İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr icra olunur

İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələr icra olunurBir neçə ildir ki, əlimizin çatmadığı, yuxularımızda gördüyümüz, xoş günlərini xəyallarımızda yaşatdığımız torpaqlarımızda inamla addımladığımız üçün qürur duyuruq. Doğmalarının nəfəsinə "yadırğayan", səsli-küylü günlərin həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşur. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır. Qışın şaxtasına, qarlı günlərin davam etməsinə baxmayaraq bərpa işlərində həvəslə iştirak edən mütəxəssislər, müxtəlif peşə sahibləri doğma torpaqlarına qayıdacağı günlərin həsrəti ilə yaşayan insanları daha tez sevindirmək üçün yorulmadan çalışır, vurulan yaraları sağaltmaq üçün ana torpağa övlad qayğısı ilə yanaşırlar.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə çoxsaylı infrastruktur layihələrin həyata keçiriləcəyi, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılacağına bildirmişdir. Ilk növbədə Ermənilər tərəfindən viran qoyulmuş ərazilərdə həyatın yenidən dirçəlməsi üçün əsas şərt olan elektrik enerjisi ilə təchizatın vacibliyi nəzərə alınaraq bu istiqamətdə planlaşdırılan işlərə start verilib.
Qarabağın incisi olan Şuşanı elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atıldı. Mədəniyyət paytaxtımızı və bölgəyə yaxın əraziləri dayanıqlı enerji ilə təmin etmək üçün "Azərenerji"" Səhmdar Cəmiyyəti Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir və yüksəkgərginlikli xətlərin çəkilişinə başlanılıb. Laçın rayonunun Güləbird kəndində generasiya gücü 8 meqavat olan Su Elektrik Stansiyasının açılması ilə bölgədə etibarlı generasiya güclərinin formalaşması, Həkəri çayından səmərəli istifadə imkanları yaranır. Ümumiyyətlə, Kəlbəcər-Laçın zonası su elektrik stansiyaları üçün əlverişli olduğundan bu ərazilərdə enerji ilə təchizat məsələsinə diqqət artırılır. Düşmənin təkcə Laçında dağıtdığı 5, Kəlbəcərdə 12 su elektrik stansiyası yenidən qurulacaq və ümumi gücün həcmi 120 meqavata çatdırılacaq.
Ən böyük potensiala malik "Xudafərin" və "Qız qalası" stansiyalarının istismarı ilə bölgənin enerjiyə tələbatı tam ödəniləcək. Bərpaolunan enerji növlərindən istifadə etməklə ilk olaraq Zəngilanda həyata keçiriləcək pilot "ağıllı kənd" layihələrinin tətbiqi ilə "yaşıl enerji" zonalarının sayı artırılacaq.
Artıq təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun çəkilişi işğaldan azad olunmuş torpaqların iqtisadi, sosial inkişafını xeyli sürətləndirəcək. Bu yol istifadəyə verildikdən sonra uzun illərdən bəri blokadada qalan Naxçıvan Muxtar Respublikası ilə əlaqələr bərpa olunacaq. Tarixdə ilk dəfə Azərbaycanla Türkiyəni birləşdirəcək bu yol bölgə dövlətlərinin iqtisadi inkişafına, regionda sabitliyin qorunmasına ən önəmli töhfədir.
Kənd təsərrüfatının inkişafı üçün əlverişli mühitə malik Qarabağ zonasında aqrar sahənin dirçəlməsi əhalinin ərzaq təhlükəsizliyinin təminatı baxımından daha önəmli olmaqla dövlətin diqqətdə saxladığı əsas prioritetlərdəndir. Qısa müddətdə minalardan təmizlənmiş 7 min hektarda əkin işləri aparılmışdır. Bütünlükdə isə mövsüm ərzində işğaldan azad olunmuş torpaqlarda təqribən 20-25 min hektar sahədə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulur.
Bununla yanaşı Prezident İlham Əliyev Füzuli və Xocavəndə səfərləri zamanı şəhər və kəndlərimizdə gördüyü ürəkağrıdan mənzərədən narahatlığını da diqqətə çatdırdı. Ağdam kimi Füzulinin də tamamilə dağıdılmasını, tarixi abidələrimizin viran qoyulmasını inkarolunmaz erməni vəhşiliyi adlandıran dövlət başçımızın vurğuladığı kimi 10-dan artıq su elektrik satnsiyasının, 67-yə yaxın məscidin, yol-nəqliyyat infrastrukturunun, su mənbələrinin dağıdılması erməniliyin mahiyyətini göstərir. Bölgədə həyatın yenidən, yüksək səviyyədə davamı üçün bütün infrastruktur müasir tələblərə uyğun yenilənməli, dağıdılan evlər, sosial obyektlər müasir səviyyədə inşa olunmalıdır.
Füzuli, Xocavənd rayonlarında, Şuşada olarkən ermənilər tərəfindən dağıdılan tarixi abidələrin, məscidlərin, Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, digər mədəniyyət və sosial obyektlərin bərpası ilə maraqlanan, qədim insan məskəni sayılan Azıx mağarasında olan, turizmin inkişafı üçün tövsiyələrini verən Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq.

Metin Hüseynov - politoloq


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 796   Tarix: 19 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək. xəbər verir ki, bu barədə Kremldən bildirilib. Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Onlar Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amu

19 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel
.

Erməni xüsusi təyinatlılar Azərbaycana təhvil veriləcək kəndə daxil oldular - YENİLƏNİB - VİDEO

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) xüsusi təyinatlıları Azərbaycana təhvil veriləcək Qazaxın Aşağı Əskipara kəndinə gəliblər. Bununla bağlı erməni "Telegram" kanallarında videogörüntülər yayılıb. Qeyd edək ki, Azərbaycana qaytarılması nəzərdə tutulan Qazaxın Aşağı Əskipara kəndind

22 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel