Moldova xəbər portalı: Azərbaycanlılar və ermənilər Qarabağda dinc yaşaya biləcəklərmi?
Moldovanın noi.md portalında azərbaycanlılar və ermənilərin Qarabağda dinc şəkildə yanaşı yaşama məsələrinə həsr olanan məqalə dərc olunub. Məqalədə ölkəmizin Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun məsələ ilə bağlı fikirlərinə yer verilib.
Səfirin sözlərinə görə, 30 illik işğaldan sonra Qarabağ və ətraf rayonlardakı vəziyyət Xirosima və Naqasakidən daha pisdir.
"Qarabağı tərk edən ermənilər yalnız məscidləri, qəbiristanlıqları, abidələri, məktəbləri, xəstəxanaları, evləri dağıtmaqla kifayətlənməyib, meşələri və tarlaları yandırıb, həm də heç yaşamadıqları əraziləri minalayıblar. İndi isə artıq Azərbaycan azad edilmiş torpaqlarında dinc həyat qurmağa başladığı bir zamanda insanlar ölməyə davam edirlər", - deyə Q.Osmanov bildirib.
Səfir qeyd edib ki, noyabrın 10-dan indiyədək 14 Azərbaycan vətəndaşı - beş hərbi qulluqçu və doqquz mülki şəxs Qarabağdakı mina partlayışlarının qurbanına çevrilib.
52 hərbçi və 8 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Buna baxmayaraq, rəsmi İrəvan mina xəritələrini hələ də təqdim etməyib. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə yenidən susur və bu məsələdə Ermənistana heç bir şəkildə təsir göstərmir.
Qüdsi Osmanov Birinci Qarabağ müharibəsində işğal olunmuş ərazilərdən qovulmuş məcburi köçkünlərin yaxın gələcəkdə öz doğma torpaqlarına qayıtmaq istədiklərini diqqətə çatdırıb.
"Lakin sual yaranır, bunu necə edə biləcəklər və bütün bunlardan sonra Qarabağda qalan ermənilər eyni torpaqda azərbaycanlılarla dinc yanaşı yaşaya biləcəklərmi? Bu sualın cavabı çoxdan Azərbaycan hakimiyyəti tərəfindən verilib. Rəsmi Bakı dəfələrlə Qarabağda ermənilərin və azərbaycanlıların dinc yanaşı yaşaması üçün əlindən gələni edəcəyini bildirib. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın tam hüquqlu vətəndaşı sayılan və Azərbaycan Respublikasının qanunları ilə qorunacaq bölgədə yaşayan ermənilərin təhlükəsizliyini təmin etdiyini dəfələrlə bildirib", - deyə diplomat xatırladıb.
Azərbaycanın Moldovadakı səfiri dünyanın hər yerində yüz minlərlə azərbaycanlının və erməninin dinc yanaşı yaşadığını qeyd edib.
"Məsələn, Rusiyada iki xalqın nümayəndələri dostdurlar və birlikdə işləyirlər. Üstəlik, Bakıda və Azərbaycanın digər böyük şəhərlərində təxminən 30 min erməni yaşayır və onları heç nə təhdid etmir. Buna görə də azərbaycanlılar və ermənilər Qarabağda birlikdə yaşaya bilərlər, lakin burada hər şey böyük ölçüdə erməni tərəfinin özündən, istək və anlayışından asılıdır"- deyə Q.Osmanov vurğulayıb.///oxu.az
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə Baxılıb: 963 Tarix: 21 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşUkraynada daha iki gürcü döyüşçü həlak olub
Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib
10 martİranın İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücumu gözlənilir - KİV
İran İsrailin Qırmızı dənizdəki ən böyük bazasına hücum edə bilər. Bu barədə Səudiyyə Ərəbistanının yerli telekanalı məlumat yayıb. Həmin baza Eritreya yaxınlığındakı Dahlak arxipelaqında yerləşir və Qırmızı dənizin bu hissəsindən keçən gəmiləri izləmək üçün istifadə olunur. İranın digər mümkün zərb
14 aprelAğ Ev: İranın İsrailə hücumu bir neçə saat davam edəcək
İranın hərbi qüvvələrinin İsrailə qarşı hücumunun bir neçə saat davam edəcəyi ehtimal edilir. "Report"un məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Eydrien Uotson İranın öz ərazisindən İsrailə doğru pilotsuz uçuş aparatları buraxması ilə bağlı verdiy
14 aprelİsraildən qisas əməliyyatı: "Hizbullah"ın obyektinə zərbə endirildi
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livandakı "Hizbullah"ın hərbi obyektinə hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Onun sözlərinə görə, zərbə ötən gecə İsrailin şimal bölgələrinin atəşə tutulmasına cavab olaraq həyata keçirilib. Hərbçilər zərbənin hədəfinin "Hizbullah"ı
14 aprelMüharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı
BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların
9 martKİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib
İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios
14 aprelAzərbaycan Ordusunun zabiti qətlə yetirildi - Saxlanılan var
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-c
27 yanvarİLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO
SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord
14 aprel