Prezident: "XXII əsrin müharibəsinə də hazır olmalıyıq"

Prezident: "XXII əsrin müharibəsinə də hazır olmalıyıq""Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövründə və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım da nə oldu. Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb".

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

"Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yəni ki, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. Bəzi indi yalan məlumatlar ola bilərdi. Hər halda biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi.

Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.

Ona görə xarici siyasətlə bağlı biz əməkdaşlığa hazırıq. Biz çox ölkələr indi bərpa işlərində Qarabağda maraq göstərirlər. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa, Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin bələdiyyələri hansısa isə qərar qəbul edirlər. Bunlar ümumiyyətlə əhəmiyyətli deyil. Onların heç adı heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır.

Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq nəyi biz görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri ya xarici işlər nazirləri, ya digər nazirlər deyirlər ki, bunu etməyin. Bu deməli qəbul edilməzdir. Yəni heç bir ölkə ilə. Bir ölkə mənə məlumat verildi. Lüksemburq. Onun xarici işlər naziri hansısa bir qəbul edilməz ifadə işlətdi. Özü də mən başa düşmürəm. Lüksemburqun bizə nə daxili var. Lüksemburq ümumiyyətlə bu bölgədən uzaq olan bir ölkədir. Dünya miqyasında o qədər də böyük yumşaq desək siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbuledilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonrakı dövr də bizim xarici siyasimizin uğurlu olmasını bir daha göstərir.

Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Onları biz hətta müharibə dövründə düzəltdik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər", - deyə dövlət başçısı bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1512   Tarix: 05 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Daha bir ölkə ilə Azərbaycan arasında VİZA rejimi ləğv edilir

Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir. APA-nın xəbərinə görə, bu barədə qanun layihəsi bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Albaniy

17 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel