Sahil Babayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Sahil Babayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTOƏmək, məşğulluq, sosial müdafiə, eyni zamanda, ölkəmizdə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi sahələrində Almaniya ilə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi diqqətdə saxlanılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Volqanq Maniq ilə görüşündə bildirib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfərdən bəhs edən nazir ərazilərimizin Ermənistanın işğalından azad edildiyini, dağıdılmış ərazilərimizdə başlanan böyük quruculuq işlərini qeyd edib.

Ölkəmizdə aparılan sosial islahatlar barədə səfiri məlumatlandıran S.Babayev sosial sahədə Almaniya ilə əməkdaşlıq əlaqələrindən bəhs edib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyi arasında hələ 2008-ci ildə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Ona görə də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının yenilənməsi və genişləndirilməsi arzuolunandır.

Nazir diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığı ilə ölkəmizdə Almaniyanın "Ottobock SE &Co" şirkəti ilə əməkdaşlıq şəraitində yüksək texnologiyalı protezlərin hazırlanması sexi qurulub. Müharibədə yaralanmış qazilərimizin ötən ilin dekabrından həmin müasir elektron protezlərlə təminatına başlanıb. Ümumilikdə ölkədə yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verilir.

Səfir V.Maniq ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsindən məmnunluğunu ifadə edib.

Görüşdə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) icra etdiyi layihə çərçivəsində əməkdaşlıqdan bəhs olunub. Peşə hazırlığı sahəsində Almaniya-Azərbaycan Xarici Ticarət Palatası ilə əməkdaşlıq əlaqələrinin yaradılması və bu sahədə birgə tədbirlərin görülməsi ilə bağlı müzakirələrin davam etdiyi qeyd olunub. Yeni nəsil reabilitasiya texnologiyalarının tətbiqi, məşğulluq, aktiv məşğulluq tədbirlərinin təşkili, peşə hazırlığı və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sahil Babayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 717   Tarix: 09 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

"Ermənistanın havadarına çevrilməkdə olan ABŞ açıq şəkildə Azərbaycan ordusunun gücündən narahatdır" - POLİTOLOQ

Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nd

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

Azərbaycan Prezidenti: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

"Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxal

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel