Prezident: "Biz öz vəzifəmizi tamamlamışıq"

Prezident: "Biz öz vəzifəmizi tamamlamışıq"Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir.

Sonxeber.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

"Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb. Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik", - deyə dövlət başçısı bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1529   Tarix: 14 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlə

19 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Gəncə MDB-nin idman paytaxtı olacaq

Azərbaycanın Gəncə şəhəri Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı olacaq. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasının yekunları barədə danışarkən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Biz Gəncə şəhərinin 2025-ci ildə

12 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel