Binəli Yıldırım: "Qarabağdakı qələbənin gözlə görünməyən arxa planları var"
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsinin gözlə görünməyən arxa planları var.
Sonxeber.az xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım "Milli Məclis" jurnalına müsahibəsində deyib .
"Odur ki, kimsənin qalxıb "bu zonada qəfil bir münaqişə başladı, Azərbaycan ordusu da öhdəsindən gəldi’’, - söyləməsi doğru olmazdı", - deyən B.Yıldırım əlavə edib ki, geriyə baxaraq, ən azı 5-10 illik hazırlıq prosesini, doğru strateji qərarları sezmək önəmlidir.
O qeyd edib ki, bu dövrdə Azərbaycan əsgərləri güclü təlimlər keçdilər və ordu möhtəşəm şəkildə təchiz edildi.
"Ermənistanla bu qarşıdurma əlbəttə ki, bir gün olacaqdı. Bax, bu günə ciddi hazırlaşan Ali Baş Komandan İlham Əliyev atasına da verdiyi sözə sadiq qalaraq kifayət qədər gənc yaşından Azərbaycanın çətin idarəetmə məsuliyyətinin, onu mütləq qələbəyə aparacaq doğru yolun özülünün qoyulması yükünün altına çəkinmədən girdi. Ermənistan Qarabağdan qopduğunun fərqinə varınca, cəbhəni genişləndirmək, müharibəni Qarabağ müstəvisindən çıxarmaq üçün nələr etmədi!? Tərtər, Gəncə, Ağdam və digər məntəqələrə raket zərbələri endirildi, amma İlham Əliyev bunların bir oyun olduğunu bilərək, səbirli davrandı, müdrik qərarlar verdi və bunun müsbət nəticə verəcəyinə əmin oldu. Gedişat isə məhz belə oldu".
Eks-baş nazir bildirib ki, Türkiyə bu gedişatı narahatlıqla izləyirdi, çünki Azərbaycanın bəzi ictimai dairələrində də ermənilərə onların tərzində cavab vermək istiqamətində qəzəb formalaşmışdı.
"Lakin İlham Əliyev bu təhlükələrə qarşı çox ağıllı və həssas mövqe sərgiləyərək, Qarabağ savaşının Azərbaycanla Ermənistan arasında total müharibəyə çevrilməsinə əsla icazə verməyəcəyini açıqca söylədi və bu yöndə əlindən gələni etdi. Bildiyiniz kimi, Ermənistan bu arada böyük oyunlar oynadı, istər Rusiyanı, istər Avropanı və Birləşmiş Millətlər Təşkilatını bu münaqişəyə cəlb etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını işə salmaq üçün xeyli səylər göstərdi, lakin onların heç biri nəticə vermədi", - deyə B.Yıldırım söyləyib./Oxu.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1003 Tarix: 20 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPrezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy
16 aprelErmənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd
16 aprelSülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi
Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın
16 aprelDövlət Gömrük Komitəsinə yeni TƏYİNAT - FOTO
Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinov
9 aprelİrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib
Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini
15 aprelPrezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad
17 aprel