Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib – FOTO/VİDEO
"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən komanda-qərargah təlimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.
Təlimin sonuncu mərhələsində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzindəki kompüterlər vasitəsilə qiymətləndirilib. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə kompüterlər üzərində məşqlər keçirilib.
Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri Qarnizonun koordinasiya qrupu tərəfindən qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində verilmiş tapşırıqlar birləşmə və hissə komandirləri ilə dəqiqləşdirilib.






Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Müharibə Baxılıb: 1037 Tarix: 13 mart 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Ordumuzda peyvənd olunan hərbçilərin SAYI AÇIQLANDI
Azərbaycan Ordusunda 9.000-ə yaxın hərbi qulluqçu COVID-19 qarşı peyvənd olunub.. . Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.. . "Pandemiy
7 mart"Əgər razılıq olmasaydı, ordumuz məhv ediləcəkdi" - Ermənistanlı hərbçi
Minlərlə müxalifət tərəfdarı hər gün Yerevanda parlament binasının qarşısında etiraz edir. Baqramyan prospektində etiraz iştirakçıları çadır şəhərciyi salıblar.. . Sonxeber.az bildirir ki, Milli.Az Currenttime.tv-yə istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsində iştirak edən keçmiş erməni hərbçilə
7 martMoskvada Qarabağla bağlı KRİTİK MÜZAKİRƏ
Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib.. . Sonxeber.az xəbər verir ki, görüşün iştirakçıları Dağlıq Qarabağın inkişafı planlarını müzakirə ediblər.. . Bundan əlavə həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə bağlı ekspertlərin hesabatlar
28 fevralXocavəndin Çiraquz kəndi - FOTO
Xocavənd rayonunun Çiraquz kəndindən videogörüntülər yayılıb.. . Sonxeber.az Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:. . . .
28 fevralHərbi qulluqçumuzun şəhid olması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTO
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb.. . Hadisə ilə bağlı Müdafiə Nazirliyindən Sonxeber.az-a bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən hərbi hissələrdən birind
28 fevralSabah Qarabağ üzrə İşçi Qrupun dördüncü iclası keçiriləcək
Dağlıq Qarabağ üzrə İşçi Qrupun Azərbaycan, Rusiya, Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində yeni üçtərəfli iclası martın 1-də videogörüş formatında olacaq.. . Sonxeber.az xəbər verir ki, bu barədə İşçi Qrupun üçüncü iclasının nəticəsinə görə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçu
28 fevral