1995-ci il mart hadisələri Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir

1995-ci il mart hadisələri Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidirBu gün müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı istiqamətində atılan vacib, mühüm addımlar, dövlətimiz tərəfindən aparılan uğurlu islahatlar, ardıcıl olaraq keçirilən demokratik seçkilər, əhalinin güzəranının yaxşılaşmasına xidmət edən uğurlu amillərdəndir. Özündə vətəndaşlıq məsuliyyəti hiss edən hər bir soydaşımıza məlumdur ki, dövlətçiliyimizin azadlığı və müstəqilliyinin qorunub saxlanması, inkişaf etməsi bir sıra çətin yollar hesabına başa gəldi.
Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir tərəfdən erməni-faşist daşnaklarının işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Bu hadisələrlə əlaqədar Ulu Öndər Heydər Əliyev 1995-ci il martın 15-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa etdiyi tarixi müraciətində vətənimizə, müstəqilliyimizə qarşı olan təzyiqlərin təkcə ayrı-ayrı dairələrin təzyiqi olmadığını vurğulamışdı.
Xüsusi Təyinatlı Polis Dəstəsinin 1990-cı ildə hansı məqsədlərlə yaradıldığı hamıya bəlli idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev XTPD - nin üzvlərinə martın 15-də televiziya ilə müraciət edərkən də onların torpaqlarımızın işğaldan azad olunmasında göstərdikləri şücaəti xüsusilə qeyd etmişdi. Lakin Xüsusi Təyinatlı Polis Dəstəsinə rəhbərlik edən Rövşən Cavadov bundan nəticə çıxarmamış, əksinə, hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək üçün zorakılıq variantına əl atmışdı. R.Cavadov qardaşı, Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoyurdu. Bu, bir daha göstərirdi ki, Azərbaycanın müstəqilliyi, beynəlxalq aləmə inteqrasiyası nə Cavadov qardaşları, nə onların göstərişlərini yerinə yetirənlər, nə də radikal müxalifət üçün önəmli deyilmiş. Belələri şəxsi məqsədlərinə çatmaq üçün hər cür çirkin vasitədən istifadə etməyə hazır idilər.
Hakimiyyəti zorla ələ keçirmək istəyən xəyanətkarlar qeyri - qanuni silahlı dəstələrin köməyi ilə dövlət çevrilişinə can atırdılar. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmiş, onları əfv edəcəyini bildirmişdi. Hətta, Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da danışmışdı, ona oğlanlarını vətəndaş müharibəsi, silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi.
Əlbəttə ki, xalqımız belə cəhdlərin bilavasitə şahidi oldu.Ulu Öndər bu cəhdlərin qarşısını vaxtında öz müdrikliyi, uzaqgörənliyi və qətiyyəti ilə
almağa müvəffəq oldu.
Xalq unutmur!
Məhz bu səbəbdən də tarixi xatırlamaq lazımdır,qoyindiki nəsillər bilsinlər
ki,müstəqilliyimizin yolları heç də hamar olmayıb, dövətçiliyimizin formalaşması rahat şəkildə qurulmayıb.

Aysel Mənsimova – YAP üzvü


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 970   Tarix: 19 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq - CANLI

Baş Prokurorluqda Xocalıda aşkarlanan kütləvi məzarlıqla bağlı brifinq keçirilir. xəbər verir ki, brifinqdə prokurorluq rəsmiləri kütləvi məzarlıqla bağlı vacib açıqlamalar verirlər

18 mart
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

İlham Əliyev BMT-nin İnkişaf Proqramının Administratorunu qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də BMT-nin İnkişaf Proqramının Administratoru Axim Ştayneri qəbul edib. Bununla bağlı AZƏRTAC məlumat yayıb

15 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN öz "X" hesabında paylaşıb

15 mart