Azərbaycana turist axını AZALIB
Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül bu ilin yanvar ayında da davam edir.
Sonxeber.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycana dünyanın 105 ölkəsindən 36,1 min və yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Yanvarda ölkəmizə gələnlərin 34,1 %-i Rusiya, 28,4 %-i Türkiyə, 13,1 %-i İran, 11,7 %-i Gürcüstan, 2,1 %-i Ukrayna, 1,5 %-i Böyük Britaniya, 1 %-i Belarus, hər birindən 0,8 % olmaqla Özbəkistan və Türkmənistan, 0,7 %-i Qazaxıstan, 0,6 %-i Almaniya, 0,5 %-i İtaliya, 0,4 %-i ABŞ, 0,3 %-i Fransa, 4%-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 95,2 %-ni kişilər, 4,8 %-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar ayında Gürcüstandan gələnlərin sayı 15,1 dəfə, Qazaxıstandan - 12,6 dəfə, Türkmənistandan - 8,8 dəfə, Özbəkistandan - 6 dəfə, Rusiyandan - 5,5 dəfə, Ukraynadan - 5,3 dəfə, Böyük Britaniyadan - 3,5 dəfə, İrandan - 2,8 dəfə, Belarusdan - 2,6 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.
Ötən ilin yanvar ayı ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72%-i dəmir yolu və avtomobil, 23,4 %-i hava, 4,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşToylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:
6 iyul 2021Millət vəkilindən qeyri-neft sektorundakı artımla bağlı AÇIQLAMA
Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsa
19 may 2021Bir ölkə sakini aya nə qədər pul xərcləyir? - FOTO
2021-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 12 milyard manatlıq məhsul satılıb. -a istinadən xəbər verir ki, bu dövrdə 6,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-apre
17 may 2021İdxal və ixrac olunan məhsullar AÇIQLANDI
Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə
24 iyul 2021İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam
Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb
8 may 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021