Bakıda ikinci əl mənzillərin qiyməti niyə kəllə-çarxa qalxıb?

Bir ildən çoxdur davam edən pandemiya dünyada ciddi iqtisadi geriləmələrə gətirib çıxardı, Azərbaycan da daxil olmaqla əksər dünya ölkələrində ÜDM hasilatı azaldı, iş yerləri bağlandı, əhalinin gəlirləri də aşağı düşdü. Bu amillər daşınmaz əmlak bazarına da təsirsiz ötüşmədi və dünyanın bir çox ölkələrində daşınmaz əmlakın ciddi ölçülərdə ucuzlaşması haqda xəbərlər eşidirik. Lakin belə görünür ki, Azərbaycanda vəziyyət tərsinədir-iqtisadi tənəzzülə və pandemiyaya baxmayaraq daşınmaz əmlakın, xüsusən də ikinci əl mənzillərin qiymətində kəskin artım müşahidə olunur.

Sonxeber.az KONKRET.az-a istinadən bildirir ki, mənzil bazarındakı hazırkı vəziyyəti öyrənib. Bəlli olub ki, bu ilin əvvəlindən daşınmaz əmlak bazarında az da olsa canlanma var. Xüsusilə dəyəri 200 min manatdan aşağı olan evlərə təlabat artır. Qiymətlər isə tələbatın azalmasına baxmayaraq yüksəlib.

"Qiymət enməkdənsə, yüksəlir…"

İllərdir mənzil alqı-satqısı ilə məşğul olan Müşfiq Məmmədov deyir ki, yanvarın ikinci ongünlüyündən bazar yavaş-yavaş dirçəlməyə başlayıb: "Ötən ilin mayından demək olar ki, alqı-satqı zəiflədi. Məsələn, mən yaydan bu yana cəmi 6 ev sata bilmişəm. Ofisin qapısına qıfıl vurub onlayn işlədim ki, heç olmasa yer pulu ödəməyim. Bazarda alıcı azdır, amma qiymət enməkdənsə yüksəlir. Kirayə mənzil bazarında da bahalaşma var. Hələ tələbələr, rayondan gəlib işləyənlər yoxdur. Mərkəzə yaxın ərazilərdə 350-400 manatdan aşağı kirayə ev yoxdur. Alıcı isə ucuz ev axtarır".

M.Məmmədovun sözlərinə görə, son 1 ildə Səbail, Nəsimi, Nərimanov, Xətai rayonlarında həm yeni, həm də köhnə tikililərdə mənzillər bahalaşıb. Məsələn, Səbail rayonunda köhnə tikililərdə belə kvadratı 1500 manatdan aşağı mənzil tapmaq müşkül məsələdir. Halbuki pandemiyadan əvvəl, məsələn, Badamdar qəsəbəsinə gedən yolun üstündə yenitikililərdə kvadratı 1400-1450 manatdan olan mənzillər satışda olub.

1 və 2 otaqlı evlərə təlabat var

Metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən ev-alqı ofisindən isə bildiriblər ki, daha çox 1 və 2 otaqlı evlərə təlabat var. "Əhmədlidə, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yeni tikililərdə sahəsi 50-55 kvadrat olan 80-85 minə təmirli 1-2 otaqlı evlər var. Hansı ki, həmin mənzilləri məsələn, metronun "İnşaatçılar" stansiyasının yanında 120 mindən, Nərimanovda 130 mindən aşağı vermirlər. Kimsə borca-xərcə düşüb ucuz ev sata bilər, amma onu da gərək gözləyəsən",- ev alverçilərindən biri deyib. Əlavə edib ki, son 10-15 gündə Əhmədlidə, mikrorayonlarda ev sata bilib, çünki bu ərazilərdə qiymətlər nisbətən münasibdir. "Metronun "Xətai" stansiyasında 250 mindən aşağı mənzilim yoxdur, son 2-3 ildə ən çox bu ərazidə bahalaşma var. Həyət evlərinə gəldikdə, Masazır, Sulutəpə, Biləcəri, Xırdalan, Hövsanda qiymətlər sabitdi, yəni nə ucuzlaşma, nə də ciddi bahalaşma yoxdur".

Şəhərin ən bahalı mənzilləri əsasən Nizami küçəsində, "Elmlər Akademiyası", "28 May" metro stansiyasının ətrafındadır. Bu ərazilərdə "Xruşov" layihəli, 1 otaqlı mənzillərin qiyməti 100 min manatdan başlayır. Qiymətlər mənzillərin yerləşdiyi küçəyə, təmirinə, mərtəbəsinə görə təyin olunur.

"Əvvəl Rusiyadan gəlib Bakıda ev alanlar olurdu"

Əlaqə saxladığımız ev dəllallarından biri isə deyib ki, pandemiyadan əvvəl alıcılar arasında əcnəbilərin də sayı çox olub, amma son bir neçə ayda müraciət edib maraqlanan olsa da, real alıcı yoxdur: "Həmçinin Rusiyadan gəlib Bakıda ev alanlar da olurdu. İndi pulu olanlar gözləyirlər ki, vəziyyət tam düzəlsin. Yəqin ki, getdikcə bazarda aktivlik yaranacaq".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, hazırki dövrdə əmlak bazarında canlanma müşahidə edilir, ancaq ucuzlaşma baş verməyib.

"Pandemiya dövründə bəzi bazar iştirakçılarının fəaliyyətinin məhdudlaşdırılması, pul axınının azalması daşınmaz əmlak bazarına ciddi təsir göstərdi. Amma bu qısa müddətli dövrü əhatə etdi. Bu ilin əvvəlindən bazarda yenidən aktivlik müşahidə olunur. Bazara müraciət edənlərin, mənzil alanların sayında, həmçinin ipoteka kreditlərin həcmində artım var. Yəni demək olar ki, bütün göstəricilər üzrə artım dinamikası müşahidə edilir", -R.Osmanlı əlavə edib.

Müsahibimizin sözlərinə görə, dəyəri 200-250 min manatdan aşağı olan mənzillərin qiymətində də artım müşahidə olunmaqdadır: "Demək olar ki, qiymətlər sabitdir, hətta mənzil bazarında nisbi bahalaşma var. Amma qeyri-yaşayış təyinatlı obyektlərdə ötən ilin yanvar-fevral ayı ilə müqayisədə ucuzlaşma qeydə alınır ki, bu ucuzlaşma da orta qiymətə təsir edəcək səviyyədə deyil".

"Torpaq sahələrinin məhdudlaşması qiymətlərə təsir edib, bahalaşma var"

Ekspert bildirib ki, Bakının mərkəzində köhnə binalarda qiymətlər kvadratına görə minimum 2500 manatdan başlayır və qiymət 3500 manata qədər yüksəlir. Yeni binalarda bu qiymət 2 – 5 min arasında dəyişir. Mərkəzdən kənarlaşdıqda qiymətlərin azalması müşahidə olunur.

"Bir neçə il əvvəl metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında, Əhmədli və ya Yasamal ərazisində kvadrat sahəsi 450-500 manatdan başlayan mənzil tapmaq mümkün idisə, indi 800-850 manatdan aşağı mənzil yoxdur. Ancaq müşahidələr göstərir ki, daha çox ucuz mənzillər alınır. Kommersiya obyektlərinə təlabatın artdığı da müşahidə edilir. Eləcə də torpaq sahələrinin məhdudlaşması qiymətlərə təsir edib, bahalaşma var",-həmsöhbətimiz deyir.

Bir çox ekspertlər hesab edirlər ki, əmlak bazarında durğunluğun tək səbəbi pandemiya deyil, həm də süni qiymət artımıdır. Belə ki, ölkə daxilində iri kapital sahibləri pulları xaricə çıxarmaqdansa ölkə daxilində likvidliyi yüksək olan aktivlərə-daşınmaz əmlaka yatırırlar və bu da qiymətlərə təsir edir. virtualaz.org
Bakıda ikinci əl mənzillərin qiyməti niyə kəllə-çarxa qalxıb?Bakıda ikinci əl mənzillərin qiyməti niyə kəllə-çarxa qalxıb?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2014   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel