Hikmət Hacıyev: "Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır"

Hikmət Hacıyev: "Azərbaycan UNESCO missiyasını qəbul etməyə hazırdır"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, 2021-ci ilin 15 fevral və 16 mart tarixlərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev UNESCO-nun Baş direktorunun ofisinin rəhbəri Nikolas Kassionides ilə videokonfrans formatında görüşlər keçirib.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, görüşlərdə Azərbaycanın "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə" 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə dəvət etdiyi UNESCO missiyası ilə bağlı müzakirələr aparılıb.

Azərbaycanın UNESCO ilə əməkdaşlığa böyük önəm verdiyini, konstruktiv dialoqa həmişə açıq olduğunu qeyd edən Hikmət Hacıyev sonuncu videogörüşdə işğaldan azad olunmuş Azərbaycan ərazilərində mədəni və dini abidələrə vurulmuş zərərin qiymətləndirilməsi üçün ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha ifadə edib.

H.Hacıyev Ermənistanın 30 ilə yaxın işğal dövrü ərzində həmin ərazilərdə Azərbaycan xalqının mədəni və dini irsinə qarşı törətdiyi vandalizmin miqyasının dəhşətli olduğunu bildirib.

Görüş əsnasında Prezidentin köməkçisi Azərbaycanın mədəni və dini abidələrin qorunması sahəsində nümunəvi təcrübəyə malik olduğunu, ölkəmizin beynəlxalq səviyyədə mədəni-dini abidələrin bərpasına töhfə verdiyini qeyd edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə bu yaxınlarda Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyətinin Vatikanda səfərdə olduğunu və səfər çərçivəsində Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsinin imzalandığı haqqında məlumat verib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 570   Tarix: 17 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28 mart
.

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb. Bu barədə AZƏRTAC xəbər verir

16 mart
.

İlham Əliyev yeni alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub - FOTO

Martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub. Bu barədə xəbər verir

16 mart
.

Paşinyan yaxın günlərdə Qazaxın dörd kəndini geri qaytaracaq

Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının bir çox deputatları Nikol Paşinyanın yaxın zamanda Tavuş ərazilərinin (anklav olmayan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri) Azərbaycana verilməsi prosesini həyata keçiriləcəyini bildiriblər. Bu barədə Ermənista

20 mart
.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Bayden Prezident İlham Əliyevi təbrik edib

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident. Amerika Birləşmiş Ştatlarının xalqı adından Sizə və Azərbaycan xalqına xoş arzularımı yetirir və Novruz bayramınızın dinc

16 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart