İlham Əliyev FƏRMAN İMZALADI
"Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edilib.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 156-VIQD nömrəli və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 30 iyun tarixli 157-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar qərara alıram:
"Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1330; 2017, № 11, maddə 1995) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
"3.3. qeyri-hökumət təşkilatları tərəfindən qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrinin qeydə alınmaq üçün təqdim edilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması və qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;".
2. Aşağıdakı məzmunda 3.3-1-ci və 3.3-2-ci bəndlər əlavə edilsin:
"3.3-1. qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların qeyri-hökumət təşkilatları tərəfindən təqdim edilməsi və bu məlumatların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil edilməsi;
3.3-2. qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı;".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 7707 Tarix: 27 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Putindən Qarabağla bağlı AÇIQLAMA
"Üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir. Qan tökülməsini dayandırmağı, tam atəşkəsə nail olmağı və sabitləşmə prosesinə başlamağı bacardıq".. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Davos forumunda çıxışında söyləyib.. . "İnd
27 yanvarCeyhun Bayramov yenidən Çavuşoğlu ilə DANIŞDI
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığına dair məlumat yayıb.. . Sonxeber.az-a daxil olan məlumatda deyilir ki, yanvarın 27-də Azərbaycan Respublikası xarici işlər nazir
27 yanvarAzərbaycan XİN Türkiyəyə təşəkkür etdi
Fərman İsmayılovun nəşinin Azərbaycana çatdırılmasına görə, Türkiyə tərəfinə öz minnətdarlığımızı bildiririk.. . Sonxeber.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.. . Onun sözlərinə görə, Nigeriya sahillərind
27 yanvarPrezident Şuşa ilə bağlı tapşırıq verdi
Düşmən Şuşanı talan edib, viran qoyub, dağıdıb. Şuşada olarkən, bu acı mənzərəni seyr edərkən adamın ürəyi ağrıyır. Amma biz bütün infrastruktur layihələrini icra edərək Şuşanı tez bir zamanda bərpa edəcəyik. . . Bu sözləri Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəs
27 yanvarRəsmi Bakıdan AŞPA-nın qətnaməsinə REAKSİYA
"25 yanvar 2021-ci il tarixində Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin "AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı" adlı qətnamə qəbul edilib.. . Qeyd edək ki, hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq prosedurun
26 yanvarRusiya səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Yanvarın 26-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.. . XİN-dən Sonxeber-az-a verilən məlumata görə, görüşdə Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" partiyasından olan üzvü Vitaliy Milonovun erməni KİV-nə müsahibəs
26 yanvarÇinin sahil mühafizəsinə xarici gəmilərə atəş açmağa icazə verildi
Çinin Sahil Mühafizəsi Xidmətinə ehtiyac olacağı halda xarici gəmilərə atəş açmaq hüququ verilib.. . Bu barədə "Reuters" məlumat yayıb.. . Ölkədə qəbul edilən qanun sahil mühafizəsinə xarici gəmilər tərəfindən təhlükə yarandığı halda bunun qarşısını almaq üçün bütün zəruri tədbirləri görmə
24 yanvarAzərbaycan və Türkiyə XİN rəhbərləri gəmiyə edilən hücumu müzakirə edib
Bu ilin 24 yanvar tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.. . Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Mevlüt Çavuşoğlu dəniz quldurlarını
24 yanvar