Azad olunmuş ərazilərdə 106 yeni abidə AŞKARLANDI

Azad olunmuş ərazilərdə 106 yeni abidə AŞKARLANDI"Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssələrinin monitorinqlərinə başlanılıb.

Mədəniyyət Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib.

Bundan əlavə, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib.

Həmçinin aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin ixtisaslaşmış müəssisələrinin son 30 ildə həyata keçirməli olduğu faktaraşdırıcı missiyalar təşkil edilmədiyinə görə inventarlaşdırma prosesi boşluğu doldurmalı olub. Hazırkı monitorinq Ermənistan Respublikasının 30 illik işğalı nəticəsində tarix-mədəniyyət abidələrinə qarşı törətdiyi qanunsuz hərəkətləri həmin ərazilərin hansı vəziyyətdə təhvil alındığını müəyyənləşdirməyə imkan verib.

Təəssüflə qeyd etməliyik ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir edilib.

Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.

Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib.

Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyən olunub. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb.

Erməni silahlı qüvvələri tərəfindən ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olmuşdur. Ermənistan Respublikası xalqımıza məxsus məscidlərin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirmişlər. İşğal olunmuş ərazilərdə yerləşən zəngin mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələrə bu cür münasibət dünya irsinə qarşı yönəlmiş təhdiddir.

Dini ibadət yerlərinin dağıdılması və donuzların saxlanıldığı yer kimi istifadə olunması erməni vandalizminin bariz nümunəsidir və bu abidələrin timsalında dünya və ölkəmizin mədəni irsinə münasibət beynəlxalq təşkilatlar, xarici dövlətlərin qınağına səbəb olmalıdır. Bu hal Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir.

Təcavüzkar Ermənistan rəhbərliyinin təşkilatçılığı ilə Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunmuşdur. Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində "bərpa" işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olmuş, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia etmişdir. Məqsəd isə iki qonşu və dost xalqı bir-birinə qarşı qoymaq idi.

Ermənistan tərəfinin vandalizmi yalnız müsəlman tarixi dini-memarlıq abidələrinə deyil, həmçinin xristian tarixi-dini abidələrinə münasibətdə də özünü göstərib. Belə ki, Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalmışdır. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülmüşdür. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.

Ermənistan Respublikası tərəfindən memarlıq və arxeoloji abidələrlə yanaşı bağ-park, monumental və xatirə abidələri də dağıdılıb. Belə ki, Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilmişdir. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb.

Ermənistan tərəfinin mədəniyyət obyektlərinə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında" Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozub.

Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2121   Tarix: 18 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Məşhur serialın meksikalı aktrisa vəfat edib

Məşhur serialın meksikalı aktrisa Renata Flores 74 yaşında vəfat edib. Qeyd edək ki, Renata Flores bir zamanlar çox populyar olan "Vəhşi qızılgül" (Dikaya roza) teleserialında xadimə Leopoldina rolu ilə tanınıb

10 fevral
.

Nazirlər Kabinetindən tarix və mədəniyyət abidələri ilə bağlı QƏRAR

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu" "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"na daxil edilib. Bu barədə Nazirlər Kabineti qərar verib. Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVII əsrlər) də "Yerli əhəmiyyətl

27 fevral
.

"Uşaqlığın son gecəsi"nin Muradını kim səsləndirib? - Xalq artisti ilə bağlı maraqlı FAKT

"Dublyaj çox çətin sahədir. "Azərbaycanfilm" kinostudiyasına gediş-gəlişim başlayan zamanlarda ara-sıra dublyajda da özümü sınayırdım, xırda-para rolları səsləndirirdim. "Hələ bu sahəyə yeni ayaq döyürdük" demək daha doğru olar. Amma "Uşaqlığın son gecəsi"ndə Ənvə

17 fevral
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral