Ceyhun Bayramovdan Əfqanıstanla bağlı BƏYANAT

Ceyhun Bayramovdan Əfqanıstanla bağlı BƏYANAT"Biz Əfqanıstanın sabitləşməsini, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadiq qalırıq".

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistanda "Asiyanın Qəlbi - İstanbul Prosesi"nin 9-cu Nazirlər Konfransında belə bəyanatla çıxış edib.

O bildirib ki, Azərbaycan Əfqanıstanın daxili sülh danışıqlarını yaxından izləyir.

"Ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq", - deyə C.Bayramov əlavə edib.

XİN rəhbəri bildirib ki, Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır.

"Azərbaycan mövcud problemlərin öhdəsindən gəlmək səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yəni Regional İnfrastrukturlar və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq Türkmənistan və Rusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadiq qalır".

Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

C.Bayramovun sözlərinə görə, Əfqanıstanın rifahı, tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır.

"Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir.

Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir.

Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq, Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadiq qalır. Azərbaycan təcrübəsini ikitərəfli kanallar vasitəsilə də Əfqanıstanla bölüşür və yaxşı idarəetmə, ictimai xidmətlərinin göstərilməsi (ASAN), hərbi, hüquq-mühafizə və minalara qarşı mübarizə sahələrində təlim yardımları göstərir".

O bildirib ki, "ASAN Xidmət" Əfqanıstanla fəal əməkdaşlıq edir.

Bu əməkdaşlıq, vətəndaşlara dövlət və özəl xidmətlər göstərən "bir pəncərə" mərkəzlərini quraraq Əfqanıstanın dövlət xidmətlərinin yaxşılaşdırılmasına yönəlib.

"Azərbaycan, eyni zamanda Əfqanıstanla regional iqtisadiyyata inteqrasiyanı asanlaşdırmaq və regional əlaqələri genişləndirərək qonşuları ilə və digər ölkələrlə ticarəti canlandırmaq istiqamətində əməkdaşlıq edir.

Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentlər, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafında keyfiyyətcə yeni bir nailiyyətdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və regionda yük və konteynerləri daha qısa, daha sürətli, daha səmərəli və qənaətli şəkildə idarə edə biləcək əlaqələndirməni təmin edəcəkdir.

Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında "Lapis-Lazuli" marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm bir mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək öz töhfəsini verməkdən məmnundur.

Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün mühüm bir mərkəz kimi rolunu nəzərə alaraq, Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) bu coğrafi məkanın faydalarının bölüşdürülməsində və Əfqanıstanda davamlı inkişafın dəstəklənməsində rolu çox vacibdir"./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 688   Tarix: 30 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021