YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə kömək olacaq

YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə kömək olacaqÖlkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı çox əlamətdar bir dövrə təsadüf etdi. Ölkəmizin həyatında keyfiyyətcə yeni bir mərhələ yaşanmaqdadır. 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirib. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın, həm də dövlətin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır. Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir. Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın sıraları getdikcə genişlənir. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir.

Son illərdə ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".

Partiyanın dünəni zəngin və şərəflidir, bu günü fəal quruculuq və xalqa xidmət qayğılarından ibarətdir. YAP gələcəyə aydın proqramla, güclü siyasi rəhbəri, partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək irəliləyir.

Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır.

Yeni Azərbaycan Partiyasının VII Qurultayı böyük önəmə sahibdir. Ötən müddət ərzində Yeni Azərbaycan Partiyası ciddi irəliləyişlər əldə edib. Ona görə də partiyanın idarə olunması və partiyada fəaliyyətin tənzimlənməsi üçün yeni, çevik mexanizmin yaradılması vacib idi. Bütün bu məsələlər partiyanın Qurultayda təsdiq edilmiş yeni Nizamnaməsində öz əksini tapıb. Eyni zamanda qurultayda seçilən yeni İdarə Heyətinin əksəriyyəti gənclərdir. Bu, partiyada gənclərə göstərilən etimadın nəticəsidir. Həmçinin 6 siyasi partiyanın YAP-a qoşulması da bu mənada, əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palitrasında hakim partiyaya

olan inam və etimada dəlalət edir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycan güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, YAP-ın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış yeni adların İdarə Heyətində yer alması, yeni nəsil siyasətçilərin rəhbərliyə gətirilməsi gələcəkdə partiyanın daxilində yeni mühit formalaşdıracaqdır.

Qurultayda Birinci vitse-prezident Mehriban Əliyevanın partiyamızın sədr müavini təyin olunması YAP-ın tarixində yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. İndiyə qədər qazandığımız bütün zəfər və nailiyyətlərdə Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi əvəzsiz xidmətləri olan Mehriban Əliyevanın YAP sədrinin müavini vəzifəsinə təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha səmərəli və çevik şəkildə cavab verməsinə zəmin yaradacaqdır.

VII Qurultayda Veteranlar Şurası yaradıldı, bununla da partiyanın qurucuları ilə yeni nəsil arasında rabitə itirilmədi, köhnə və yeni nəsil siyasətçilər arasında balans qorundu. Struktur dəyişikliyi edilərək YAP-ın Mərkəzi Aparatının formalaşdırılması yeni hədəflər uğrunda çevik qərarların qəbulu və innovativ həll mexanizmlərinin tətbiqinə şərait yaradacaq. Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcəkdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 875   Tarix: 10 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qırğızıstan prezidenti Ağdama gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır. Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasını

23 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

"Sülhməramlılar üçün Qarabağda heç bir funksiya qalmamışdı" - Peskov

"Rusiya sülhməramlıları Qarabağı tərk etdilər, çünki onlar üçün regionda artıq heç bir funksiya qalmamışdı". "Qafqazinfo" xəbər verir ki, bunu Birinci Kanalda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, vəziyyət Ermənistanın Azərbaycan sərhədlərin

22 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel