Zakir Həsənov Karaosmanoğluyla Qarabağdan danışdı - FOTO

Zakir Həsənov Karaosmanoğluyla Qarabağdan danışdı - FOTOYanvarın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini cənab Yunus Emre Karaosmanoğlu ilə görüşüb.

Sonxeber.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Z.Həsənov Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz olduğunu qeyd edərək iki ölkə arasında hərbi əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu əməkdaşlığın inkişaf etdiyini və möhkəmləndiyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının dostluq münasibətlərinin mühüm rol oynadığını deyən general-polkovnik Z.Həsənov bu münasibətlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsi və inkişafına müsbət təsir göstərdiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov qeyd edib ki, tarixə Vətən müharibəsi kimi düşən ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi. Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə sona çatmasında Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan Müdafiə naziri Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.

Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.

Öz növbəsində Türkiyə Milli Müdafiə nazirinin müavini Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Cənab Y.E.Karaosmanoğlu Birgə Monitorinq Mərkəzinin tam həcmdə fəaliyyət göstərməsi üçün görülən işlərə və mərkəzdə yaradılan şəraitə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib. Türkiyə Milli Müdafiə nazirinin müavini əmin olduğunu bildirib ki, mərkəz təyinatı üzrə fəaliyyət göstərərək qarşısında duran vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələcək, bölgədə sülhün və sabitliyin təmin edilməsinə nail olacaq.

Türkiyə Milli Müdafiə nazirinin müavini Azərbaycan ilə Türkiyə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyini qeyd edib.

Tərəflər hərbi əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini əsas gətirilərək bu istiqamətdə, xüsusilə hərbi-texniki əməkdaşlıq və birgə təlimlərin keçirilməsi sahəsində səylərin daha da artırılmasının zəruriliyini qeyd ediblər.Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında keçirilən hərbi təlimlər hər iki ölkə ordularının şəxsi heyətinin peşəkarlığının artırılması ilə yanaşı bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin qorunub-saxlanılmasına xidmət edir.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı digər məsələlər barədə də ətraflı fikir mübadiləsi aparılıb.
Zakir Həsənov Karaosmanoğluyla Qarabağdan danışdı - FOTOZakir Həsənov Karaosmanoğluyla Qarabağdan danışdı - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1643   Tarix: 30 yanvar 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart
.

Müharibə başlayandan bəri Qəzzada ölən fələstinlilərin SAYI AÇIQLANDI

İsraillə Fələstin arasında münasibətlərin kəskinləşməsindən bəri indiyədək 32 782 fələstinli həlak olub. Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. "Ötən ilin oktyabr ayından bu yana İsrailin Qəzza zolağına təcavüzü qurbanlarının sayı 32 782 nəfərə çatıb, ən azı 75 298 nəfə

31 mart
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəli

9 aprel
.

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir - VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyində

14 yanvar