Sinif yoldaşı ilə 11 il sonra evləndi, xanımı yasında onun paltarını geyindi - Aprel şəhidimizin film kimi həyatı

Sinif yoldaşı ilə 11 il sonra evləndi, xanımı yasında onun paltarını geyindi - Aprel şəhidimizin film kimi həyatıSonxeber.az Kulis.az-a istinadən bu aprel döyüşlərində şəhid olan mayor Ürfan Vəlizadə haqqında maraqlı məlumatları təqdim edir.

Ürfan Üzeyir oğlu Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Ürfan burada beş il təhsil alıb. 2000-ci ildə təhsilini başa vurduqdan sonra 6 ay İstanbulda işləyib, sonra vətənə qayıdır. 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirərək, ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib, bu sahədə çalışıb.

***

Orta məktəbin 10-cu sinfində oxuyarkən Ürfan sinif yoldaşı Könülə vurulur. Ancaq utancaqlığından bu sevgini Könülə bildirə bilmir. Könül xanım müsahibələrinin birində xatırlayır:
"Məktəb vaxtı bizim aramızda heç bir münasibət olmayıb. O qədər utancaq qız idim ki, üzümə kimsə baxanda az qalırdım partanın altında gizlənəm. Əvvəllər Türkmənistanda yaşayırdıq. Ordan Bakıya köçəndə on beş yaşım vardı. Ürfangilin sinfinə onuncu sinifdən gəldim. Məktəbin son iki ilini birlikdə oxuduq. Hətta bir dəfə Ürfan imtahan vaxtı riyaziyyat imtahanında cavab vərəqini səssizcə mənim qarşıma qoymuşdu ki, mən də köçürüm. "Son zəng"imizdə Ürfan gəlib mənimlə rəqs etmək istəyəndə onu acıladım, rəqs etmədim. Amma sona qədər mənim yanımda əyləşdi, heç yerə getmədi".

Məktəbi bitirəndən sonra onlar ayrı düşürlər. Ürfan Türkiyəyə oxumağa gedir. Könül isə sənədlərini Tibb Universitetinə versə də, qəbul ola bilməyib, kəsilir. Sonrakı illərdə o, Pedaqoji universitetə daxil olur. İki sinif yoldaşı bir neçə il sonra təsadüfən yolda rastlaşırlar. Amma hər ikisi sükutla bir-birinin yanından ötüb keçir. Universitetin sonuncu kursunda onlar yenidən təsadüfən rastlaşırlar və elə həmin görüş də onları birləşdirir. Ürfan Könüllə nişanlanır.

***

Nişanlı olduqları dövrdə Ürfan bəyin anası qəfil xəstələnib, dünyasını dəyişir. Bu itki ona ağır təsir edir. İllər keçsə belə həmişə həmin itkini xatırlayıb təəssüflənir, anasını müalicə etdirə bilmədiyi üçün əzab çəkir. Evlənmələrinə iki ay qalmış isə Könül xanım şəkər xəstəsi olduğunu öyrənir. O, Ürfan bəyə ayrılmalarını təklif edir. Ürfan isə deyir, mən ya səninlə ailə quracam, ya da heç kimlə.

2006-cı ildə onların toyu olur. Amma Ürfan heç kimə xanımının şəkər xəstəsi olduğunu bildirmir. Ailə qurandan sonra Könülə bir neçə dəfə universitetdən işləmək təklifi gəlsə də, Ürfan razı olmur. Bir dəfə isə qəti şəkildə ona deyir, Könül, hələ mən ölməmişəm. Mən öləndən sonra işləyərsən.

***

Gənc pilotun işi rayonda olduğundan həyat yoldaşı da onunla birlikdə rayona gedib, orda yaşamaq istəyir. Amma Ürfan razı olmur. O, ailəsinə görə iş yerini dəyişir və nisbətən yaxın yerdə işləməyə başlayır. Onların Zəhra və Betül adlı iki qız övladı doğulur.

Qızların hər ikisi mart ayında anadan olmuşdular. Ürfan sanki nəsə hiss edirmiş kimi aprel döyüşlərindən əvvəl xanımına təklif edir ki, onların ad günlərini eyni gündə qeyd etsin. Ad günü şənliyində ona söz veriləndə deyir:
"Mənim iki yox, üç qızım var. Üçüncü qızım da Könüldür".
Həmin gün şənlikdən qayıdıb evə gələndə, Ürfan sanki tezliklə həmişəlik gedəcəyini hiss edərək xanımının üzünə baxıb, soruşur: "Könül, mənə düzünü de, sən mənimlə xoşbəxtsənmi?"

***

Aprelin 2-də müharibə bölgəsinə uçuş təşkil olunan zaman Ürfanın illərlə yetişdirdiyi, dərs keçdiyi tələbələr irəli can atıb, uçuşa qalxmağa hazırlaşırlar. O isə qəti şəkildə bildirir:
"Nə qədər ki, mən burdayam, bir gənc pilot havaya qalxmayacaq."

Ürfan Vəlizadə hərbçi olsa da, həm də kövrək insan olub. Kiminsə şəhid olduğunu eşidən zaman ağlamaqdan özünü saxlaya bilmirmiş.

***

O, həm rus, həm də türk dilində təhsil alsa da, təpədən-dırnağa azərbaycanlı olub. Həftənin altı günü işləyir, ancaq bazar günləri istirahət edir. Bazar günü səhər tezdən oyanan kimi isə Barış Mançonun, Tacir Şahmalıoğlunun mahnılarına qulaq asırmış. Tacirin "Bayatı-Şiraz" mahnısına qulaq asanda onun dodaqları səyriyir, kövrəlirmiş. Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam", Səməd Vurğunun "Azərbaycan" şeirlərini çox sevib.

***

Tez-tez kirayə yaşadığı evinə gəlib yenidən iş yerinə qayıdan pilot aprel döyüşlərindən bir müddət əvvəl evə gəldiyi vaxtlarda çox dalğın və kefsiz görünür. Könül qadın marağı və intuisiyası ilə bu kefsizliyi xəbər alanda pilot söhbəti dəyişir, şən görünməyə çalışır. Heç nə demir. Bir gün isə Könülə deyir ki, gedək, satışda olan evlərə baxaq, ipoteka ilə bir ev götürək.

Ürfanın qazancının böyük hissəsi Könülün dərmanlarına gedirmiş. Həyat yoldaşı bunu ürəyinə salmasın deyə o, aldığı dərman qutularının üzərində səliqə ilə dərmanların istifadə saatlarını və "bir tanesin", "çok güzelsin", "aşkımsın" kimi sözlərini yazır.

***

Ürfan Vəlizadə evinə sonuncu dəfə martın 30-da gəlir. Qızlarını bağrına basır, həyat yoldaşı ilə görüşür. Gərgin və həyəcanlı olan pilot gələcəklə, ailəsi ilə bağlı bütün arzularını, ümidlərini də özü ilə götürüb, evindən çıxır. Həmişə qayıtmaq ümidi ilə işə yollanan mayor, bu dəfə isə ailəsinə heç nə bildirmədən döyüşə yollanır.

***

Könül xanım müsahibələrinin birində deyir:
"Martın 30-da Ürfan gözlənilmədən zəng vurub, evə gələcəyini xəbər verdi. Mən də tez kartof qızartdım. Həm də kartof qızartmasını çox sevirdi. Amma evə çatan kimi dedi, tez çantamı yığ, gedirəm. Həmin çanta ilə işə gedəndə Ürfan bir həftə, on gün evə gəlməzdi. Ona görə də həyəcanlandım. Özü-özümə düşündüm ki, yenə də gedir, mən necə gözləyəcəm bu bir həftəni. Mənim xətrimə dəyməmək üçün yeməyini tez yedi, qızlarını dizinin üstündə əyləşdirib, öpdü, qucaqladı, qoxuladı. Sonra hardasa iki, üç dəqiqə donub qaldı, gözləri yol çəkdi. Onun bu hərəkətindən ürəyim əsdi, qorxuya düşdüm. Dedim, Ürfan niyə belə edirsən, nəsə olub? Gülümsədi, dedi, qorxma, ay dəli. Mənimlə də görüşüb qapıdan çıxanda dedim, Ürfan unutma ki, hara getsən, biz üçümüz hər zaman səninləyik. Bizi unutma. Dedi, narahat olma Könül, qayıdacam. Amma gördüm ki gözləri doldu, qəhərlənib üzünü çevirib getdi. Onun ardınca su atanda su qabı əlimdən yerə düşdü. Xoflandım...

***

Könül həyat yoldaşı ilə sonuncu dəfə aprelin 2-də səhər vaxtı danışır. Mayor onu arxayın səslə sakitləşdirir, qorxulu heç nə olmadığını, dərslərdə və təlimlərdə iştirak etdiyini deyib, həmin günü qayıdacağını da bildirir. Həmin gün ad günü şənliyindən qayıdan Könül evə gəlib televizoru açmaq istəyəndə, qardaşı qoymur, təklif edir ki, insulin vursun, sonra televizoru yandırsın. O, iynəsini vurandan sonra qonşuları onlara gəlir, sonra telefon zəng çalır və qohumları ona həyat yoldaşının şəhid olmasını xəbər verirlər. Ertəsi gün Könül Ürfan üçün qurulan mağara Ürfanın paltarlarını, krossovkalarını geyinib gedir. Hamı elə bilir ki, o, ağlını itirib. Amma Könül sonralar deyir ki, mən özüm onun paltarlarını geyinmişdim ki, Ürfan sağdırsa, məni hiss edib qayıtsın.

37 yaşlı mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə idarə etdikləri Mİ-24 helikopterinin vurulması nəticəsində 2016-cı il aprelin 2-də şəhid olurlar.

***

Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə (ölümündən sonra) təltif olunub.

***

Şəhid olandan sonra Ürfan tez-tez Könülün yuxusuna girir. Ağlama, mən gələcəm deyir. Bir dəfə isə yuxuda görür ki, evlərindəki saatın arxasında məktub var. O, məktubu götürüb oxumaq istəyəndə Ürfan deyir ki, məktubu oxuma, qoy yerinə. Nə zaman mənə olan ümidini itirsən, onda oxuyarsan.
Sinif yoldaşı ilə 11 il sonra evləndi, xanımı yasında onun paltarını geyindi - Aprel şəhidimizin film kimi həyatıSinif yoldaşı ilə 11 il sonra evləndi, xanımı yasında onun paltarını geyindi - Aprel şəhidimizin film kimi həyatıSinif yoldaşı ilə 11 il sonra evləndi, xanımı yasında onun paltarını geyindi - Aprel şəhidimizin film kimi həyatı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 9450   Tarix: 03 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

4 terrorçu zərərsizləşdirildi

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri PKK terror təşkilatının Suriya qanadının bir neçə silahlısını zərərsizləşdirib. "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir. Qeyd edilir ki, Türkiyə hərbçilərini

12 sentyabr 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəş

8 avqust 2021
.

Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlarda

15 avqust 2021
.

İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq

İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib. -ın məlumatına görə, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisin

28 avqust 2021
.

"Bayraktar"ın 44 günlük müharibədəki sirri AÇILDI

Türkiyənin "Baykar" holdinqinə daxil olan "Baykar Teknik" şirkətinin direktoru Səlcuk Bayraktar "Bayraktar TB2" döyüş pilotsuz təyyarələrinin 44 günlük Qarabağ müharibəsində oynadığı roldan danışıb. xəbər verir ki, CNN Türk-ə müsahibəsində Səlcuk Bayraktar döyüş pilotsu

22 avqust 2021