"Azərbaycan iqtisadi azadlıq indeksinə görə daha ön sıralara yüksələcək" - DEPUTAT

"Azərbaycan iqtisadi azadlıq indeksinə görə daha ön sıralara yüksələcək" - DEPUTATHeritage Fondunun hesabatına əsasən, Azərbaycan 2020-ci il üzrə iqtisadi azadlıq indeksində göstəricilərini yaxşılaşdırmış beş Avropa ölkəsi arasında birinci yeri tutub. Azərbaycan iqtisadi azadlıq qiymətləndirməsinə görə, 69,3 indekslə 180 ölkə arasında 44-cü yerdə qərarlaşıb.

Sonxeber.az bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Azərbaycan yaxın gələcəkdə iqtisadi azadlıq indeksinə görə daha ön sıralara yüksələcək.

Deputat qeyd edib ki, Azərbaycanda son illər, xüsusilə 2020-ci ildə çox ciddi iqtisadi islahatlara start verilib: "Həm sosial-iqtisadi islahatlar, həm də qanunvericilikdə - vergi məcəlləsində, sahibkarlıq fəaliyyətində edilən dəyişikliklər iqtisadiyyatımıza təsirsiz ötüşmədi. Baxmayaraq ki, 2020-ci il dünyada koronavirus pandemiyası ilə əlaqədar ən ağır illərdən biri oldu, dünya iqtisadiyyatında azalmalar baş verdi. Azərbaycanda müvafiq qurumlar da bu məsələ ilə bağlı ciddi səylər göstərdi, dövlət tərəfindən sahibkarlara dəyən ziyanın qarşısı alındı. İndi işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə məşğul olmaq istəyən kifayət qədər böyük dövlətlər, böyük şirkətlər var. Azərbaycanda da şərait normal və stabildir. Heç bir ciddi problem yoxdur. Bu baxımdan, düşünürəm ki, sahibkarlığın inkişafı üçün Azərbaycanda münbit şərait mövcuddur. Biz planlaşdırırıq ki, 2021-ci ildə iqtisadi göstəricilərimiz daha da yüksəlsin".

Deputatın sözlərinə görə, xüsusilə son vaxtlar aparılan kadr islahatları, gənc kadrların gətirilməsi də Azərbaycanda iqtisadi inkişafa müəyyən qədər öz təsirini göstərir: "İqtisadi azadlıq indeksinin cari ilin sonunda artdığını, bir neçə pillə də yüksəldiyimizin şahidi olacağıq. Təbii ki, bu artım cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi, siyasi və s. kimi islahatların həyata keçirilməsi nəticəsində baş verəcək, iqtisadi inkişafa şərait yaradacaq. Bu, bizim üçün çox böyük və əhəmiyyətlidir. Belə davam etsək, yaxın gələcəkdə biz iqtisadi azadlıq indeksinə görə, daha ön sıralara yüksələ bilərik. Çünki nəzərə almaq lazımdır ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə çatmaq asan məsələ deyil, üstəlik biz Vətən Müharibəsi aparmışıq, qalib dövlət kimi də həmin ərazilərimizi bərpa və inkişaf etdirmək üçün bizə maliyyə vəsaiti lazımdır. Problemlər öz həllini tapacaq və yaxın zamanlarda Azərbaycan 188 ölkə arasında 20-25-ci yerlər arasında qərarlaşacaq".(pravda.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1077   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

İlham Əliyev Zelenskini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfir

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gəlib. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasını

25 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel