Saç tökülməsinə səbəb olan postkoronavirus sindromu nədir?

Saç tökülməsinə səbəb olan postkoronavirus sindromu nədir?Bir çoxları üçün koronavirus bədəndə iz qoymadan keçmir.

Bu barədə Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (Rospotrebnadzor) Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun mütəxəssisləri danışıb. Tibbdə "postkoronavirus sindromu" anlayışı artıq hamıya məlumdur. Bir qayda olaraq, bədənin müxtəlif sistem və orqanlarına təsir edən ağırlaşmaları əhatə edir. Bununla birlikdə, COVID-19-un daha xoşagəlməz nəticələri də var ki, virusa yoluxanlar üçün həqiqətən ağrılıdır. Bəzi hallarda xəstəliyin bu cür əks-sədası ciddi sağlamlıq probleminə çevrilə bilər, bu halda mütəxəssislər xəbərdarlıq edirlər ki, vaxtında həkimə müraciət etmək lazımdır.

Postkoronavirus sindromunun ən çox görülən təzahürləri və səbəbləri barədə Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun Klinik və Analitik İşlər üzrə direktor müavini, tibb elmləri doktoru, professor Natalya Pşeniçnaya məlumat verib.

Temperatur

"Koronavirus infeksiyası keçirən bəzi xəstələrdə postkoronavirus sindromu inkişaf edir. Üstəlik, bu, yalnız ağır COVID-19 xəstələrində deyil, infeksiyanı nisbətən yüngül keçirmiş xəstələrdə də ola bilər. Çox vaxt postkoronavirus sindromunun aşağıdakı fəsadları üzə çıxır:

- uzun müddət davam edən öskürək, təngənəfəslik və yorğunluq;

- idrak pozğunluğu: yaddaşın azalması;

- ürək-damar sistemində problemlər: ürək döyüntüsü (taxikardiya) və qan təzyiqi artımı.

Bir sıra xəstələr sinədə yanma hissi, baş ağrısı, əzələ ağrıları və başgicəllənmədən şikayət edirlər. Bəzi insanların temperaturu daima 37 - 37,5 səviyyəsində qalır".

İybilmə duyğusu niyə itir?

"Koronavirus infeksiyasının ən çox görülən ağırlaşmalarından biri də iybilmə hissinin pozulmasıdır (anosmiya). Müxtəlif araşdırmalara görə, bu, xəstələrin 80 faizində baş verir. Xəstələrin 50 faizdən çoxu dadbilmənin itirilməsindən və ya azalmasından şikayətlənir", - professor qeyd edib.

Mütəxəssis bildirib ki, dad və iybilmə duyğusunun itməsi hüceyrələrin zədələnməsi ilə əlaqədardır. Bu hüceyrələr qoxu və iybilmə duyğusundan məsul olan həssas neyronları əhatə edir.

Seçenov Universitetinin Qulaq, Boğaz və Burun Xəstəlikləri Klinikasının direktoru Valeri Svistuşkinin sözlərinə görə, koronavirusdan sonra insanların təxminən 5-10 faizi altı ay ərzində iybilmə hissini bərpa etmir. Belə hallarda bir insanın iybilmə hissini sonsuza qədər itirmə ehtimalı da var.

Ən ağrılı fəsad: Saç tökülməsi

Sonsuz öskürək və davamlı yorğunluq koronavirusun saç tökülməsi kimi təsirləri fonunda əhəmiyyətsiz görünə bilər. Hər halda qadınlar üçün bu, həqiqətən bir faciə ola bilər.

"COVID-19-dan əziyyət çəkdikdən sonra tez-tez alopesiyaya (saç tökülməsi) rast gəlinir, çünki saç tökülməsi bədənimizin vəziyyəti ilə birbaşa əlaqəlidir. Koronavirus infeksiyası bədənin saç kökləri üçün lazım olan qaynaqlarını sarsıdır. Bədən bütün gücünü həyati funksiyalarını qorumağa yönləndirdiyi üçün içərisindəki proseslər pozulur, orqan və toxumalarda hipoksiya (oksigen açlığı) meydana gəlir. Bundan əlavə, COVID-19 damarların daxili qatına ziyan vurur. Bütün bunlar saç köklərində qan axınının pozulmasına səbəb ola bilər ki, bu da həddindən artıq saç tökülməsinə gətirib çıxarır. Saç tökülməsi ümumiyyətlə baş dərisi boyunca bərabər şəkildə baş verir, lakin bəzi nahiyələrdə vəziyyət daha ağır və ya daha açıq ola bilər", - professor qeyd edib.

Nəticə

Ciddi sağlamlıq problemlərindən qaçmaq üçün koronavirus infeksiyasından sonra ortaya çıxan xoşagəlməz simptomları aradan qaldırmağın düzgün üsulu həkimə müraciət etməkdir. Xüsusilə kəskin saç tökülməsi varsa, trixoloqa müraciət etmək məsləhətdir./Publika.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1316   Tarix: 05 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28 mart
.

Şagirdi uşaq dünyaya gətirən məktəbin direktoru işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, Dilbə

28 mart
.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Dövlətə xəyanət, casusluq, 175 milyon manatın ödənilməsi - Əli Nağıyev məlumatlar açıqladı

"2023-cü il ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb". Bu barədə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd bildirilib. Əli Nağıyev qeyd edib ki, həmin cinayə

28 mart
.

Azərbaycanda Əməkdar artistə 200 minlik avtomobil hədiyyə edildi - FOTO

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56" markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb. Dedilər ki, sənədə imza at. O vaxt qiyməti 110 min dollar idi, təxminən 200 min manat". "axşam.az"a istinadən xəbə

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Rusiyada güclü zəlzələ oldu

Rusiyada 5,6 maqnitudalı zəlzələ baş verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Bildirilib ki, zəlzələ Kamçatka yarımadasının sahilində qeydə alınıb. Təbiət hadisəsinin episentri 5 km dərinlikdə yerləşib

28 mart