Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq və Azərbaycan Ordusu... - Rusiyadan SENSASİON AÇIQLAMA

Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq və Azərbaycan Ordusu... - Rusiyadan SENSASİON AÇIQLAMARusiya parlamentarilərinin Azərbaycana səfəri rusiyalı sülhməramlıların işi ilə tanış olmaq və azərbaycanlı tərəfdaşlarla dialoq qurmaq məqsədi daşıyır.

Sonxeber.az xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın "Nasionalnaya slujba novostey" ("Milli xəbər xidməti") informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan "Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri" mövzusunda "Moskva-Bakı" telekörpüsünün gedişi zamanı bildirib.
O qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında 2020-ci ilin noyabrında imzalanan Bəyanata riayət olunur, hər şey plan üzrə gedir.

Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib.

S.Markov deyib: "Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir".

Ekspertin fikrincə, ikinci problem erməni millətçiləri tərəfindən törədilə biləcək terror aktları təhlükəsidir. İfrat millətçi qruplaşmalar sülh sazişləri ilə razı deyillər. "Daşnaksutyun" və "Sasna Tsrer" terror təşkilatları terror aktlarının keçirilməsində böyük təcrübəyə malikdirlər.

Politoloq deyib: "Ermənistanda məşhur olan Qaregin Njde Üçüncü Reyxlə əməkdaşlıq edib, Bolqarıstan ərazisində təxribatçı qrupların təşkil olunmasına kömək göstərib. Bu təxribatçı qruplar körpüləri partlatmaq, bizim əsgərlərimizi öldürmək, obyektlərdə terror aktları törətmək üçün Qızıl Ordunun arxa cəbhəsinə dəstələr göndərirdilər. Dağlıq Qarabağda Njdeyə heykəl qoyulması, Ermənistanda onun heykəlinin hələ də qalması biabırçılıqdır".

S.Markovun sözlərinə görə, bu gün ən vacib məsələ işğaldan azad edilmiş ərazilərdə kommunikasiyaların yenidən işə salınmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev regionun iqtisadi baxımdan dirçəldilməsi üzrə irimiqyaslı plan elan edib. Bunun üçün kommunikasiyaların bərpası vacibdir. O qeyd edib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar və əsas məsələlər üzrə daim dialoqda olurlar.

Ekspert xatırladıb: "Azərbaycan hökumətinin ambisiyalı planı var: işğaldan azad edilən əraziləri müasir iqtisadiyyatın vitrininə çevirmək. İndi bütün işlər layihə mərhələsindədir. Qarabağın dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi inkişafına təkan verəcək. Azərbaycan hökuməti dəfələrlə bəyan edib ki, Ermənistanın və digər ölkələrin bu işə qoşulmasını gözləyir".

Qarabağda müharibə yenidən başlasa, qan su yerinə axacaq və Azərbaycan Ordusu... - Rusiyadan SENSASİON AÇIQLAMAMarkov Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsində Türkiyənin rolunu xüsusi qeyd edib. O deyib: "Türkiyə çox şeyə nail olub. O, İkinci Qarabağ müharibəsində tam qələbə qazanan Azərbaycanın hərbi müttəfiqi kimi çıxış edib. Türkiyə özünün zərbə və kəşfiyyat pilotsuz uçuş aparatlarını təqdim edib. İndi bir çox ölkələr bu pilotsuz uçuş aparatları ilə maraqlanır və onları alırlar.

Bundan başqa, Türkiyə böyük Yaxın Şərq regionunda əsas aktorlardan biri kimi Azərbaycanı dəstəkləyib. Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətləri sıx siyasi və hərbi ittifaqdır və bu, Rusiya rəhbərliyi tərəfindən iki ölkənin xalqlarının suveren siyasətə ayrılmaz hüququ kimi qəbul edilir. Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Türkiyənin bundan sonrakı ambisiyaları azad edilmiş torpaqlarda kommunikasiyaların bərpası və bu ərazilərin iqtisadi cəhətdən dirçəldilməsi ilə bağlıdır. Rusiya Türkiyə ilə birgə çoxqütblü sülhə nail olmaq, geniş Böyük Avrasiyada qarşılıqlı yardım məkanını inkişaf etdirmək kursunu seçib".

Politoloq Ermənistanda bəzi qüvvələrin qiyamçı əhval-ruhiyyədə olması mövzusuna da toxunub. Onun fikrincə, Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması hazırda mümkün deyil. S.Markov deyib: "Azərbaycan Ordusu erməni ordusu üzərində sözsüz üstünlüyə malikdir. Hərbi əməliyyatlar yenidən başlanacağı təqdirdə, Azərbaycan Ordusu hücuma keçəcək və erməni qruplaşmalarını darmadağın edəcək. Bu halda qan su yerinə axacaq. Mən Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük humanizmini qeyd etmək istəyirəm. O, hərbi əməliyyatların dayandırılmasına razı oldu, bununla da minlərlə gəncin həyatını xilas etməyə imkan verdi".

Politoloqun qeyd etdiyi kimi, erməni tərəfi hərbi əməliyyatların gedişində Qarabağ müharibəsini Ermənistan ilə Azərbaycan arasında gedən müharibə kimi deyil, Türkiyə ilə Rusiya arasında gedən müharibə kimi təqdim etməyə çalışırdı.

"Bəzi qüvvələr indi də Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətlərini pozmağa səy göstərirlər. Onlar ümid edirlər ki, ruslar Qarabağa gedərək bu regionda ermənilərin maraqlarını qoruyacaqlar. Bu, sülh razılaşmalarına çox böyük təhlükədir", - S.Markov vurğulayıb. (azertac)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 12641   Tarix: 20 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

Erməni keşiş xütbəsində hayları Azərbaycanla müharibəyə ÇAĞIRIB - VİDEO

Erməni Apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan xütbəsində nifrət dolu çağırış edib. O, erməniləri Azərbaycanla müharibəyə səsləyərək özünü revanşist adlandırıb. Bununla bağlı Azərbaycan Dövlət Televiziyasında (AzTV) süjet yayımlanıb. "Bəli, mən özümü revanşist hesab edirə

20 dekabr 2023
.

Rusiya Kuraxoveni atəşə tutub, 16 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Kuraxove şəhərini atəşə tutması nəticəsində 16 nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının (VHA) sədri Vadım Filaşkin teleqramda bildirib. "Bu gün nahar saatlarında Kuraxove atəşə tutulu

3 mart
.

Erməni separatçılar isterikada - sülh anlaşması yaxınlaşdıqca...

Separatçı tör-töküntülər guya "mövcud" olduqlarını göstərirlər; politoloqun şərhi. Noyabrın 28-də İrəvanda mifik "artsax parlamenti"nin nəzərdə tutulan iclası baş tutmayıb. Böyük ehtimalla Nikol Paşinyan hökuməti Azərbaycanın məsələyə həssaslığını nəzərə alaraq buna imkan verməyib

2 dekabr 2023
.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mərasimdə hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanın

12 noyabr 2023
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

Peskov: "Rusiyaya diversantların hücumları dəf edilib, Ukrayna 550 döyüşçüsünü itirib"

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumları dəf edilib, Ukrayna tərəfi 550 döyüşçünü itirib. APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Putin son günlər Belqorod və Kursk vilayətlərində ərazilərimizə hücu

17 mart
.

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter zərərsizləşdirilib - VİDEO

Oktyabrın 8-i saat 12:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Azərbaycan Ordusunun Kəlbəcər rayonu Qılınclı dağı istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyində

8 oktyabr 2023
.

Sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığından görüntülər - VİDEO

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, "Sualtı hücum xüsusi təyinatlı kursu"nun kursant və təlimatçı heyəti il

28 oktyabr 2023