"Rusiya, bizi bağışla! Sən bizi atıb getməzsən? Ermənilər artıq Qərblə dost olmaq istəmir"

"Rusiya, bizi bağışla! Sən bizi atıb getməzsən? Ermənilər artıq Qərblə dost olmaq istəmir"Rusiyanın "Arqumentı i Faktı" nəşrində "Rusiya, bizi bağışla! Sən bizi atıb getməzsən? Ermənilər artıq Qərblə dost olmaq istəmir" adlı məqalə dərc olunub.

Ermənistanda baş verən hadisələrə və Rusiyadan gözləntilərə həsr olunmuş yazının müəllifi Georgi Zotovdur. O, İrəvanda olaraq yerli sakinlərlə söhbət edib və onların fikirlərilə tanış olub.

Ermənilər bildirib ki, İkinci Qarabağ müharibəsi günlərində Qərb Ermənistana ünvanlanmış dəstək mesajları verdi, ABŞ-ın o dönəmdəki prezidenti Donald Tramp atəşkəsə nail olmağa çalışdı. Düzdür, atəşkəs cəmi 2 saat çəkdi. Müharibə yalnız Rusiyanın vasitəçiliyi ilə dayandı. İndi məhz Rusiya hərbçiləri Qarabağda mina sahələri və partlamamış mərmilərin arasında xidmət edir.

İndi İrəvanın mərkəzində, Baqramyan prospektində müxalifətin mitinqlərində ermənilər bu cür şüarlar səsləndirir: "Bizə Qərb lazım deyil. Ruslarla birlikdə olmaq istəyirik! Bizdən incimisiniz? Bağışlayın bizi!".

Ermənilər iddia edirlər ki, Rusiya və Belarusun vahid dövlətinə Ermənistan da daxil olarsa, türklər onlara toxuna bilməzlər.

İrəvan sakini Aram Qurgenyan deyir ki, ruslar yeganə dostlarıdır:

"Ruslar yeganə dostlarımızdır! Bunu həmişə demişəm və deyəcəyəm. Əgər 1920-ci ildə Rusiyanın tərkibinə qatılmasaydıq, türklər erməniləri məhv edərdi. Ermənilərin qırğına məruz qalmadığı yeganə dövr Sovet dövrü olub".

37 yaşlı kompüter proqramçısı Eduard Qaregyan isə bildirir ki, Amerika və Avropa onları uşaq kimi aldatdı:

"Ermənistan bizdən dəfələrlə güclü düşmənlə üzbəüz qaldı. Onlar, amerikalılar və avropalılar isə oturub sanki zooparkdakı kimi baxır, bizi necə parçaladıqlarını izləyirdilər".

Ermənilərin dediklərinə görə, indiki Baş nazir Nikol Paşinyan müxalifətdə olanda ölkəni Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağa çağırırdı. Amma Paşinyan Baş nazir kreslosuna əyləşən kimi onun Rusiyaya qarşı yönəlmiş çağırışları bir anda yox oldu. Məlum oldu ki, erməni siyasətçilər Rusiya ilə əlaqələrin kəsilməsinə görə xeyli pul itirməyə hazır deyillər.

Ermənistan silahlı qüvvələrinin sabiq kapitanı Suren Ter-Qukasyan deyir ki, burada hamı pulla özünə dost tutmağa öyrənib:

"Bizə deyirdilər ki, ermənilərin nifrət etdikləri prezident Serj Sarkisyan hakimiyyəti Rusiyaya meylli idi. Yəni Rusiya bu cür pis adamları, oğru və rüşvətxorları dəstəkləyirdi. Yeni baş naziri Corc Soros fonduna yaxın şəxslər əhatə edirdi və Rusiya əleyhinə fikirlər səsləndirirdi. Paşinyan isə anlayırdı ki, Rusiya ilə münasibətləri korlamağa dəyməz. Bəlkə də o, Lukaşenko kimi Qərbə yönələcəyini deyib Rusiyadan pul almağı fikirləşirdi. Bizdə hamı pulla özünə dost tutmağa öyrənib".

Ermənilərin fikrincə, əslində, Qarabağ probleminin çözülməsi Qərbi heç zaman maraqlandırmayıb. ABŞ-ın qondarma "erməni soyqırımı"nı tanımasına gəldikdə isə, Vaşinqton bunu Türkiyəni qıcıqlandırmaq, Ankaradan qisas almaq üçün etmişdi.

"Ermənistanın sağ qalmaq, məhv olmamaq üçün, sadəcə, bir şansı qalıb. Tamamən Rusiyaya meylli mövqe tutmaq. Qəribədir ki, Ermənistanda hələ də bunu tam anlamırlar", - deyə İrəvan sakinləri bildirir.(oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2711   Tarix: 14 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Tavuşdakı gərginliyə görə Paşinyan ittiham edildi

"Noyemberyan rayonunda təxribat törədənlər Ermənistan hakimiyyətinin göstərişi ilə hərəkət ediblər". Bu açıqlama ilə Ermənistan Milli Məclisinin müxalif "Hayastan" blokunun deputatı Qarnik Danielyan çıxış edib. O qeyd edib ki, aksiya zamanı yolda etirazçıları mühasirəyə alan poli

23 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - FOTO/VİDEO

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müşavirədə müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Qur

20 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel