Bu simptomlar varsa, ürəyiniz TƏHLÜKƏDƏDİR

Bu simptomlar varsa, ürəyiniz TƏHLÜKƏDƏDİRÜrək çatışmazlığı bir çox hallarda gizli inkişaf edir və onun simptomları tez-tez digər xəstəlik və pozulmalarla səhv salınır.

Lakin ürək çatışmazlığı vaxtında aşkar olunmadıqda çox ağır fəsadlara və hətta insanın ölümünə səbəb ola blər. Bu haqda ABŞ-ın MemorialCare Ürək və Damarlar İnstitutunun kardioloqu Robert Qrinfild məlumat verib.

Həkim qeyd edib ki, ürək çatışmazlığı istənilən yaşda, hətta uşaqlarda inkişaf edə bilər. Ürək çatışmazlığı zamanı ürək öz "nasos" funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Bunun nəticəsində müxtəlif orqanların oksigen və qidalı maddələri ilə təmin olunması azalır, orqanizmdə müxtəlif pozulmalar inkişaf etməyə başlayır.

Doktor Qrinfild bildirir ki, hər bir insan ürək çatışmazlığına işarə edən simptomları bilməli və bu simptomlar üzə çıxdıqda vaxt itirmədən həkimə müraciət etməlidir. Saglamolun.az xarici KİV-lərə istinadla bu simptomları ilə oxucularını tanış edir:

- Nəfəsalma problemləri. İnsan hiss edir ki, nə qədər dərin nəfəs alsa da ona sanki hava çatmır.

- Uzanaq vəziyyətdə təngənəfəslik, boğulma hissi. İnsan bir neçə yastıqdan istifadə etməyə, yarıoturaq vəziyyətdə yatmağa məcburdur.

- Ayaq və əllərin şişməsi. Ürəyin fəaliyyəti zəifləyəndə orqanizmdə artıq maye yığılır.

- Çəkinin səbəbsiz olaraq artması. Bunun də səbəbi orqanizmdə artıq mayenin yığılmasıdır.

- Sidik ifrazının artması, xüsusilə gecə saatlarında.

- Həzm sistemində pozulmalar. Ürək zəifləyəndə həzm sisteminə daha az qan çatır. Bu səbəbdən insanda mədə pozulması,iştahasızlıq, ürək bulanması və qəbizlik kimi simptomlar inkişaf edə bilər.

- Yorğunluq. Orqanizm ürəyin fəaliyyətini kompensasiya etmək və daha vacib orqanları qanla təmin etmək üçün əzələ və ətrafların qan dövranını zəiflədir ki, bu da süstlük və yorğunluğa səbəb ola bilər.

- Yaddaşsızlıq. Beyin orqanizmdə ən çox qana ehtiyacı olan orqandır. Bu səbəbdən qan dövranının zəifləməsi ilk olaraq beyinin fəaliyyətinə mənfi təsir edir ki, nəticədə başgicəllənməsi, yaddaş və konsentrasiyanın zəifləməsi mümkündür.

- Soyuq əl və ayaqlar. Alim bildirib ki, bu çox xarakterik simptomdur. Ayaq və əlləriniz daim soyuqdursa, mütləq ürəyinizi yoxlayın./saglamolun.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4046   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

Polis 21 yaşlı qızı axtarır

Hacıqabulda 21 yaşlı qadın itkin düşüb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, rayon sakini, 2003-cü il təvəllüdlü Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T. Təhməzovanın əlamətləri belədir: boyu 17

18 aprel
.

Bu sosial şəbəkədə ilk paylaşım ödənişli ola bilər

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yeni istifadəçilər üçün ilk paylaşıma görə az miqdarda ödəniş tətbiq etməyi təklif edib. "Qafqazinfo" xəbər verir ki, amerikalı milyarder bu barədə öz "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, bunun sayəsində sosial şəbəkəd

17 aprel
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18 aprel
.

Aytən Səfərovanın aparıcısı olduğu verilişdə açıqlama: "Səhhətində ciddi problemlər yaranıb" - VİDEO

Aytən Səfərovanın aparıcısı olduğu "Xəbər ertəsi" verilişində ilk dəfə onun qəzaya düşməsi ilə bağlı açıqlama verilib. xəbər verir ki, bu barədə Səfərova ilə verilişi təqdim edən həmkarı Mehman Rəsulov danışıb. O baş verən hadisənin "Xəzər tv" kollektivini və onu çox üzdüyünü qey

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel