Müharibədə dediyi şeirlə məşhurlaşan qazinin evə ehtiyacı var

Müharibədə dediyi şeirlə məşhurlaşan qazinin evə ehtiyacı varHər kəs onu Vətən müharibəsinin ən qızğın çağlarında Mehmet Akif Ərsoyun "İstiqlal marşı"ndan səsləndirdiyi misralara görə tanımışdı. Odun-alovun içində, məğrurcasına deyilmiş o misralar çoxumuzun yanan ürəyinə su səpmişdi. Osmanlı əsgəri görünüşlü gəncin məşhur çıxışı internetdə yayılandan sonra az qala, zəfər himninə çevrilmişdi. Söhbət sözügedən marşı səsləndirən Vətən müharibəsi qazisi Hüseynov Murad İlqar oğlundan gedir.

"Qafqazinfo" qazinin evində olub, onun döyüş xatirələrini dinləyib. Məlum olub ki, 30 yaşlı Murad Hüseynov ailəsinin ilk övladıdır, özündən başqa kiçik qardaşı Nicat da var. Sən demə, qardaşlar döyüşlərdə çiyin-çiyinə döyüşüblər. Aprel döyüşlərinin də iştirakçısı olan Hüseynovlar Vətən müharibəsinə ilk günlərdən qoşulublar. Ayrı cəbhələrdə olsalar da, hər ikisi bir amal-Vətənin azadlığı uğrunda şərəflə vuruşub:

"Bir evdən iki qardaş müharibəyə getmişik, üç qardaş olsaydıq, yenə üçümüz də orduya qoşulardıq. Bizim torpağımızdırsa, onu qorumalıyıq. Orduda bütün millətlərin nümayəndəsi var idi, hamısı torpağımızın geri qaytarılması üçün əlindən gələni etməyə hazır idi. Hər kəsin beynində 30 ilin niskili vardı, Vətən üçün hər şeyə hazır idik. Bizim əsgərlərimiz çox mərddirlər, günlər olub ki, ac-susuz qalıblar, amma silahsız qalmayıblar. Şəhid olanda da əllərində silah olub".

Muradın döyüş yolu Talış, Suqovuşan istiqamətindən başlayıb, Kəlbəcərə qədər gedib çıxıb.

Muradla söhbət onu türk dünyasında məşhur edən "İstiqlal marşı"na gəlib çıxır. O, söylədiyi misraların tarixçəsini belə nəql edir:

"Türkiyə kanalı gəlib çəkəndə mən də bığlı olduğuma, Osmanlı əsgərlərinə oxşadığıma görə ön tərəfdə durdum. Ürəyimdən keçdi ki, danışım və o şeiri dedim. O şeirdən sonra əsgərlərimizdə böyük ruh yüksəkliyi yaranmışdı".

Ön cəbhədə Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüşən ikinci qardaş - 25 yaşlı Nicat isə hələ də müharibədəki ab-havadan çıxa bilmir. O, tez-tez silahdaşlarını xatırlayır, şəhid olan döyüş yoldaşlarının yoxluğu ilə barışa bilmir.

İndi ailənin bir problem var, evsizlik. İlqar deyir ki, vaxtilə cəbhədə döyüşən iki qardaş indi fiziki durumları ilə əlaqədar işləyə bilmirlər:

"Bir parça çörəyimiz olanda onu suya da batırıb yeyərik, amma ev problemimiz var. 22 ildir kirayədə qalırıq. Nə rayonda, nə də burada evimiz yoxdur. Əvvəllər özüm də, uşaqlar da işləyirdik, kirayə pulunu verə bilirdik. Oğlanlarım inşaatda fəhlə işləyirdilər, indi heç birimiz işləmirik. Mənim işlədiyim yerlərdə də virusla bağlı işçi sayını azaldıblar. Hər ayın 4-ü kirayə pulunu veririk, ev pulunu ödəməliyik, çətinlik çəkirik. Xahiş edirik, bizə köməklik olunsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1746   Tarix: 05 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Muzdla çalışanların SAYI artıb - STATİSTİKA

Mayın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 min nəfər və ya 0,1 faiz artaraq 1 milyon 678,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən -a bildirilib ki, onlardan 913,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,8 min nəfəri isə qeyri-dövlə

13 iyun 2021
.

İsraillə Azərbaycan arasında dəyirmi masa keçirildi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb, İsrail biznes dairələrinin iştirakı ilə İşgüzar Dəyirmi Masa keçirilib. İqtisadiyyat Nazirliyindən -a bildirilib ki, işgüzar görüşdə çıxış edən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birg

31 iyul 2021
.

"BİG Group" şirkətinin rəhbəri iqdisadiyyatın pandemiya və post pandemiya dövrünü şərh etdi

Artıq iki ilə yaxındır ki, qlobal miqyasda tuğyan edən Covid-19 pandemiyası və onunla bağlı qaydalar dünya iqtisadiyyatının çətin böhranla üz-üzə qoyub. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına hesablanan online sistem təkcə dünyada deyil, elə Azərbaycanda da iqtisadiyyatın bir ço

6 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

Ticarət mərkəzləri və "mall"ların fəaliyyəti nə zaman bərpa ediləcək? - AÇIQLAMA

Son günlər ərzində koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Karantinlə bağlı bəzi qadağalar aradan qaldırılsa da ticarət mərkəzləri və "mall"ların fəaliyyəti hələ də bərpa edilməyib. Bəs görəsən bu məsələ ilə bağlı tətbiq edilən qadağalar aradan qaldırıla bilərmi?. Mövzu il

5 may 2021
.

Azərbaycanda sosial ödənişlər nə qədər artıb?

Azərbaycanda son üç ildə sosial ödənişlər 2 400 00 00 manat və ya 60 faiz artaraq 6 400 00 00 manata çatıb, Dövlət Sosial Müdafiə Fonduna büdcədən transfert 40 faizdən 25 faizə enib. -ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ilin ilk yarısının yekununa dair keçirilə

31 iyul 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır

18 may 2021