Məşhur müğənnini aldadıb, 30 minini aldılar - FİLM KİMİ HADİSƏ

Məşhur müğənnini aldadıb, 30 minini aldılar - FİLM KİMİ HADİSƏMüğənni Vüsal Əliyev "Səni axtarıram" proqramına gələrək aldadılaraq 30 minini alan ana və oğlundan şikayət edib.

Sonxeber.az xəbər verir ki, sənətçi başına film kimi hadisə gəldiyini söyləyib. O bildirib ki, firildakçılar onu aldadaraq İtaliya, İstanbul və Fransaya belə aparıblar:

"Oğlanı təsadüfən tanıdım. Anası mənə deyirdi ki, oğlum tək uşaqdır, ona kömək edin, tək qoymayın. Oğlanı tədbir edəndə ora da çağırdım, dostlarımla tanış etdim. Bir gün zəng etdi ki, anamın bibisi var Fransada yaşayır. Xəstədi, bizə deyir ki, pulum var, gəlin sizlə halallaşım, onu da sizə verim. Anası da başladı ki, uşağımı tək qoymayın, buna böyük qardaşlıq et, bilərsən necə getmək olar. Özləri o qədər məlumatlıdır ki... Dedi, şengen viza almaq lazımdır. Sosial şəbəkədə paylaşdım, insanlar yazıb, Avropaya getmək üçün yardım etdi. Bunlarda deyir, vəziyyəti ağırdır, tez gedək. Bir nəfər yazdı ki, Varşavada səfirlikdə işləyirəm, gəlin İstanbula, oradan sizə kömək edəcəm. Bilet yazdırdım, getdik İstanbula. 11 gün orada qaldıq, həmin adam da mənə ancaq İnstaqramda yazır. Telefon nömrəsi vermir, deyir filan yerə pul köçürün. Mən də hər şeyi yanımdakı oğlana verirəm. İndi öyrənmişəm ki, həmin yazan da bu imiş. Axırda Bakıya qayıtdım, turizm şirkətinə bilet pulu ödəməliydim. 9 min qiyməti olan maşınımı 6 minə satdım. 1500 manat biletə pul ödədim, İstanbulda 11 gün qalmaq üçün otel və yemək pulunu demirəm. Özümü günahlandırıram ki, işi başa çatdırmadım".

Vüsal deyib ki, oğlanın istəyini yerinə yetirmək üçün ikinci avtomobilini də satıb:

Bir gün zəng etdi ki, bibi rəhmətə gedib. Bir il keçib oğlan yenə zəng vurdu ki, bəs, bibi ölməyibmiş, qızı yaland eyib, xəstəxanaya yerləşdirilib, xəstədir. Ana-bala telefonda ağlayır. Bir maşınımı da satdım ki, şengen alım. Vizanı aldıq, getdik İstanbula 11 gün orada qaldıq və İtaliyaya keçdik. Sən demə, istəyib məndən pulu Bakıda alsınlar. Ala bilməyiblər. Hər cür yalan danışırlar ki, hansısa planları tutsun. Getdik Fransaya, oteldə otururam bu gedir şəhərə, guya, zəng gözləyir. Bibi yoxdur, guya, başqa yerdədir. Zəng etdim Bakıya bir gün də turizm şirkəti otel günümü artırdı. Dedilər ki, viza vaxtın bitir, qala bilməzsən. Bakıya qayıtdıq, zəng etdi ki, böyrəklərim xəstədir, xəstəxanaya yerləşdirildim. Yanına getmək istədim, anası qoymadı".

İfaçı fırıldaqçıların dəfələrlə ondan pullar aldığını bildirib:

"Bir gün zəng etdi ki, Nijniy Novqoroddan dayım zəng edib ki, burada evim var, sənin adına keçirəcəm. Guya, dayısının borcu var, evi əlindən almasınlar deyə, evi buna verir. Ora getməliyəm. Avtobusla guya gedirlər, 2 günə çatdılar. Oradan da ancaq bunlara kömək edirəm: ana deyir, 300 dollar lazımdı göndərirəm. Filan şey lazımdır edirəm. Axırda guya getdi əməliyyata. Öyrəndim ki, sən demə, heç yerə getməyib, Xaçmazda evində oturub. Ana-bala yalançıdır. Qadınlara mehribançılıq edib, fotolarını çəkir, şantajla pul alır. Bu yaxınlarda 22 minə avtomobil alıb. Haradandır o pul? Polisə şikayət edirəm, baxmırlar ki, sübutun yoxdur. O ana-balanın şəklini yayın, hamı bilsin ki, yalançıdırlar"./Axşam.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1840   Tarix: 02 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO

Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ

17 sentyabr 2021
.

Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?

"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı

3 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq

Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə

10 sentyabr 2021
.

Koronavirusa yoluxan Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub - YENİLƏNİB

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçu süni tənəffüs aparatına qoşulub. Bu barədə -a onun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. "Həkimlər sənətçinin vəziyyətini stabil saxlamaq və ağırlaşmasının qarşısını almaq məqsədilə süni tənəffüs aparatına qoşulduğunu bildiriblər", - dey

9 sentyabr 2021
.

"Polad Alemdar"ın "İmam Mehdi" olduğunu iddia edən səs yazısı YAYILDI - VİDEO

Bir zamanlar Türkiyənin ən reytinqli seriallarından biri olan "Kurtlar Vadisi Pusu"nun "Polad Alemdar"ı yenidən gündəmə gəlib. Unikal.org xəbər verir ki, Necati Şaşmaz bir müddətdir ki, özünü "İmam Mehdi" olduğunu idda edir. Hətta onun bunula bağlı səs yazısı ortaya çıxıb

6 sentyabr 2021
.

Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama

Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun

15 sentyabr 2021
.

"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"

"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə

9 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021