Azərbaycanlı hakim "Fənərbağça"nın matçını İDARƏ EDƏCƏK - FOTO

Azərbaycanlı hakim "Fənərbağça"nın matçını İDARƏ EDƏCƏK - FOTOAvropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib.

Beynəlxalq dərəcəli referilərimizdən Eldar Zülfüqarov sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Fənərbağça" (Türkiyə) – "Novara" (İtaliya) matçını idarə edəcək.

Zülfüqarov İstanbulda Burhan Fələk adına voleybol zalında təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın birinci hakimi isə ukraynalı Medved Mixaylo olacaq.

Fevralın 24-də CEV kubokunun yarımfinalında isə Eldar Əliyev Rusiyada "Sankt-Peterburq Arena"da kişi voleybolçular arasında yerli "Zenit"lə Belçikanın "Qrinyard" klublarının ilk oyununda hakimlik edəcək. Oyunda əsas referi Deyan Roqiç olacaq.

Digər beynəlxalq dərəcəli hakimimiz Zaur Hacıyev isə 2-3 martda ölkə xaricində olacaq. O, qadın voleybolçular arasında Çağırış Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Türk Hava Yolları" – "Yeşilyurt" klublarının hər iki matçında referilik edəcək. Hacıyev Burhan Fələk adına zalda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda isə ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmada yerli Senyurt İlhami ilə matçları idarə edəcək./Oxu.az
Azərbaycanlı hakim "Fənərbağça"nın matçını İDARƏ EDƏCƏK - FOTOAzərbaycanlı hakim "Fənərbağça"nın matçını İDARƏ EDƏCƏK - FOTOAzərbaycanlı hakim "Fənərbağça"nın matçını İDARƏ EDƏCƏK - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 851   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Qarabağ"ın futbolçusu: "Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq" - VİDEO

"Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq".  xəbər verir ki, bunu "İdman Bizimlə" verilişinin qonağı olan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib. 23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:. "Əslində

11 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

Messinin oğlu bir oyunda 5 qol vurdu - VİDEO

Səkkiz qat "Qızıl top"un sahibi Lionel Messinin ortancıl oğlu "İnter Mayami" uşaq komandası ilə oyunda komandasına beş qol vurub. xarici KİV-ə istinadla bildirir ki, qollardan birini cərimə zərbəsindən qapıya göndərən Mateo, sevincini atası kimi öpüş göndərməklə qeyd edib. Qeyd edə

17 aprel
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14 aprel
.

"Sabah" "Qarabağ"ın iki rekordunu qırdı

"Sabah" Azərbaycan çempionatlarının 32 illik tarixində "Qarabağ"a ardıcıl iki oyunda 3 və ya daha çox qol vuran 3-cü komanda olub. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bunadək 3 belə hadisə yaşanıb. İki dəfə "Kəpəz", bir dəfə "Şəmkir"

15 aprel
.

Son mübarizəsində ayağı qırılan Makqreqor oktaqona qayıdır - VİDEO

Məşhur irlandiyalı qarışıq döyüş sənəti (MMA) ustası, iki çəki dərəcəsində UFC çempionu Konor Makqreqor tezliklə oktaqona qayıdacağını açıqlayıb. Bu barədə o özünün "X" sosial şəbəkə hesabında paylaşıb. "Tezliklə", - deyə Makqreqor bildirib. Qeyd edək ki, 34 yaşlı Makqreqorun so

7 aprel
.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

Huşunu itirən futbolçuya görə "Udineze" - "Roma" matçı dayandırıldı

"Roma"nın və Kot-d'İvuarın müdafiəçisi Evan Ndika futbol üzrə İtaliya çempionatında "Udineze" ilə matçda huşunu itirib. Hadisə oyunun 73-cü dəqiqəsində baş verib. Futbolçuya meydançada tibbi yardım göstərilib və o özünə gəlib. Daha sonra onu xərəklə meydançadan aparıblar. Bi

14 aprel