Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!

Bu əlamətləriniz varsa, dərhal endokrinoloqa müraciət edin!Yod çatışmazlığınız varsa, bunu 5 simptomla müəyyənləşdirə bilərsiniz.

Sonxeber.az xəbər verir ki, boğazın şişməsi, çəki artımı, yorğunluğun artması, saç tökülməsi, dəri quruluğu və tökülməsi bədəndə yod çatışmazlığının göstəricisi ola bilər.

Yod çatışmazlığını göstərə biləcək əlavə simptomları isə aşağıdakılardır:

Qadınlarda menstruasiya pozuntuları

Çox və ya tam əksinə, az və nizamsız periodlar tiroid hormonlarının ifrazının pozulması da daxil olmaqla, müxtəlif problemlərin nəticəsi ola bilər. Bu hormonlar menstruasiya dövrünün bağlı olduğu cinsi hormonlara təsir edir.

Soyuğa qarşı həssaslıq artımı

Davamlı üşüyürsünüzsə, bu da tiroid hormonlarında problem olduğunu göstərə bilər. Yod çatışmazlığı maddələr mübadiləsini ləngidir, bu da soyuğa həssaslığı artırır. Bundan əlavə, tiroid hormonları bədənimizi "istiləşdirməkdə" mühüm rol oynayan qəhvəyi yağ toxumasının fəaliyyətinə təsir göstərir.

Daha az tərləmək

Tiroid hormonları tərləmə tənzimlənməsinə də təsir edir və ifraz azalırsa, bu, tərləmənin azalmasına səbəb olur. Birdən-birdən daha az tərləsəniz, bu, yod çatışmazlığının əlaməti ola bilər.

Yaddaş problemləri

1000-dən çox yetkin könüllü üzərində aparılan araşdırma normal tiroid hormonu səviyyəsinə sahib insanların tiroid səviyyəsinin aşağı olanlardan daha yaxşı öyrəndiyini və yaddaş problemi ilə qarşılaşma ehtimalının daha az olduğunu ortaya qoyub. Bu hormonlarla bağlı problemlər insanın diqqətini yayındırır və unutqan edir.

Çətin hamiləlik

Hamilə qadınlar tez-tez zəiflik, yorğunluq və üşütmə kimi simptomlarla özünü göstərə bilən yod çatışmazlığı problemi ilə qarşılaşırlar. Endokrinoloqdan vaxtında məsləhət almaq çox vacibdir, çünki doğuşdan sonra yod çatışmazlığı körpəyə mənfi təsir edə bilər, çünki körpələr ana südü ilə birgə yod qəbul edir. Bundan əlavə, yod çatışmazlığının ölü doğuş riskini əhəmiyyətli dərəcədə artırdığı bildirilib.//publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1908   Tarix: 28 fevral 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər

Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə

15 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021