaret pulu üstündə qardaşını öldürdü
Türkiyənin Dənizli şəhərində ölümlə nəticələnən cinayət hadisəsi baş verib. Siqaret almaq üçün ona pul verməyən anası Sidiqə Şəfəqin dalınca əlində çörək bıçağı ilə qaçan Volkan Şəfəq adlı gənc araya girən qardaşı Yasin Şəfəqi yaralayıb.. . "Haber Global" xəbər verir ki, xəstəxanaya çatdırıla
25 yanvarGecələr tez-tez oyanmaq təhlükəli xəstəliyin əlaməti ola bilər
Gecələr tez-tez oyanmaq qalxanabənzər vəzin, tənəffüs yolları və ürək-damar sistemi daxil olmaqla bir sıra orqanların işindəki problemlərlə əlaqələndirilə bilər.. . Bunu somnoloq Yelena Tsareva News.ru-ya açıqlamasında deyib.. . Onun sözlərinə görə, yuxu problemləri həmçinin narahatlıq, depressiya, hətt
25 yanvarQonşu yanan mənzildən beş uşağı xilas etdi - VİDEO
Rusiyanın Perm vilayətində mənzillərin birində baş verən yanğın az qala faciə ilə nəticələnəcəkdi.. . "Vesti"nin məlumatına görə, Berezniki rayonundakı Sülh küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib. Mənzildə yaşayan ana 7 aylıqdan 12 yaşadək olan beş uşağını evdə tək qoyaraq iş
25 yanvar