İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi necə gedir?

İşğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi necə gedir?İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Minalardan və partlamamış sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilmişdir.

İclasda iştirak edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov dövlət başçısının müvafiq tapşırıqlarını rəhbər tutaraq Minatəmizləmə Agentliyi tərəfindən aparılan işlər barədə ətraflı məlumat vermişdir.

İclasda İşçi Qrupun üzvü olan müvafiq qurumlarla yanaşı işğaldan azad edilmiş ərazilərdə infrastruktur layihələrini həyata keçirən "Azərbaycan Dəmir Yolları" QSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ASC, "Azərişıq" ASC-nin rəhbər şəxsləri iştirak etmişdir.

İşğaldan azad olunmuş ərazilərdə minalardan və partlamamış sursatlardan təmizləmə işlərini həyata keçirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən həyata keçirilən və planlaşdırılan prioritet layihələrin, o cümlədən dəmir və avtomobil yollarının tikintisi, kommunikasiya xətlərinin qurulması və Füzuli hava limanının inşası ilə bağlı icra edilən minatəmizləmə əməliyyatlarının gedişi barədə ətraflı məlumatlar verilmişdir. Bu istiqamətdə görülən işlərin İşçi Qrup çərçivəsində daima sıx şəkildə əlaqələndirilməklə həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.

İşçi Qrupunun iclasında minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə işləri, xəbərdaredici təbliğatın aparılması və bu istiqamətdə dövlət qurumlarının birgə əməkdaşlığının zəruriliyi qeyd olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.///milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1654   Tarix: 13 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel
.

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir - VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyində

14 yanvar
.

İranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV

İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb

14 aprel
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart
.

İsrail PUA-ların buraxılmasına cavab olaraq Livana zərbələr endirib

İsrail ordusu PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq "Hizbullah"ın Livandakı hədəflərinə zərbələr endirib. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələr

14 aprel
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart