Şokoladın HORMONLARA FAYDASI açıqlandı

Şokoladın HORMONLARA FAYDASI açıqlandıQida məhsulları içərisində əksər insanların, xüsusilə uşaqların xoşladığı şokolad və şokoladlı məhsullar dünyanın ən populyar desertlərindən biri hesab edilir. Statistik məlumata əsasən, hər il istehlakçılar bu qida məhsullarına 7 milyard dollara qədər vəsait xərcləyir. Müxtəlif növləri olan şokoladların tərkibi təbii və qarışıq olur. Təbii şokolad yalnız kakao çəyirdəyi (yağı) və şəkərdən alınır, qarışıq şokoladın istehsalında isə bu iki əsas inqrediyentdən əlavə süd, qəhvə, qoz və digər qida məhsullarından istifadə edilir.
Şokoladın bir neçə əsas növü vardır. Acı şokolad kakao yağı, toz şəklinə salınmış kakao, lesitin, vanil və şəkər kirşanından istehsal edilir. Şokoladın bu növü ən zərərsiz hesab edilir, belə ki minimum şəkər miqdarına malikdir və tərkibində süd və ya qaymaq yoxdur. Ən çox istehlak edilən südlü şokolad acı şokoladla müqayisədə daha şirindir və yüksək kaloriliyə malikdir. Südlü şokoladın əsas inqrediyentlərinə xırdalanmış kakao (acı şokoladla müqayisədə daha az miqdarda), şəkər, kakao yağı, lesitin, vanil, süd yağları və quru süd aiddir. Bəzi istehsalçılar şokolad istehsalında soyadan da istifadə edir ki, bu da məhsulun dadına və keyfiyyətinə təsir göstərir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə bildirilir.

