Vətən müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı AÇIQLANDI - RƏSMİ

Vətən müharibəsindən sonra mina partlaması nəticəsində həlak olanların sayı AÇIQLANDI - RƏSMİ"Sentyabrın 27-də Ermənistan Azərbaycan ərazisinə təkrar hücum edib və 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə bitib. İllərdir işğal altında olan torpaqlar azad olunub, lakin minalanmış ərazilər hələ də qalır".

Bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədr müavini Samir Poladov Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə deyib.

O bildirib ki, 30 ildən sonra bu təəccüblü hal deyil:

"Əhalinin öz torpaqlarına qayıtması üçün bu çox önəmli məsələdir. 2020-ci il ölkə başçısı tərəfindən agentliyimiz qarşısına yeni tapşırıqlar qoyulub. Əsas məsələlərdən biri odur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etmir. Buna görə də həmin ərazilərin təyin edilməsi ciddi problemdir.

Buraya bir neçə məqam daxildir. İşğaldan azad olunan ərazilərdə piyada əleyhinə minalar, tank əleyhinə minalar, partlamamış silah-sursat aşkarlanır. Son günlərdə 100-dən çox belə hal aşkarlanıb, eləcə də Şuşa ərazisində. ANAMA gələcəkdə Azərbaycana dəvət etmək üçün tərəfdaşlarla bağlı layihələrə baxır, bu sahədə davamlı müzakirələr gedir.

Təmizləmə əməliyyatının infrastruktur proyektlərinə töhfəsi problemin genişliyini izah edir. İnsanların və tərəfdaşların cəlb olunması, əsasən də düzgün milli strategiyanın təmin edilməsinə xidmət edir. Bu da gələcək proyektlərdə əməliyyatların aparılmasına kömək edəcək. Daha bir təhlükə isə, piyada və tank əleyhinə olan minaların kombinasiyasıdır.

Dediyim kimi Ermənistan hələ də mina xəritələrini təqdim etməyib. Ərazilərdə xeyli sayda tank əleyhinə minalar aşkarlanıb. Bəzən minalar vizual olaraq görünür və bu bizim işimizi rahatlaşdırır. Lakin normalda minalar torpaq altında gizlədilir və bu da illərdir insan tələfatına gətirib çıxarır".

O qeyd edib ki, biz maarifləndirmə təbliğatını gücləndirib, işimizi gələcək tərəfdaşlarımızla da davam etdirmək istəyirik:

"İnsanlar yalnız təmizlənmiş yollardan istifadə etsinlər. Qeyri-qanuni şəkildə işğaldan azad olunmuş ərazilərə getməsinlər, qoyulan lövhələrə diqqət etsinlər. Əhalinin mina təhlükəsindən qorumaq üçün maarifləndirici təbliğat aparılır, məlumat lövhələri qoyulur. Hazırda bu istiqamətdə müxtəlif kampaniyalar var.

2020-ci ilin noyabrından bu günə qədər 32 nəfər xəsarət alıb, 18 nəfər həlak olub. Bu çox təhlükəlidir. Müvafiq icazə olmadan həmin ərazilərə keçməmək tövsiyə edilir"./Oxu.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 647   Tarix: 05 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021