VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaq

VII Qurultay YAP-ın inkişafında xüsusi rol oynayacaq5 mart 2021-ci il tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisədir. Bu gün Azərbaycan özü yeni reallıqlar yaradan ölkədir. 44 günlük Vətən müharibəsində tarixi qələbəmiz yeni reallıqların yaranması prosesini inkişaf etdirən başlıca istiqamətlərdəndir. Qurultayın keçirilməsi bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır.

Sonuncu qurultaydan ötən illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələrlə yadda qalıb. Ən başlığası isə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb.

Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.

Qarabağ bölgəsinin özünün enerji istehsal etmək potensialının yüksək olması nəzərə alınaraq Prezident İlham Əliyevin göstərişi ilə işğal illərində dağıdılan Laçın rayonunda 5, Kəlbəcərdə isə 12 su elektrik stansiyasının bərpası sürətlə həyata keçirilir, Laçın rayonunda "Güləbird" Su Elektrik Stansiyası təmirdən sonra istismara verilmişdir. Bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində İran İslam Respublikası ilə birlikdə tikilən "Xudafərin" və "Qız qalası" su elektrik stansiyaları da mühüm rol oynayacaq.

Qarabağ bölgəsində nəqliyyat strukturunun inkişafı ilə bağlı artıq Füzulidə hava limanının tikintisinə başlanılıb və Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə və eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə olan böyük planlar reallaşacaq.

İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.

YAP-ın VII qurultayinda 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciətinin qəbul edilməsi milli birlik və siyasi həmrəyliyin yeni modelinin təzahürüdür. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin VII qurultayda yekun nitqində digər partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasını siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olaraq dəyərləndirmiş və bu addımın olduqca əlamətdar hadisə olduğunu qeyd

etmişdir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım olmaqla yanaşı həm də göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

VII qurultay çərçivəsində təşkilati məsələlərlə bağlı qərarlar, həmçinin partiyanın yeni nizamnaməsi qəbul edilmişdir. Belə ki, qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfər tərkibdə Təftiş Komissiyası təsdiq edilmişdir. Eyni zamanda, yeni qurum olan Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası yaradılmışdır ki, bu qurumun da tərkibi 35 nəfər olaraq təsdiq edilmişdir. Qəbul olunmuş yeni qərarlar partiya fəaliyyətinin inkişaf sürətini daha da artıracaq.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır.

Metin Hüseynov - politoloq


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 579   Tarix: 10 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Ərdoğan Azərbaycanın yeni səfiri ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın bu ölkəyə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun etimadnaməsini qəbul edəcək. Türkiyə Prezident Administrasiyasının rəsmi saytında bu barədə məlumat dərc olunub. Təqdimat mərasimi Türkiyə Prezident Sarayında yerli vaxtl

9 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021