Digər şokolad növünə ağ şokolad aiddir. Bu şokolad növünün südlü şokoladdan fərqi ondan ibarətdir ki, tərkibində xırdalanmış kakao və şokolad likörü (şokolad likörünün tərkibində spirt olmur) yoxdur. Tərkibində şəkərin yüksək miqdarı və qida qatqı maddələri çox olduğundan bu növ şokolad faydalı qida məhsulu hesab edilmir. Həmçinin qeyd etmək lazımdır ki, tərkibində 99% şokolad liköru təşkil edən sərt və şirin olmayan, kəmşirin, tünd südlü şokolad və digər növləri də mövcuddur. Şokoladın növü tərkibindəki inqrediyentlər, kakaonun faiz miqdarından asılıdır. Keyfiyyətli şokolad dağılmamalı, dişlərə yapışmamalı və əldə əriməməlidir.
Kakao və şokolad məhsulları Sağlamlığa olan faydalarına görə əsrlər boyu bir çox mədəniyyətlərdə dərman kimi istifadə edilmişdir. Şokoladın tərkibində olan flavonoid maddələri qan təzyiqini aşağı salmaq və orqanizmdəki müəyyən hormonları balanslaşdırmaq kimi bir sıra faydalara malikdir. Flavonoidlərə meyvələrdə, tərəvəzlərdə, taxıllarda, çay, şərab, eləcə də şokoladda rast gəlinir. Flavonoidlər artıq bir sıra qidalanma, əczaçılıq, dərman və kosmetika sənayesində əvəzolunmaz bir komponent hesab olunur. Bu da onun antioksidant, iltihab-əleyhinə, anti-mutagen və anti-kanserogen xüsusiyyətlərə malik olması ilə əlaqədardır. Flavonoidlər, həmçinin xərçəng, altsheymer xəstəliyi (AX), ateroskleroz və s. kimi müxtəlif xəstəliklərlə əlaqəli çeşidli biokimyəvi və antioksidant təsirə malikdir. Şokolad antioksidantların (flavonoidlərin) əhəmiyyətli dərəcədə toplandığı mənbələrdəndir və tünd şokolad bu baxımdan süd və ya ağ şokoladdan daha zəngindir.
Şokoladın bütün sirri onun tərkibindəki kakao yağındadır. Əsl kakao çəyirdəklərindən hazırlanan şokolad faydalı vitaminlər (B1, B2, B3, B5, B8 və E), alkaloidlər, bol minerallar (maqnezium, sink, dəmir, manqan, kalsium, mis, kükürd, kalium) və antioksidantlarla zəngindir. Bu məqsədlə kakao çəyirdəyi təmizləyib qovrulduqdan sonra narın üyüdülür. Üyüdülmüş kakaonun bir hissəsinin sıxılaraq yağı ayrılır. Kakao yağından hazırlanan məhsullara "şokolad", bitki tərkibli yağlar və kakao tozundan hazırlanan məhsullara isə "yalançı şokolad" deyilir. "Yalançı şokolad"larda kakao yağı əvəzinə bitki yağları, palma, soya, pambıq, qoz, fındıq, Hindistan cevizi, manqo toxumu yağlarından istifadə edilir. Ümumiyyətlə, şokoladların tərkibində 35-37% yağ olur. Kakao yağı şokoladın üçdə bir hissəsini təşkil edir, otaqda və ya ətraf mühit temperaturunda şokoladın sərtliyinə, kövrəkliyinə, əriməsinə, şokoladın parlaqlığına və rəf ömrünə cavabdehdir.
Bəzən şokoladların istehsalında bitki yağlarının hidrogenləşməsindən əldə edilən sintetik yağlar da istifadə olunur. Bu cür şokoladların tərkibində trans yağlarla yanaşı, çox miqdarda şəkər, kimyəvi əlavələr olan boyalar və qatqı maddələri də mövcud olur. Belə şokoladların gündəlik istehlakı zamanı insan orqanizmi kimyəvi maddələrlə yanaşı, trans yağların istehlakı ilə də üzləşir ki, bu da öz növbəsində ürək xəstəlikləri riskini artırır, immun sistemini zəiflədir, mədəaltı vəzin fəaliyyətini pozur, xərçəng xəstəliyi riskini artırır və piylənməyə səbəb olur, həmçinin reproduktiv sistemə mənfi təsir göstərir.
Şokoladdakı flavonollar dərini günəşin zərərli təsirlərindən qoruyur, o cümlədən dəriyə qan axınını yaxşılaşdırır, dəri nəmliliyini artırır. Flavanollarla zəngin şokoladın müntəzəm istehlak edilməsi dərinin əhəmiyyətli dərəcədə foto-qorunmasını təmin edir və beləliklə, insan dərisini zərərli ultrabənövşəyi şüaların təsirindən qorumaqda effektiv xarakter daşıyır. Adi şokoladın isə belə bir təsiri yoxdur.
Sağlam könüllülərin iştirakı ilə aparılan bir araşdırma, beş gün ərzində flavanolla zəngin kakao və ya tünd şokolad qəbulunun beyinə qan axınını artırdığını göstərmişdir. Bu maddələr, həmçinin zehni əngəlli yaşlı insanlarda da beyinin funksiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Kakao və şokolad məhsullarının istehlakı bəzi insanlarda həzm problemlərinə, dəri reaksiyalarına, qəbizliyə və miqrenə səbəb ola bilir. Şokoladın narahatlığın artması, yuxusuzluq, daha sürətli ürək döyüntüsü və sidik ifrazatının artması da daxil olmaqla, kofein ilə əlaqəli digər yan təsirləri də vardır.
Hamiləlik dövründə yüksək miqdarda şokolad qəbulu tərkibindəki kofeinlə əlaqədar olaraq, doğulacaq körpənin çəkisinin azalmasına, eləcə də erkən doğuşa səbəb ola bilir. Lakin digər bir araşdırma onun aşağı dozalı qəbulunun ana və körpənin əhval-ruhiyyəsinə, hətta müsbət təsir göstərdiyini aşkar etmişdir.
Şokolad alarkən diqqət edilməli əsas məqam etiket məlumatları ilə tanışlıqdır. Şokoladın qablaşdırılmasında aşağıdakı etiket məlumatları yer almalıdır; adı, tərkibi, miqdarı (kütlə, həcm), istehsal tarixi, son istifadə tarixi, saxlama şərtləri, istehsalçının adı və ünvanı, istifadəyə dair tövsiyələr və ya məhdudiyyətlər, qida dəyəri göstəriciləri. Etiketdə şokoladın hansı növə aid olduğu da qeyd edilməlidir. Əgər şəkər qismən və ya tamamilə dadlandırıcı ilə əvəz edilibsə, etiket məlumatında mütləq dadlandırıcının miqdarı göstərilməlidir. Şokoladın tərkibində kakao yağı ilə bərabər digər bitki yağları da varsa, bu barədə etiketdə məlumat verilməlidir. Kakaonun miqdarı (ağ şokolad istisna olmaqla) mütləq qeyd edilməlidir.
Həmçinin şokoladın saxlanma şəraitinə də diqqət edilməlidir. Şokoladın saxlanması üçün optimal temperatur 18±3°С, rütubət isə 75% hesab edilir. Şokoladı günəşin birbaşa düşən şüalarından qorumaq lazımdır. Şokoladı sərin yerdə saxlamaq məqsədəuyğundur. Belə ki, şokoladın soyuducuda saxlanılması onun səthinin rənginin dəyişməsinə və ağ rəngli örtüyün əmələ gəlməsinə səbəb olur. Bu ağ örtük nəmliyin çox olması ilə əlaqədar olaraq, şokoladın tərkibindəki şəkərin onun səthinə yığılması nəticəsində əmələ gəlir. Bu hal şokoladın dadına təsir etməsə də, görünüşünü korlayır. Düzgün saxlanma şəraitində acı şokolad iki il müddətində öz keyfiyyətini qoruyur.
Qablaşdırılmış şokolad soyuducuda, istənilən temperatur və rütubət şəraitində bir neçə ay ərzində saxlanıla bilər. Bu zaman şokoladın dad və ətri dəyişməz qalır. Məhsul açıldıqda isə hermetik konteynerə yerləşdirilməlidir ki, hava ilə təmasa yol verilməsin və kənar qoxuların hopmasının qarşısı alınsın.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1306   Tarix: 07 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Azərbaycanda koronavirusdan daha 38 nəfər öldü - 2676 yeni yoluxma

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2676 yeni yoluxma faktı qeydə alınıb, 3893 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada nəfər 38 nəfər COVID-19-dan dünyasını dəyişib

12 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

Türkiyədə daha 259 nəfər koronavirus qurbanı oldu

Türkiyədə son sutkada COVID-19-dan 259 nəfər ölüb. xəbər verir ki, son sutkada 314 046 nəfər test edilib, onların 22 923-nün nəticəsi pozitiv çıxıb. Son 24 saatda COVID-19-dan 30 144 nəfər sağalıb

11 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021