Azərbaycana Avropadan cins damazlıq qoyunları GƏTİRİLİB - FOTOLAR

Azərbaycana Avropadan cins damazlıq qoyunları GƏTİRİLİB - FOTOLARBu günlərdə Azərbaycana Avropadan "Lacaune", "Landschaft Merino", "İle de France" və "Suffolk" cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib.

Sonxeber.az xəbər verir ki, ümumi sayı 1000 başdan artıq olan damazlıq heyvanlar "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.

Damazlıq qoyun cinsləri ətlik, südlük-ətlik və südlük istiqamətli məhsuldarlıqlarına və keyfiyyətlərinə görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər.

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin baş mütəxəssisi Elşən Cabbarov bildirib ki, hazırda təsərrüfatda Avropadan gətirilmiş 4 fərqli qoyun cinsləri saxlanır: "Bu qoyunlar Avropada da qapalı (intensiv saxlanma) şəraitdə saxlanılır. Qapalı şəraitdə saxlandığına görə bu heyvanlarda formalaşan bəzi xüsusiyyətlər bizim yerli heyvanların xüsusiyyətlərindən fərqlənir. Birincisi, bu növlər cinsi yetişkənlik dövrünə tez çatırlar ki, bu da fermer təsərrüfatları üçün çox gəlirli və səmərəli hesab edilir. İkincisi, bu qoyunlar intensiv şəraitdə yetişdirildikləri üçün balavermə müddəti mövsümdən asılı deyil. Belə ki, əkiz və yaxud üçəm quzuların alınmışı və onların ətlik məqsədilə yetişdirilməsi onların digər növlərdən əsas fərqləndirən xüsusiyyətləridir. Ən nəhayət bu heyvanların düzgün yemləndirilməsi və bəslənməsi nəticəsində sürü daxilində əkiz bala vermə göstəricisi 85 faizdən yuxarıdır. Bu göstərici təsərrüfatın damazlıq sürü kimi daha sürətli formalaşmasına və quzu əti istehsalının artmasına gətirib çıxarır".

Elşən Cabbarov xaricdən gətirilmiş cins damazlıq qoyunların yemlənmə qaydaları barədə də danışıb: "Əslində həm yerli, həm xarici qoyunlar ehtiyacları olduqları qədər yeyirlər. Rasion baxımından hər bir qoyun öz çəkisinin 3 faizi həcmində yem yeyir. Bizim yerli qoyunlar yaylaq-qışlaqlarda örüş-otlaq sahələrində bəslənir. Xaricdən gətirilmiş heyvanlar isə qapalı şəraitdə yetişdirirldiyindən və qoyunların verdiyi quzu sayı çox olduğuna görə, səmərə baxımından yem xərclərini üstələyir. Eyni zamanda müalicə-profilaktika məqsədilə çəkilən baytarlıq xidmətləri xərci miniumlaşdırılır. Bu cinslərin 85 faizi əkiz bala verməsi 24 ayda, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır".

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, ölkədə heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədilə xarici ölkələrdən yerli şəraitə tez adaptasiya olunan, ətlik, südlük-ətlik və südlük məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilir: "Fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Bu cür dövlət dəstəyi mexanizminin mövcud olması fermerlərimizin xaricdən gətirilmiş damazlıq heyvanlara marağını artırır. Ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatların sayının artması bununla bağlıdır". /Unikal.org
Azərbaycana Avropadan cins damazlıq qoyunları GƏTİRİLİB - FOTOLARAzərbaycana Avropadan cins damazlıq qoyunları GƏTİRİLİB - FOTOLARAzərbaycana Avropadan cins damazlıq qoyunları GƏTİRİLİB - FOTOLARAzərbaycana Avropadan cins damazlıq qoyunları GƏTİRİLİB - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1584   Tarix: 22 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Yumurta BAHALAŞACAQ? - AÇIQLAMA

Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub. Bəs, yumurta bahalaşa bilərmi?. Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçılar

29 yanvar
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Qızılın qiyməti rekord həddə çatdı

Qızılın dünya qiyməti rekord həddə yüksəlib. Ekspertlər bildiriblər ki, son aylarda qiymətli metal Çin istehlakçılarının fenomenal alışları fonunda "ikinci nəfəs" qazanıb. Məlumata görə, sarı metalın bir troya unsiyası (təxminən 31,1 qram) 2 141 dollara (3 639 manat) çataraq, ötən ilin dekabrınd

6 mart
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Mikayıl Cabbarov: "Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir"

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib. Bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında yazıb. "11 fevral - Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətl

11 fevral
.

Azərbaycanda dəmir yolları ilə yükdaşıma azalıb, sərnişindaşıma isə artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,4 milyon ton yük, 622,6 min sərnişin daşınıb. Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % az və 30,1 % çoxdur. Ötən ay orta hesabla sutkada 326 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şima

17 fevral