Azərbaycanda yeni porfir mis-qızıl yatağı aşkar edilib - VİDEO

Azərbaycanda yeni porfir mis-qızıl yatağı aşkar edilib - VİDEOQızıl dağlar, sözün əsl mənasında qızıl. Bu qiymətli metal ölkəmizdə həm də Gədəbəy dağlarından çıxarılır. Rayon mərkəzinə yaxın ərazidə yerləşən mədəndəki 3 yataqdan qızılla yanaşı gümüş və mis hasil olunur.

Sonxeber.az AZTV-yə istinadən xəbər verir ki, "Azerbaijan İnternational Mining Company Limited" "Gədəbəy" müqavilə sahəsində daha bir yataq kəşf edib.

Geologiya və mədən üzrə direktor Stefen Vesthed deyir ki, çox təcrübəli geoloji komandaları var: "Onlar müxtəlif minerallaşma sahələrində potensial filizli hədəflərdə geoloji tədqiqatlar həyata keçirirlər. Bu hədəflərdən birində daha intensiv buruq qazma işlərinə başlamışıq və "Zəfər" yatağını müəyyənləşdirmişik. Burada bizim 3 buruq qazma qurğumuz qazma işləri aparır".

Bu qurğularla ərazidə 12 buruq quyusu olmaqla ümumilikdə 7675 metr quyu qazılıb. Nəticədə üç minerallaşmış zona müəyyənləşdirilib. "Zəfər" yatağı kompleks geoloji kəşfiyyat və xəritəalma ilə kəşf olunub.

Yatağın ilkin qiymətləndirilməsi nəticəsində təqribən 6 milyon ton filiz kütləsinin olduğu müəyyənləşdirlib. Şirkət gələcək hasilat və istehsalın iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın filizləşməsinin davamlılığını qiymətləndirməyə bundan sonra da davam edəcək. Mütəxəssislər deyirlər ki, "Zəfər" çətin kəşf edilən yataqlar qrupuna daxildir. Çünki filiz 260 metr dərinlikdə yerləşir və yer səthində heç bir təbii açılışı qeyd olunmur. Perspektivi isə yüksəkdir.

Gədəbəy müqavilə sahəsində "Zəfər"dən əlavə "Gədəbəy", "Uğur" və "Qədir" yataqları var. Zəfər yatağı kimi "Uğur" və "Qədir" yataqları da şirkətin geoloqları tərəfindən kəşf olunub. Mədən ərazisində 900-ə yaxını yerli sakin olmaqla ümumilikdə 1300-dən yuxarı işçi çalışır. Yeni yatağın kəşfi isə həm də əlavə iş yerləri deməkdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 3331   Tarix: 07 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda hotellər üzrə orta qiymət azalıb

Cari ilin aprel ayında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət öncəki ayla müqayisədə bir qədər azalaraq 131,67 manat təşkil edib. -ın xəbərinə görə, yanvarda Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə üzrə orta qiymət 87,50, fevralda 102,67, ötən ay isə 134,3

6 aprel
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Azərbaycanda dollarla bağlı VACİB AÇIQLAMA

"Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 79,4 milyon dollarlıq sifariş qeydə alınıb. Bütövükdə, mart ayının geridə qalan günlərində hərraclarda 227.4 milyon dollar satılıb". xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. Deputat əlavə edib ki, bu ilin ilk 2 ayı, xüsusə

12 mart
.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel