14 yaşlı qızı Masazıra apardı: "Əvvəl ayrı otaqlarda yatdıq, sonra..."

14 yaşlı qızı Masazıra apardı: "Əvvəl ayrı otaqlarda yatdıq, sonra..."Abşeron rayonunda 2001-ci il təvəllüdlü Tacir 2005-ci il təvəllüdlü Məlahətlə (ad şərti verilib - red.) "İnstaqram" sosial şəbəkəsində tanış olub, sonra onunla cinsi əlaqəyə girib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində baş verib.

Tacir yaşadığı evin yataq otağında "İnstaqram" sosial şəbəkəsi vasitəsilə tanış olduğu Məlahətlə ilk dəfə 2019-cu il tarixdə təbii yolla cinsi əlaqədə olub.

"Üç ay danışdıq"

İstintaq orqanı tərəfindən Tacirin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tacir elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2018-ci ilin oktyabr ayında istifadəsində olan mobil nömrənin vasitəsilə "İnstaqram" sosial şəbəsində "LL_Tacı.LL" profili ilə qeydiyyatdan keçib: "Bundan sonra "Nadya.075" adlı profilin sahibinə dostluq atdım. Dostluğumu qəbul edəndən sonra danışmağa başladıq.

Həmin vaxt Nadya mənə 16 yaşı olacağını dedi. Mən də 17 yaşımın olduğunu, Əhmədli metrosunun yaxınlığında yaşadığımı bildirdim. Təxminən 3 aya yaxın yazışandan sonra 2018-ci il tarixdə virtual şəkildə sevgili olduğumuzu bir-birimizə elan etdik. Nadya mənə sonradan dedi ki, əsl adı başqadır".

"Bir yerdə ad gününü qeyd etdik"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2019-cu il tarixdə Məlahət "Audan" profili ilə "İsntaqram" sosial şəbəkəsi vasitəsilə ona yazıb: "Bildirdi ki, küsüb evdən çıxıb. Ondan harada olduğunu soruşdum. "Memar Əcəmi" metrosunun yaxınlığında olduğunu bildirdi.

Məlahətin dalınca getdim. Orada onunla görüşdüm və birlikdə taksi avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyindəki evimizə gəldik.

Şəhərcikdə yerləşən marketdən ərzaq aldım. Həmin vaxt Məlahət mənə dedi ki, onun bu gün ad günüdür. Biz bir yerdə ad gününü qeyd etdik. Yemək yedikdən sonra biz ayrı-ayrı otaqlarda yatdıq".

"Evlənmək istədiyimi bidirdim"

Tacir qeyd edib ki, səhəri gün də gedib şəhərdə gəzişiblər: "Sonra evə qayıtdıq. Həmin gecəni də ayrı-ayrı otaqlarda qaldıq. Yuxudan oyanandan sonra şəhərə yollandıq. Bir qədər gəzişəndən sonra yenidən evə qayıtdıq. Evdə kinoya baxdıq. Həmin vaxt Məlahətə fikrimin ciddi olduğunu və evlənmək istədiyimi bidirdim. Bundan sonra yataq otağına keçdik. Məlahətin razılığı ilə onunla təbii yolla cinsi əlaqədə oldum. Gecəni bir yerdə qaldıq".

Tacirin ifadəsinə görə, səhəri günü birgə həyətə düşüblər: "Bir az gəzdikdən sonra Məlahət getdi. Həmin tarixdən sonra 2019-cu ilin iyun ayına kimi mütamadi olaraq görüşdük, lakin cinsi əlaqədə olmadıq. Sonradan o, yoxa çıxdı, əlaqə saxlaya bilmədim. Məlahətə qarşı fikrim ciddi olub və ona gələcəkdə evlənəcəyimi bildirmişəm".

"Evdən qaçdım"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, nənəsi və bacısı ilə birlikdə yaşayır: "2018-ci ilin oktyabrında istifadəmdə olan mobil nömrə vasitəsilə "İnstaqram" sosial şəbəkəsində "Nadya.075" adı ilə qeydiyyatdan keçdim. Həmin vaxt mənə "LL_Tacı.LL" profilin sahibi dostluq atdı. Dostluğu qəbul etdikdən sonra yazışmağa başladıq. Profilin sahibi mənə Tacir olduğunu bildirdi. Tacirə dedim ki, 16 yaşı olacaq. Tacir də 17 yaşının olduğunu və Əhmədli metrosunun yaxınlığında yaşadığını bildirdi.

Təxminən 3 aya yaxın Tacirlə yazışandan sonra virtual olaraq sevgili olduğumuzu bir-birimizə bildirdik. Həmin ərəfədə bacımla Nəsimi rayonunda kirayədə yaşayırdıq.

2019-cu il tarixdə bacımla aramızda mübahisə yarandı, küsərək evdən qaçdım. İstifadəmdə olan telefondan "İnstaqram" sosial şəbəkəsi vasitəsilə Tacirə yazdım ki, evdən qaçmışam. Tacir məndən harada olduğunu soruşdu. "Memar Əcəmi" metrosu yaxınlığında olduğumu bildirdim".

"Masazıra apardı"

Məlahətin sözlərinə görə, Tacir onun dalınca olduğu yerə gəlib: "Mən dedi ki, onların Masazır qəsəbəsində yerləşən Zəngilan şəhərciyində evləri var, heç kim orada yaşamır, onunla oraya getməyimi təklif etdi.

Həmin vaxt Tacir oraya tək gəlmişdi. Biz 1 manatlıq taksiyə əyləşərək Zəngilan şəhərciyinə getdik. Şəhərcikdə yerləşən marketdən kartof, çörək, sosiska, yumurta və sok aldıq, mənzilə qalxdıq. Birlikdə yemək yedik və öz ad günümü Tacirlə birlikdə qeyd etdik. Tacirlə ayrı-ayrı otaqlarda yatdıq".

"Gecəni bir yerdə qaldıq"

Zərərçəkmişin ifadəsinə görə, səhəri gün şəhərdə gəziblər, sonra isə evə qayıtdıq: "Gecəni yenə ayrı-ayrı otaqlarda qaldıq. Yuxudan oyanandan sonra şəhərə getdik, şəhərdə bir qədər gəzdikdən sonra evə gələndən sonra kinoya baxdıq. Tacir mənə qarşı fikrinin ciddi olduğunu və mənimlə gələcəkdə evlənəcəyini bildirdi.

Kinoya baxdıqdan sonra Tacir yataq otağa keçdik. Razılığımla Tacirlə cinsi əlaqədə oldum. Məndən qan gəldi, başa düşdüm ki, bakirəliyim pozulub. Həmin gecəni biz bir yerdə qaldıq".

"15 yaşım olduğunu bilməyib"

Məlahət bildirib ki, səhəri gün yaşadığı evə qayıdıb: "Həmin vaxtdan mütamadi olaraq Tacirlə görüşdük. Lakin cinsi əlaqədə olmadıq. 2019-cu ilin oktyabr ayında başa düşdüm ki, hamiləyəm.

Bir qədər sonra ağrılarım tutdu və övladım dünyaya gəldi. 3 gün keçdikdən sonra həkimlər mənə bildirdilər ki, uşaq ölüb. Tacir mənimlə görüşəndə 15 yaşım olduğumu bilməyib. İlk dəfə cinsi əlaqədə olan zaman heç bir hədə-qorxu gəlməyib, könüllü olaraq cinsi əlaqədə olmuşam".

Məlahət ifadəsinin sonunda Tacirə qarşı heç bir şikayəti olmadığını bildirib. Ona cəza verilməməsini xahiş edib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb.

Tacir 7 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Tacirin həbsdə olduğu 7 ay müddət onun cəzasına hesablanmaqla cəzasını çəkərək qurtarmış hesab edilib.

Tacirin barəsində seçilmiş həbs qətioimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbsdən azad edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 19546   Tarix: 17 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Uşaqlarını bağçadan götürməyə gələn iki ata bir-birini güllələdi

Yekaterinburqda uşaqlarının bağçadan çıxmasını gözləyən iki kişi arasında atışma baş verib. xarici mediaya istinadən bildirir ki, ilkin məlumata görə, atalardan biri yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin şəxs pnevmatik tapança ilə vurulub. Daxili İşlə

7 aprel
.

Kürdəmirdə zəncirvari qəza: Ölən və yaralananlar var - FOTO

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Sor-Sor kəndində "Mercedes" markalı iki avtomobillə "Ford" markalı yük maşını toqquşub. Nəticədə, "Mersedes"lərdən birinin sürücüsü, İmişl

13 aprel
.

Əhməd azadlığa çıxır? - Hüquqşünasdan AÇIQLAMA

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

13 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

Biləsuvarda maşın aşıb: Xəsarət alanlar var

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində qeydə alınıb. İmişli rayon Sarxanlı kənd sakini 1992-ci il təvəllüdlü Amil Ramiz oğlu Əsədov idarə etdiyi "Mercedes-Benz"

7 aprel
.

Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi

Babası 1918, atası 1942, oğlu isə 1994-cü ildə şəhid olan Göyçayın Ləkçıplaq kənd sakini Arif İsmayılov vəfat edib. Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Qeyd olunub ki, Arif İsmayılovun oğlu İsmayıl İsmayılov 1994-cü ildə Kəlbəcər ətrafında gedən döyüşlərdə 60-dan çox ermənini məhv edərək Qanlıkən

14 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

Bakı-Qazax şosesində zəncirvari qəza: Xəsarət alanlar var

Bakının Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Bakı-Qazax şosesinin Ələt qəsəbəsinə düşən hissəsində qeydə alınıb. Üç avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 24 yaşlı Nadir Habil oğlu Nağıyev və 22 yaşlı Sadiq Eduard oğl

14 aprel