Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - MARAQLI FAKTLAR

Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - MARAQLI FAKTLARBu gün - 6 mart kino və dublyaj aktyoru, uşaq rollarının mahir ifaçısı Ruslan Nəsirovun anım günüdür. BiG.AZ kulis.az-a istinadən bu münasibətlə aktyorun həyatından maraqlı faktları təqdim edir.

Ruslan Nəsirov 1974-cü ildə Bakıda anadan olub. İlk dəfə 1984-cü ildə Şamil Mahmudbəyovun Həsənağa Turabovla birlikdə çəkdiyi "Tənha narın nağılı" filmində Sadıq roluna çəkilib. Filmdə Həsənağa Turabov, Rasim Balayev, Yaşar Nuri, Həsən Əbluc, Şükufə Yusifova, Əminə Yusifqızı kimi nəhəng aktyorların olmasına baxmayaraq, Ruslan Sadıq obrazı ilə məşhurlaşmağı bacarıb.

***

Deyilənə görə bu filmdəki ifası dövrün aktyorlarını heyran qoyaraq, onun film karyerasının uğurlu başlanğıcı olub. "Tənha narın nağılı" filmindən sonra 1986-cı ildə yazıçı Anarın Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin müəllimi" əsərləri əsasında yazdığı ssenariyə çəkdiyi "Qəm pəncərəsi" filminə dəvət alan Ruslan Nəsirov oynadığı Əhməd rolu ilə ona edilən etimadın təsadüfi olmadığını sübut edir.

Həsən Əblucla Ənvər Əblucun 1991-ci ildə İsi Məlikzadənin ssenarisi əsasında çəkdiyi "Pəncərə" filmi Ruslan Nəsirovun aktyor kimi çəkildiyi son uğurlu film olur. Bu filmdə Köçəri rolunu ifa edən aktyor öz rolunun öhdəsindən elə məharətlə gəlir ki, Köçərinin həbs olunduğu səhnədə Nərminə, yəni aktrisa Simuzər Ağakişiyeva həqiqətən göz yaşı tökür.

***

90-cı illərdən sonra Ruslanın kinodakı uğurlu karyerasının davamı olmur. Sonralar "Ağ atlı oğlan", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Bir anın həqiqəti", "Qüdsi", "Adam" filmlərinə çəkilsə də, bu filmlər ona heç bir uğur gətirmir.

***

Bundan sonra filmlərə çəkilməyən, hətta müsahibə verməkdən də imtina edən aktyor Azərbaycan televiziyasında əcnəbi filmlərin dublyajı ilə məşğul olmağa başlayır.

Sonralar filmlərdə az görünməsinin də səbəbləri var imiş. Sən demə, təkcə filmlərə çəkilmək deyil, hətta adi şəkil çəkdirmək də onun üçün fobiyaya çevrilibmiş. Kimsə şəkil çəkdirmək istəyəndə qoymazmış. İnternetdə olan son görüntülərini isə dostu Kamran Yunis ondan xəbərsiz çəkib.

***

Ruslan aktyorluq sənəti üzrə heç bir təhsil almasa da, bütünlüklə bu sənətə bağlı olub. "Qəm pəncərəsi" filminin çəkilişləri üçün uzun müddətli axtarışlar olub. 1000-dən çox uşaq sınaqdan keçirilib. Lakin, sonda Əhməd roluna Ruslan Nəsirov təsdiq olunub. O, bu roluna görə 100 manat qonorar alıb.

Aktyorun son illər çəkildiyi filmlər, xüsusən də "Ağ atlı" oğlan filmindəki rolu özünün xoşuna gəlməyib. Bu haqda ondan soruşanda deyib: "Nə olsun e, o filmdə oynamışam, "Ağ atlı oğlan"da da mən oynamışam, amma o film xoşuma gəlmədi, alınmadı".

***

Dostu aktyor Kamran Yunis müsahibələrində Ruslan haqqında deyir: "Yutuba yerləşdirdiyim videonu da ondan xəbərsiz çəkmişəm. Görsəydi, o dəqiqə sildirəcəkdi. O dünyadan vaxtsız köçəcəyini hiss edirdi sanki… Ruslanla bağlı maraqlı hadisələr çoxdur. Bir dəfə təngnəfəs redaksiyaya daxil oldu. Başladı həyəcanlı-həyəcanlı danışmağa. Dedi, qədeş, sən heç bilirsən ki, yol qırağında səkilər var ha, o səkilərə qoyulan daşların birinin qiyməti neçəyədir. Dedim, yox, bilmirəm. Yenə həyəcanla sözünə davam etdi, sən demə, bir daşın 200 manata yaxın qiyməti var, fəhlələrdən soruşdum. Evdən işə çatana qədər o daşları saymışam, düzdür, bəzi yerlərdə hesabı itirdim, ancaq saydım, bilirsən o daşlara nə qədər pul xərcləyiblər?"

Avtomobillərlə bağlı dəhşətli fobiyası olub. Maşınla harasa getməkdən, xüsusən də qarşı tərəfdə oturmaqdan qorxurmuş. Bir dəfə isə dostunun maşınında yol gedəndə qarşıdan gələn maşınları görəndə dizlərini yığıb, əlləri ilə gözlərini yumaraq qışqırıb.

Ailəsi, dostları nə qədər onu dilə tutsalar da, evlənmək istəmədiyini deyirmiş. Növbəti dəfə belə söhbətlərin birində Ruslan deyib:

"Mənim ömrümə az qalıb. Niyə kiminsə balasını bədbəxt edim?"
Bir dəfə isə dublyaj redaksiyasında aktrisa Venera Abbasovaya 40 yaşında öləcəyini deyib. Aktyor 2015-ci ilin mart 6-sında 41 yaşında qaraciyərində yaranan problemdən dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 9276   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021