Moskvadakı erməni milyarder Paşinyana rəqib olacaq

Moskvadakı erməni milyarder Paşinyana rəqib olacaq"Hər bir Ermənistan vətəndaşı növbədənkənar seçkilər günü ölkədə olmalı və səsini verməlidir. Şəxsən mən özüm qarşıdakı seçkilərdə aktiv iştirak edəcəyəm".

"Qafqazinfo" xəbər verir ki, bunu "MosArmİnfo"ya müsahibəsində Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan deyib.

"Bu gün vəziyyət, həqiqətən, son dərəcə çətindir. Hər bir Ermənistan vətəndaşı ölkədə olmalı, səsini verməlidir. İndi biz uçurumun kənarındayıq. Mən Ermənistana gedəcək və növbədənkənar seçkilərdə aktiv iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib?", - deyə erməni milyarder bildirib.

Onun sözlərinə görə, Ermənistanda seçkilər üçün öz proqramını açıqlayacaq:

"Tezliklə hansı siyasi qüvvə ilə seçkilərə qatılacağımı açıqlayacağam. Hansı proqramla, kimlərlə razılaşdığımı, hansı komanda ilə qatılacağımı deyəcəyəm".

Abramyan erməni diasporuna müraciət edərək onları da səsvermədə iştirak etməyə və birləşməyə çağırıb. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu deyib:

"Paşinyanın seçkilərdə iştirak etmək üçün mənəvi haqqı yoxdur, əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq xalqa situasiyanı düzgün izah etmək lazımdır. Xalq düşünməlidir ki, səsini kimə və niyə verir. O deyirdi ki, xalqını sevir, bəs nə oldu? Xalqını, vətənini sevən adam onu heç vaxt ağ-qaraya bölməz"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1447   Tarix: 28 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş
.
Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Qriqoryan: "Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir"

"Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimlənməlidir".. . "Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli "İctimai Televiziya"ya müsahibəsində bildirib.. . Teleaparıcını

28 mart

"Facebook" koronavirusla bağlı səhv məlumatlara görə prezidentin hesabını dondurdu

"Facebook" şirkəti koronavirusla bağlı yanlış məlumatları yayması səbəbindən Venesuela Prezidenti Nikolas Maduronun hesabını dondurub.. . "Reuters" xəbər verir ki, Maduro sosial media səhifəsində COVID-19-un necə müalicə ediləcəyinə dair dəlili olmadan məlumat yayıb.. . Belə ki,

27 mart

Azərbaycanla Ermənistan 1975-ci ilin sərhədlərinə qayıtdı - Tiqran Avinyan

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib.. . Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.. . "Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-c

27 mart

Ceyhun Bayramov Moskvada Lavrovla GÖRÜŞƏCƏK

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.. . Sonxeber.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.. . Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqi

26 mart

Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışığı olub

Türkiyə Müdafiə naziri, ordu generalı Hulusi Akarla Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu arasında telefon danışığı olub.. . "Milliyet"in məlumatına görə, barədə jurnalistlərə H.Akar açıqlama verib.. . Onun sözlərinə görə, rusiyalı həmkarı ilə telefon danışığı zamanı Suriyadak

25 mart

Merkeldən Türkiyəyə DƏSTƏK

"Türkiyə Şərqi Aralıq dənizi bölgəsində gərginliyi azaltmaq niyyətlərini nümayiş etdirir".. . "Haber Global"ın məlumatına görə, bu sözləri Almaniya kansleri Angela Merkel deyib.. . Almaniya kansleri həmçinin Türkiyənin 3.6 milyon suriyalı qaçqını qəbul etməsinin təqdirəlayiq olduğun

25 mart

Rusiya səfiri Türkiyə XİN-ə çağırılıb

Rusiyanın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.. . Bu barədə "Haber Global" məlumat verib.. . Qeyd olunub ki, Rusiya səfiri Suriyadakı vəziyyətlə əlaqədar olaraq Türkiyə XİN-ə dəvət olunub.. . Səfirə Türkiyə tərəfinin Suriyada baş verən son hadisələrlə əlaqəda

23 mart

XİN Pakistanı TƏBRİK ETDİ – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana təbrik ünvanlayıb.. . Sonxeber.az-ın XİN-in "Twitter" səhifəsinə istinadən verdiyi xəbərə görə, təbrik Pakistan Günü ilə bağlıdır.. . Rəsmi Bakı bəyan edib ki, qardaş Pakistan xalqına davamlı sülh, inkişaf və rifah üçün ən səmimi təbriklərimiz

23 mart

Ukrayna XİN Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərini AÇIQLADI

"COVID-19 pandemiyası ilə bağlı çətinliklərə baxmayaraq, bu il Ukrayna ilə Azərbaycan arasında etimada, qarşılıqlı hörmətə söykənən strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür səylər göstəriləcək".. . Bunu "Report"a Ukrayna Xarici İşlər Nazirliyindən bildiriblər.

23 mart