"İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım" - Erməni əsgərin etirafları

"İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım" - Erməni əsgərin etirafları"Arqumenti i Faktı" nəşrinin şərhçisi Georgi Zotov İrəvandan reportaj hazırlayıb. Müəllif reportaj boyunca oxucunu Ermənistanın məğlubiyyəti, müharibədən sonra düşdükləri vəziyyətlə tanış edib.

Sonxeber.az Publika.az-a istinadən həmin reportajı təqdim edir:

İrəvanda hərdənbir arxa pəncərəsinə hərbi geyimli gəncin iri ağ-qara fotosunun yapışdırıldığı avtomobilə rast gəlirsən. Bu, Qarabağ uğrunda Azərbaycanla aparılmış 44 günlük müharibədə həlak olmuş kiminsə atası, qardaşı, yaxud oğludur. Rəsmi məlumatlara görə, 4 min, qeyri-rəsmi məlumatlara görə 7 min erməni əsgər öldü.

Könüllü olaraq döyüşdə iştirak edən, bir əlinin iki barmağı kəsilmiş Armen Mnatsakanyan deyir: "Sanki vəba baş verdi. Döyüşməyə belə imkan tapmadıq. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən cüzi vızıltı eşitdik və paart! Türkiyənin pilotsuz təyyarəsi zərbə endirdi. İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım, əlim zədələndi".

2020-ci ilin 27 sentyabr-10 noyabr tarixində baş verən Qarabağ müharibəsi göstərdi ki, silahlı qarşıdurmada qalib gəlmək üçün cəsarət yetərli deyil, rəqibin imkanlarını qiymətləndirmək, ciddi nizam-intizam və müasir texnika lazımdır. Yüzlərlə tankı və əsgəri "Ura" qışqıraraq, döyüş meydanına gətirmək sistemi artıq işləmir.

"Azərbaycan 1994-cü ildən başlayaraq, davamlı silahlanır" deyən Ermənistan ordusunun keçmiş kapitanı Suren Ter-Qukasyan ah çəkir və qeyd edir:

"Təkcə son 9 ildə müdafiə sənayesinə 24 milyard dollar xərclədilər, hərbi xərclər dövlət büdcəsinin 11 faizini təşkil edir. Rusiyadan ən müasir helikopter, zirehli daşıyıcılar, tank əleyhinə "Kornet-E" kompleksləri, S-300 hava hücumundan müdafiə sistemləri alıblar. Onların ordusu Türkiyənin, İsrailin və ABŞ-ın ən yaxşı təlimçiləri tərəfindən hazırlandı. Ermənistanda orduya cəmi 4 milyard dollar ayrıldı. Əlbəttə, silahlar alındı, lakin çox deyil: "İsgəndər" raketləri, Serbiya istehsalı olan minaatanlar. Biz axmaq idik. Biz birinci müharibədə Azərbaycanın mığlub olmasının eyforiyasında idik. Lağ edirdik: "Bu azərbaycanlılar doğrudan döyüşməyi bacarır? Gözləsinlər, biz Bakıya çatacağıq".

Qarabağda təmas xəttindəki qarşıdurma 26 il davam etdi. Hər gün atışmalar, snayper dueli olurdu. Məlum oldu ki, ermənilər genişmiqyaslı müharibəyə hazır deyillər. Keçmiş qələbədən sonra rəqibin öhdəsindən gəlməyin asan olduğuna inanırdılar. Bunun fonunda Azərbaycanda Qarabağın azad edilməsi milli düşüncəyə çevrildi. Bakıda olduğum zaman buna əmin oldum. Azərbaycanlılar uşaqlıqdan yeni müharibəni arzu edirdilər və fədakarlığa da ruhi cəhətdən hazır idilər. Ermənilər illərdir Azərbaycanın müasir silahlar aldığına baxır və düşünürdülər ki, məqsəd onları qorxutmaqdır. Azərbaycanlılara gülürdülər: "Qorxaqlar, buna cəsarət edə bilməzlər".

İrəvanın mərkəzindəki bir kafedə ötən ilin oktyabrında Qarabağ müharibəsinə könüllü gedən Levon Melkonyanla danışıram. Söhbət ingilis və ərəb dillərində gedir, çünki Levon Livanda – Beyrutun erməni məhəlləsndə doğulduğu üçün rus dilini bilmir. Levon xatırlayır:

"Müharibənin ilk günündən etbarən azərbaycanlılar hava üstünlüyünə nail oldular. Tanklar və zirehli texnikanın faydasız olduğu ortaya çıxdı, pilotsuz təyyarələr raket yağdırırdı. Raketlər komandirlərin iclas üçün toplandığı yerləri məhv edirdi. Sursat gətirə bilmirdilər, çünki PUA-lar yük maşınlarını axtarır, tapır və məhv edirdi".

Bu sözləri İrəvanda əksər hərbçidən eşitdim. Ermənistan on minlərlə əsgər topladı, lakin cəbhəyə göndərə bilmədi, çünki məqam əldən verilmişdi. Növbəti vacib amil döyüş bölgəsindəki nizam-intizamdır. Məqalənin əvvəlində söhbət etdiyim könüllü etiraf edirdi: postda oturub konyak içirlər. Aydındır, bəzən içki olmadan müharibə aparmaq çətin olur. Əsgər Araik Xaçikyan etiraf edir:

"Dəhşətli idi. Mən səhər açılan kimi içməyə başlayırdım, əks halda dronların törətdiyi partlayışlara əsəblərim dözmürdü. Zabitlər də içirdi, hətta deyirlər ki, yüksək çinli erməni siyasətçisi generallara zəng edərək, nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürür, öz bildikləri kimi edirdilər. Hər şey bir-birinə qarışmışdı".

İrəvanın hər küncündə çiçək satılır. Satıcı Qayena deyir: "Qızılgül və qərənfillər çox bahalaşdı. Oktyabr-noyabr aylarında hər gün onlarla uşaq dəfn edirdik... Sonra da yas... Qəbir üstünə çiçək qoymaq lazımdır... Bu günə qədər də dəfn edirlər, ölmüş əsgərləri tapırlar... Min beş yüz əsgər itkin düşüb... Mən bir məsələni başa düşmürəm, niyə "İsgəndər"ləri istifadə etmədilər?"

Kapitan Suren Ter-Quksayn isə deyir ki, "Azərbaycanın neft bölgələrini "İsgəndər"lə vurmaq lazım idi, lakin heç kimin buna cəsarəti çatmadı".

Reрortajın sonunda müəllif yazır ki, Qarabağ müharibəsindən Rusiya da dərs çıxarmalıdır. Çünki Türkiyənin pilotsuz təyyarələri indiki dövrdə müharibə metodlarının sürətlə dəyişdiyini göstərir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2455   Tarix: 13 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021