Ermənistan uzun müddət özünə gələ bilməyəcək - ƏRDOĞAN

Ermənistan uzun müddət özünə gələ bilməyəcək - ƏRDOĞANBu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri ölkənin gələcəyi deyil, sadəcə hakimiyyət maraqlandırır

Sonxeber.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) videokonfrans formatında keçirilən Zirvə toplantısında çıxış edərkən Ermənistanın sülh istiqamətində atacağı addımlarla regional sabitliyin bir parçası olacağına ümid etdiklərini bildirib. Ərdoğan Ermənistanda baş verən proseslərə də toxunub və xalqın iradəsini heçə sayan antidemokratik müdaxilələri əsla qəbul etməyəcəklərini deyib.

Xatırladaq ki, 1993-cü ildə Azərbaycanın Kəlbəcər şəhərinin Ermənistan tərəfindən işğal edilməsindən sonra Türkiyə Ermənistan sərhədləri bağlanıb.

Müxtəlif dövrlərdə Türkiyə-Ermənistan sərhəddinin açılması məsələsi gündəmə gəlsə də, Ermənistanın Türkiyəyə ərazi iddiaları və Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti sərhəd məsələsinin həllinə mane olub.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev fevralın 26-da yerli və xaric media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələyə münasibət bildirib. Prezident deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır.

Sputnik Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin gələcəyi və sərhədlərinin açılması ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.

Politoloq deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması məsələsi 2009-cu ildə Sürix protokolları ilə gündəmə gəlmişdi, ancaq o zaman Azərbaycan iqtidarının sərgilədiyi birmənalı mövqe və Türkiyənin Azərbaycana verdiyi dəyər, onun maraqlarını nəzərə alması sərhədlərin açılmasını təxirə saldı:

"Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri tərəfindən imzalanmış 10 noyabr bəyanatında region ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi təsbit olunub. Türkiyə tərəfi bəyanatda ifadə olunan bu məqamı müsbət qarşılayır. Onlar bildirir ki, ermənilər Qarabağa olan iddialarından əl çəkərlərsə, sərhədlərin açılması istiqamətində hər hansı problem yaşanmayacaq. Qeyd etməliyik ki, bu müharibədə məğlub olmuş Ermənistana verilmiş son şansdır. Ermənistan uzun illərdir iqtisadi məngənədə sıxışıb qalıb. Bu ölkənin iqtisadi kommunikasiyalara çıxışı İran vasitəsilə olub. Bu gün İran özü də şimal-cənub nəqliyyat dəhlizinin açılmasında maraqlıdır. Ehtimallar var ki, yaxın bir ay ərzində İran Avrasiya iqtisadi birliyinə qoşula bilər. Güman edirəm ki, İran bu mənada Paşinyan iqtidarına müəyyən təsirlər edə bilər. Ermənistanda yaşanan qeyri-sabitlik region ölkələri tərəfindən də pislənib. Bu da göstərir ki, Türkiyə Paşinyan iqtidarı ilə əməkdaşlığın qurulmasında maraqlıdır. Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsi isə əldə olunmuş üçtərəfli razılığın icrasını sual altına qoya bilər. Bu qüvvələr müharibə ritorikasından çıxış etsələr də, reallıq ondan ibarətdir ki, Ermənistanın nə hərbi, nə də iqtisadi gücü yeni müharibə üçün yetərlidir. Azərbaycan 44 günlük müharibədə Ermənistana elə bir zərbə vurub ki, bu ölkə uzun müddət özünə gələ bilməyəcək".

Politoloqun fikrincə, bu gün Ermənistanda hakimiyyətə gəlmək istəyən qüvvələri Ermənistanın gələcəyi deyil, sadəcə hakimiyyətə sahib olmaq maraqlandırır:

"Bu mənada Rusiya da digər region dövlətləri kimi Paşinyanın keçid dövrü üçün hakimiyyətdə qalmasında maraqlıdır. Ötən il Ermənistan tərəfindən Sevr müqaviləsinin müddəaları yenidən gündəmə gətirildi. Ermənistan həmin müqavilə ilə bağlı iddialarından geri çəkilməsini bildirməlidir. Əgər bu baş verməzsə, Türkiyə Ermənistanla hər hansı əməkdaşlığa getməyəcək. Bütün hallarda görünən odur ki, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması ilk planda dayanır. Qarabağın statusu ilə bağlı məsələlər kənarda saxlanılır. Amma düşünürəm ki, Rusiya bölgədə təsir imkanları qorumaq üçün manevrlər edə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1513   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edib

"Azərbaycan və Ermənistan ilk dəfə olaraq problemi danışıqlar masası arxasında həll ediblər". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan delimitasiyanın birinci mərhələsi ilə bağlı razılaşmaları şərh edərkən jurnalistlərə açıqlamasında bildirib. "İstəməzdim ki, baş verənlərə ço

20 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

23 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel
.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel