"Xudayar tək səsi ilə yaddaşlarda qalmayıb" - Şəhidin qardaşı ilə müsahibə

"Xudayar tək səsi ilə yaddaşlarda qalmayıb" - Şəhidin qardaşı ilə müsahibə"Xudayar tək səsi ilə yaddaşlarda qalmayıb" - Şəhidin qardaşı ilə müsahibəHərəmiz bu dünyada bizə bəxş edilən ömür payını bir cür başa vururuq. Vacib deyil ki, biz bu dünyada nə qədər yaşayırıq. Vacib odur ki, biz bu dünyada necə yaşayırıq. İnsan yaşadığı vaxt da, dünyadan köçəndən sonra da ardınca gözəl ad qoymalıdır. Məsələn, şəhid kimi. Şəhid adı İslam dinində ən yüksək məqamlardandır. Hətta, o qədər ki, onların Allah qatındakı məqamı peyğəmbərlərdən sonrakı pillə kimi göstərilir.

Azərbaycan tarix boyu çox müharibələrə şahidlik edib və bu müharibələrdə şəhidlər verib. Ən sonuncusu 27 sentyabr 2020-ci ildə başlamış 44 günlük Vətən Müharibəsi olub. Bu müharibədə şəhid olan 2800-dən çox şəhiddən biri də hər birimizin yaddaşına öz ifası ilə həkk olan Xudayar Yusifzadədir.

Sonxeber.az yeniavaz.com-a istinadən bildirir ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınmış qarmon ustalarından olan atası Müslüm Yusif oğlu dünyasını dəyişib. Xudayargil ailədə 1 bacı, 3 qardaş olublar. Xudayar Yusifzadə ailənin sonbeşiyi olub. O, Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbini bitirib. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidməti bitirdikdən sonra Sərhəd Qoşunlarında gizir kimi həqiqi hərbi qulluğa başlayıb. Tovuz döyüşlərindən sonra könüllü olaraq döyüşmək üçün müraciət edib. Zəngilanın Ağbənd kəndinin azad olunmasında iki dəfə ard-arda yaralanaraq şəhidlik zirvəsinə yüksəlib. Bərdə Şəhidlər Xiyabanında dəfn olunub.

Xudayar Yusifzadə haqqında daha da geniş məlumat əldə etmək üçün qardaşı Məhəmməd Yusifzadə ilə həmsöhbət olduq. Həmin müsahibəni sizə təqdim edirik...

- Xudayar Yusifzadəni indi bütün Azərbaycan tanıyır. Onun oxuduğu mahnının metrostansiyalarda səslənməsini təklif edirlər, tanınmışlar onunla bağlı danışırlar. Sosial şəbəkələrdə onun şəklini profil şəkli kimi paylaşırlar. Hər kəs ona olan sevgisini bir cür göstərir. Bütün bunlar sizə hansı duyğunu verir?

- Xudayar bu gün yüzlərlə, minlərlə insan tərəfindən tanınır və sevilir. Bu, Xudayarın müharibə vaxtı oxuduğu və insanlar tərəfindən sevilərək paylaşılan həmin o mahnının, "Xudayar təsnifi"nin sayəsində olub. Bildiyiniz kimi bu gün çox şəhidimiz var, təəssüf ki, hamısının adını əzbərdən bilmirik. Tanımadıqlarımız çoxdur. Amma bu mahnı, ondan xatirə qalan şəkillər, hadisələr hər biri Xudayarı insanların yaddaşına həkk edib. Bununla yanaşı, 22 yaşı olmasına baxmayaraq, Xudayarın cəbhədə göstərdiyi igidlik və mərdlik də insanlar tərəfindən çox rəğbətlə qarşılanır. Nə qədər qəribə səslənsə də, deyim ki, bu gün onun səsi eşidiləndə tək o özü yox, bütün şəhidlərimiz yada düşür. Hər biri böyük ehtiramla yad olunur. Hər birinə rəhmət dilənir. Allah bu simanı Xudayarda cəmləşdirdiyi üçün fəxr, qürur hissi keçirirəm.

- Xudayar Yusifzadənin müharibəyə getməsindən danışardınız. Bildiyimizə görə onun döyüşlərdə iştirak etməsini o şəhid olandan sonra bilmisiniz.

- Bəli, Milli Qəhrəmanımız Polad Həşimov şəhid olan vaxt Xudayar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat bölməsinin xüsusi təyinatlılarına qoşularaq təlimlərdə iştirak edib. Ondan sonra da cəbhə bölgəsinə gedib. Bundan bizim heç birimizin xəbəri olmayıb. Biz həmişə harada olduğunu soruşanda, "Biz sərhəd nəzarət məntəqəsiyik", - deyirdi. Deyirdi ki, bizim işimiz alınmış torpaqlarımızda sərhəd nəzarət məntəqəsi üçün yeni postlar qurmaqdır". Heç bildirmirdi ki, o döyüşür. Xudayarın Zəngilan, Cəbrayıl, Qubadlı, Füzuli, Hadrut zonalarında, Kəlbəcər, Murov yüksəkliklərində döyüşdüyünü də silahdaşlarından eşitmişik. Döyüş yoldaşları onun Zəngilanın azad olunmasında düşmənə sarsıdıcı zərbələr endirərək şücaət göstərməsindən danışırlar. Zəngilana Ermənistanın diversiya qrupunun növbəti hücumu vaxtı Xudayar birinci dəfə sinəsindən yaralanıb. 20-25 dəqiqə ərzində döyüşüb. İkinci dəfə boğazından yaralanaraq şəhidlik zirvəsinə ucalıb.

- O, heç şəhidlik zirvəsi ilə bağlı danışırdımı?

- Bəli, danışırmış. Amma bununla bağlı mənə yox, dostlarına danışırmış. Dostuna ismarıc yazanda dostu zarafatla deyib ki, "Xudayar, heç olmasa döyüşdə olanda zarafat eləmə, gülmə". Bu da ona cavab yazıb ki, "Şəhidlik zirvəsinə də gülərək qalxacağam". Sən demə bizə parollu mesajlar verirmiş. Bizimlə danışanda soruşurdum nə vaxt gəlirsən? Deyirdi ki, yüz faiz gələcəyəm, narahat olmayın. Gəldi (qəhərlənir və susur).

- Xudayarı insanlar gülər üzü, məlahətli səsi və Vətən sevgisi ilə tanıyıb, sevdi. Bilmədiyimiz başqa hansı bacarıqları, xüsusiyyətləri var idi?

- Xudayarın bilmədiyiniz xüsusiyyətləri və bacarıqları həddən artıq çox idi. Xudayar yardımsevər idi. Xudayar əlində olan telefonu satıb kiməsə yardım edən biri idi. Xudayarın danışığının başı da, sonu da "İnşallah", "Allahın iznilə", "Allahın qismətidirsə, olacaq" idi. Xudayarın hətta sizin deyil, bizim də bilmədiyimiz xüsusiyyətləri var imiş.

- Bəs, döyüş yoldaşları Xudayar haqqında nə danışırlar?

- Döyüş yoldaşları deyirlər ki, o ab-havanı həmişə yüksək tutardı. Uşaqları məyus olmağa, sıxılmağa, həyəcanlanmağa qoymazdı. Deyirlər ki, o, döyüşlərdə igidcəsinə, qəhrəmancasına döyüşərdi. Bilirsiniz, Xudayar tək səsi ilə yaddaşlarda qalmayıb. Belə deyim, o haqqı ilə döyüşdüyünə görə, igidliyinə görə, qəhrəmanlığına görə "Azərbaycan Bayrağı" ordeni ilə də təltif olunub.

- Xudayarın musiqi sevgisi ilə bağlı da danışmağınızı istərdik.

- Musiqiyə olan sevgisi ona ailəmizdən keçib. Biz ata-babadan musiqiçi ailəsi olmuşuq. Amma nə Xudayar, nə mən heç vaxt musiqidən pul qazanmaq niyyətində olmamışıq. Sadəcə olaraq, duyduqlarımızı insanlara çatdırmaq istəmişik. Musiqidə hüzuru, rahatlığı tapmaq üçün ifa etmişik. Xudayar da musiqini lazım olduğu yerdə, döyüş meydanında ölümə meydan oxuyaraq ifa edib. Məşhur ifası ilə Xudayar bu gün xalqımıza vətən sevgisinin nə qədər böyük bir hiss olduğunu çatdırıb.

- Xudayarla bağlı bu günə kimi verilməsini istədiyiniz, amma verilməyən sual olubmu?

- Belə bir sual olmayıb. Çünki hər kəs Xudayardan danışır. Onunla bağlı bütün sualları artıq bizə ünvanlayırlar. Allah bütün şəhidlərimizə, Xudayara, Polad Həşimova, Mübariz İbrahimova, İlqar Mirzəyevə və digər şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun.
Biz də öz növbəmizdə bütün şəhidlərimizə Allahdan sonsuz rəhmət diləyirik. Sonda onu qeyd edək ki, Xudayar Yusifzadə Azərbaycan Resublikası Prezidentinin sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə yanaşı, həmçinin, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 3123   Tarix: 04 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cəbrayılın viran qoyulmuş Cəfərabad kəndi - VİDEO

Cəbrayıl rayonunun Cəfərabad kəndindən videogörüntülər yayılıb. Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

13 iyun 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021
.

Ermənilər ağaclara da minalar quraşdırıb - FOTOLAR

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Xocavənd rayonu ərazisində meşə massivi istiqamətində Ermənistan tərəfindən ağaca quraşdırılmış piyada əleyhinə mina aşkar edilib. ANAMA-dan -a bildirilib ki, döyüş meydanında məğlubiyyətə uğradılan düşmən, əhali və orduya qarşı ço

26 iyun 2021
.

Qazimiz Türkiyədən müalicədən qayıtdı - FOTO

Vətən müharibəsində ağır yaralanaraq hər iki ayağını itirən qazimiz Alxasov Camal İlqar oğlu Türkiyədən qayıdıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Xatırladaq ki, döyüşçümüz "YAŞAT" Fondunun dəstəyi ilə Türkiyədə reabilitasiya prosesi keçirdi. Qeyd edək ki, Vətən müharibəsind

4 iyul 2021
.

Tovuz döyüşlərindən 1 il ötür

Bu gün Tovuz döyüşlərinin ildönümüdür. xəbər verir ki, Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. Belə ki, 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs

12 iyul 2021
.

Taras Kuzio: "Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır"

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi beynəlxalq ictimaiyyət tərəfindən qınanmalıdır. Bunu Ukrayna Milli Universitetinin "Kiyev-Mogilyan akademiyası"nın britaniyalı professoru Trend-ə bildirib. Onun sözlərinə görə, bu məsələ təcili olaraq BMT, Avrop

6 iyun 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021