Yazda əmanətləri hansı valyutada saxlamaq olar? - MƏSLƏHƏT

Yazda əmanətləri hansı valyutada saxlamaq olar? - MƏSLƏHƏTBu yaz əmanətlərin saxlanılması üçün ən əlverişli valyuta dollar olacaq, çünki yaxın aylarda Avropa ölkələrinin "şəxsi" valyutaları, eləcə də bir çox inkişaf etməkdə olan və əmtəə iqtisadiyyatına sahib dövlətlərin milli pul vahidləri Amerika valyutasına nəzərən dəyərini itirmək riski ilə üz-üzə qalacaq.

Sonxeber.az xəbər verir ki, bu açıqlamanı RİA Novosti-yə "İnvestisiyalar dünyası" Broker Kredit Servisin fond birjaları üzrə eksperti Dmitri Babin verib.

"Son bir neçə ayda autsayder olan keçən ilin favoritlərinin (ilk növbədə Avropa ölkələrinin avro zonasına daxil olmayan valyutaları) daha da böyüməsi potensialı qarşıdakı 6-12 ay ərzində məhdud görünür, onların dollara nisbətdə dəyərdən düşmə riski isə yüksəkdir. Eyni şey bir çox inkişaf etməkdə olan ölkələrin əmtəə valyutalarına da aiddir", - deyə eksert bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də, hazırda valyuta risklərindən qorunmaq üçün investorlar yatırımlarının böyük hissəsini ABŞ dollarında saxlamalıdırlar.

Babin onu da xatırladıb ki, valyutalar öz-özlüyündə kifayət qədər aşağı dəyişkənliyə sahibdir ki, bu da onların ödəmə və əmanət vasitəsi kimi funksiyalarını yerinə yetirmələri üçün zəruri cəhətdir. Valyuta məzənnəsindəki sabit dalğalanmalara daha çox ya fundamental amillərin təsiri ilə valyutaların ucuzlaşması, ya da dolların dəyərindəki dəyişiklik səbəb olur.

Son doqquz ayda məhz ikinci vəziyyət müşahidə olunub: əksər valyutalar dollar qarşısında əhəmiyyətli dərəcədə bahalaşıb, onlarla ifadə olunan aktivlərin gəlirliliyi isə azalıb.

"Bu, həm inkişaf etmiş Avropa ölkələri, həm də inkişaf etməkdə olan dövlətlərin valyutalarına aiddir. Bu valyutalar hələ də dollara nisbətdə öz qiymətini almayıb və bazar xaricində formalaşan risklər daşıyır. Məsələn, geosiyasi təhdidlərin təzyiqi altında olan rubl kimi", - deyə ekspert vəziyyəti izah edib.//publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2280   Tarix: 27 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

Laçında ətrafında içki məclisi qurulduğu iddia edilən bulağı salan şəxsin övladı danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə çəkiliş üçün Laçına gedən bir qrup rəsmi şəxsin və deputatın Laçında Humay Hümbətov adlı şəxsin xatirəsinə salınmış bulaq başında kef məclisi qurması ilə bağlı iddialar yayılıb. Yayılan məlumatda bildirilir ki, qeyd edilən məclisdə Laçın rayonunun deputatı Mahi

19 may 2021
.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

İran azad olunan Azərbaycan ərazilərinə yaxın məkanda bazar yaradır

İran Azərbaycanın işğaldan azad olunan ərazilərində yaxın məkanda tikinti materialları bazarının yaratmaq niyyətindədir. Bunu Trend-ə açıqlamasında İranın Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri deyib. Ə.Cahangirinin sözlərinə görə, İranın Şərqi Azərbaycan vilayətind

13 iyul 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021