Binəli Yıldırım: "Qarabağ dastanı yazılanda bəzi ölkələr harada idilər?"
"Ermənistan rəhbərliyi illərdir bölgədə sabitliyi pozacaq yanlış siyasət yürüdür: Türkiyə ilə sərhədini tanımır, Qarabağı işğal edir və sairə. Bu yerdə deyərlər ki, "sənin ətin nə, budun nə? Sən kimə güvənirsən axı?"
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Milli Məclis" jurnalına müsahibəsində Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım deyib.
"Ermənistan erməni diasporuna, ya Avropa ölkələrinə, məsələn, Fransaya güvənir? Bəlkə Amerikaya güvənir? Yaxşı, o zaman Qarabağ dastanı yazılanda bu ölkələr harada idilər?", - deyə B.Yıldırım əlavə edib.
O qeyd edib ki, adıçəkilən ölkələrdən heç biri prosesə qarışa bilmədi.
"Nə edə bildilər ki? Çünki ortada bütün beynəlxalq hüquq normalarına görə ədalətsiz bir durum vardı. O da bu idi ki, Ermənistan bölgədə quldur rolunu oynayır və haqsız tələblər irəli sürürdü; 30 ildən çox idi ki, Azərbaycanın 20 % torpaqlarını ələ keçirmişdi".
Eks-baş nazir Rusiya faktoruna toxunaraq deyib ki, Rusiya da bu haqsızlığı və Ermənistanın işğalçılığını müdafiə etmədi.
"Rusiya ilk gündən çox açıq və konkret duruş ortaya qoydu. Paşinyan Moskvanı müharibəyə cəlb etmək üçün dəridən-qabıqdan çıxırdı, telefon zəngləri edirdi. Putin isə bildirirdi ki, Azərbaycan öz ərazisi daxilində müharibə aparır, bu, onun daxili işidir və Rusiya bu prosesin xaricindədir. Bu, olduqca vacib bir detaldır. Rusiyanın 30 illik regional strategiyasında bu, köklü dəyişiklik deməkdir. Rəsmi Moskva daha çox bölgədə sabitliyin bərqərar olmasına diqqət yetirdi. Bunu qiymətləndirməliyik. Bu qələbədə mənəvi olaraq, ən böyük paylardan biri də Türkiyəyə və Rəcəb Tayyib Ərdoğana aiddir. Onu da deyim ki, Türkiyə maddi, mənəvi və texniki cəhətdən bundan sonra da hər zaman Azərbaycanın yanındadır. Müharibə bitdi, müqavilələr imzalandı, sülhməramlı qüvvələr xüsusi zonada yerləşdirildi. Türkiyə də bölgədə barışın daimi olması üçün orada rol aldı. Amma yaxın keçmişə nəzər salaq - Qərb qarışırdı, Fransa qarışırdı, Amerika qarışırdı, buna görə də sülh əldə olunmurdu. İndi isə prosesin iştirakçıları elə regionun dörd vacib ölkəsidir: Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan. Əlbəttə ki, belə olan halda məsələ daha asan idarə olundu, həlli istiqamətində davamlı addımlar atıldı və sonda xarici müdaxilələr də ortadan qalxdı".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1020 Tarix: 20 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşSülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam
31 avqust 2021Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B
15 sentyabr 2021"O, ermənipərəst mövqedən çıxış edirdi" - Deputatdan AÇIQLAMA
Rüstəm Muradov xidməti vəzifəsini bitirdikdən sonra onun ardınca səslənən söz-söhbətlər bitib-tükənmək bilmir. İstər Azərbaycan tərəfi, istərsə də Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımız, Muradovun komandanlıq etdiyi sülhməramlı qüvvələrin fəaliyyətindən narazılıq göstəriblər. Mövzu ilə bağl
8 sentyabr 2021Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb
12 sentyabr 2021