Bakıda velosiped oğruları SAXLANILDI - VİDEO

Bakıda velosiped oğruları SAXLANILDI - VİDEOYasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində binaların girişlərində quraşdırılan internet provayderlərindən birinə məxsus optik paylayıcı avadanlıqları oğurlayan paytaxt sakini Zaur Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirlliyi (DİN) Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon ərazisində ayrı-ayrı binalardan hər birinin qiyməti 520 manat olan 5 ədəd optik internet paylayıcı qurğu oğurlayıb satdığı məlum olub.

Həmçinin saxlanılan şəxsin Yasamal rayonunda daha bir yaşayış kompleksinin liftlərindən elektrik lampaları oğurladığı da müəyyən edilib.
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə binaların girişlərində saxlanılan velosipedləri oğurlayan paytaxt sakini Sərxan Muğbilov saxlanılıb. Araşdırma zamanı onun 2 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. S.Muğbilovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Hər iki faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Z. Məmmədov və S.Muğbilovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis orqanlarına, habelə DİN-in "102" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 800   Tarix: 11 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel