Söyüşə irad bildirən gənci QƏTLƏ YETİRDİ - VİDEO

Söyüşə irad bildirən gənci QƏTLƏ YETİRDİ - VİDEO2019-cu il iyulun 24-ü gecə saatlarında Binəqədi rayonun Rəsulzadə qəsəbəsindən Kliniki Tibbi Mərkəzə bıçaq xəsarəti ilə Kamran Abdullayev daxil olub. Qəbul şöbəsinin növbətçi həkiminin sözlərinə görə, yaralanan şəxs xəstəxanaya gətirilərkən onda həyat əlamətləri aşkar edilməyib.

Sonxeber.az Baku TV-yə istinadən xəbər verir ki, ölüm hadisəsini araşdıran 4-cü polis şöbəsinin əməkdaşlarına şahid ifadələrindən məlum olub ki, cinayəti Pərvin Çərkəzov törədib. Həmin gün keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, şübhəli şəxs qismində saxlanılıb. Çərkəzovun 0,278 qram marixuana və bir ədəd bıçaq aşkar edilib.

Fakta görə rayon prokurorluğunda cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Kamran Abdullayevin ölümünə — sağ budun aşağı 1/3-nin deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qanitirmə səbəb olub.

DİN-dən alınmış tələbnaməyə əsasən, bundan əvvəl Pərvin Çərkəzov Nizami rayon Məhkəməsinin 2014-cü il tarixli hökmü ilə CM-nin 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə) maddəsi ilə 2 il, Sabunçu rayon Məhkəməsinin 2015-ci il tarixli hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. 2019-cu il mayın 3-də cəzasının sonu ilə azad edilib.

İstintaqla müəyyən edilib ki, iyulun 24-ü gecə saat 3 radələrində Pərvin Çərkəzov və Cavanşır Bəkirov Həsrət Ağamalıyev küçəsindən keçən zaman, 6 saylı evin qarşısında əvvəllər tanımadığı Yeganə Məmmədova ilə Kamran Abdullayevin dayandığını görüb. Həmin vaxt sonuncu qonşusu Qəmbər Səfərliyə bir qədər kənara çəkilib, başqa şəxslər gələcəyi halda ona "işarə verməsini" bildirib. Çərkəzov və Bəkirovun yaxınlaşdıqlarını görən Səfərli tanışının telefonuna kənar şəxslərin gəlməsi haqda mesaj göndərib. Kamranla Pərvin arasında əsaslı səbəb olmadan mübahisə yaranıb. Çərkəzov, Abdullayevin onu təpiklə vurub, yerə yıxmasından hiddətlənərək, qalxıb, üzərində gəzdirdiyi ov bıçağı ilə sağ ayağına bir dəfə zərbə vurub və hadisə yerindən qaçıb. Nəticədə zərərçəkmiş aldığı xəsarətdən xəstəxanada vəfat edib.

İş üzrə dindirilmiş Pərvin Çərkəzov bildirib ki, iyulun 23-də Cavanşır Bəkirovla görüşərək, sonuncunun evinin yaxınlığında spirtli içki qəbul ediblər. Dahs onra bəkirovun evinə gediblər. Gecə saat 3 radələrində siqaret almaq üçün küçəyə çıxıblar. Bir az irəliyə getdikdə bir qızla oğlanın dayandığını görüblər. Cavanşırlə, sonradan tanıdığı Qəmbər Səfərlinin yanından keçəndə, o, " hardan siqaret ala biləcəklərini" soruşub. Cavab olaraq, sonuncu siqareti olmadığını deyib. Buna görə, o, Kamran Abdullayevə yaxınlaşıb, ərazidə fəaliyyət göstərən market olub-olmasını soruşub. Kamranın ünvanına söyüş söyüb və təpiklə qarınına zərbə vurub. Pərvin arxası üstə yerə yıxılıb. Ona hədiyyə verilmiş bıçağı çıxarıb, özünü qorumaqdan ötrü sağ və sol istiqamətdə yellədib. Qaranlığ olduğu üçün Kamranın xəsarət almasını görməyib. Onun yanındakı qız səs-küy salıb, qışdırdığından, hadisə yerindən qaçıb. Səhərisi gün polis əməkdaşlarından Kamranın öldüyünü eşidib.

Şahid qismində dindirilmiş Yeganə Məmmədova bildirib ki, Kamran Pərvinə həyətlərində niyə söyüş söydüyünü və problem yaratdığını soruşub. Çərkəzov üstünə gəldiyindən Abdullayev müdafiə məqsədi ilə ona təpik atıb, Pərvin zərbədən yayınmaq üçün geri çəkilərkən müvazinətini itirərək, yerə yıxılıb. Sonra yerdən qalxıb, bıçaqla Kamranın ayağından vurub, qaçıb. Həmin an zərərçəkmiş bud nahiyyəsini tutub, səndələyərək, arxaya ona doğru gəlib. Yerə yıxılanda Qəmbər Kamranın kürəyindən tutub, başını dizinin üstündə saxlayıb. Onun ayağından təzyiqlə qan axıb. Sonra hadisə yerinə Təcili Tibbi Yardım işçiləri və polis əməkdaşları gəlib. Xəstəxanada Kamranı liftə mindirəndən sonra, onları içəri buraxmayıblar. Polis bölməsində Abdullayevin öldüyünü bilib.

Şahid Cavanşir Bəkirov ifadəsində göstərib ki, Pərvin Çərkəzovla bir cəzaçəkmə müəssisəsində cəza çəkiblər. İyulun 24-nə keçən gecə Rəsulzadə qəsəbəsində dava başlayanda tanımadığı qız Kamranı, o isə Pərvini aralamaq istəyib. Tanışı yerdən qalxıb, həmin şəxsin üstünə getdikdə, o Pərvinin qabağına keçib, lakin sonuncu onu itələyib. Əlində nə olduğunu görməyib, Çərkəzov Abdullayevi vurub və dərhal qaçıb. Onun qaçdığı istiqamətdə tələsik hərəkət edib, bu vaxt həmin ərazidən avtomobillə keçən 4-cü PŞ-nin sahə müvəkkili ondan nə baş verdiyini soruşub. O, da polis əməkdaşına hadisəni danışıb.

Məhkəmə hesab edib ki, Çərkəzovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilməyib. İbtidai istintaqın gəldiyi nəticələr öz təsdiqini tapmayıb. Belə ki, istintaq materialları ilə, həm də məhkəmə proseslərində sübut olunub ki, mübahisəyə zərərçəkmişin təqsirləndirilən şəxsə təpik zərbəsi vurması səbəb olub. Məhz buna görə, o, bıçaqla qəsdən Abdullayevə bıçaqla zərbə vurub. Təqsirləndirilən şəxsdən başqa hadisə yerində olan şahidlər də bunu təsdiq ediblər.

Məhkəmə nəticəyə gəlib ki, Pərvin Çərkəzov CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib, cəzalandırılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P. Çərkəzov (1997-ci il təv.) cəzasını ciddi rejimli CÇM-də çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2768   Tarix: 23 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021