Prezident: "Azad olunmuş ərazilər istirahət üçün dəniz kənarında olan məkan deyil"
"Dövlət tərəfindən işğaldan azad edilən ərazilərə 2,2 milyard manat sərmayə nəzərdə tutulub. Qarabağın bərpası ilə bağlı təklif olunan investisiya proqramına əsasən, bu il icra olunacaq layihələrin vəziyyətinə gəldikdə isə artıq 1 milyard manata yaxın məbləğ ayrılıb".
Sonxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev mətbuat konfransında deyib.
O məlumat verib ki, hələlik tikinti işlərinə vəsait ayrılmayıb, çünki bununla bağlı layihələr gözlənilir:
"İstəyirik ki, hər şeyi düzgün planlaşdıraq. Bakı şəhərinin planlaşdırılmasında tikinti sıçrayışı zamanı törətdiyimiz səhvlərə yenidən yol verməyək. Qarabağ zonasında bu olmamalıdır. Sonradan həmin təcrübə paralel olaraq Azərbaycanın digər ərazilərinə də yayılacaq.
Azərbaycan dövləti bütün infrastruktur layihələri sahəsini, yaşayış fondunun böyük hissəsini öz üzərinə götürəcək. Əlbəttə ki, özəl şirkətlər də razılaşdırılmış layihələr üzrə bütün şəhərsalma və ekoloji normalara riayət etməklə ora investisiya qoyuluşu edə biləcək".
İlham Əliyev qeyd edib ki, hazırda köçkün statuslu şəxslər arasında sorğu aparılır:
"Mənim tapşırığımla köçkün statuslu şəxslər arasında sorğu keçirilir. Biz dəqiq bilməliyik ki, kim bu ərazilərə qayıtmaq istəyir. Mən də əminəm ki, hamı qayıtmaq istəyir. Lakin bəlkə kimsə getmək istəmir. Nəyə görə biz pul xərcləməliyik ona, əgər getmək istəmirsə? Əgər, o bu ərazilərə yalnız həftəsonu istirahət etməyə gedəcəksə, ona pul xərcləməyə dəyərmi? Biz o şəxslər üçün pul xərcləməliyik ki, onlar həmin ərazilərdə daimi yaşayacaq. İşğaldan azad olunmuş ərazilər istirahət üçün dəniz kənarında olan bir məkan deyil. Olmamalıdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 1701 Tarix: 26 fevral 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha
29 avqust 2021"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd
6 sentyabr 2021Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs
4 sentyabr 2021Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi
Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər
4 sentyabr 2021Zakir Həsənov Ərdoğanla görüşdü
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus
14 sentyabr 2021Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb
12 sentyabr 2021Zakir Həsənovdan türkiyəli generala başsağlığı
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu
11 sentyabr 2021