Şahbaz Quliyevdən haqqında film çəkilməsinə dair fikirlərə MÜNASİBƏT
Düşmən girovluğunda olmuş soydaşlarımız haqqında film çəkilə bilər.
Bu barədə sosial şəbəkələrdə bir sıra müzakirələrə rast gəlinir.
Belə ki, düşmən girovluğunda saxlanılan Şahbaz Quliyevin 6 il 7 aylıq əzablı həyatını özündə əks etdirən film çəkilməsi ilə bağlı fikirlərə elə özündən münasibət öyrəndik.
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Şahbaz Quliyev bildirib ki, bu fikri ona ətrafında olan insanlar da deyib:
"Yoldaşlar da bu barədə mənə tez-tez fikirlərini bildirirlər. Əsirlik həyatımla bağlı belə bir layihənin hazırlanma ehtimalı varsa, etiraz etmərəm. Sözsüz ki, o günlər mənim yadımdan çıxmır. Amma erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında canlı şahid kimi belə bir layihənin gerçəkləşməsi yaxşı olar.
Televiziya verilişlərinin birində rejissor Rövşən İsaxın Qarabağ mövzusunda film çəkmək istədiyinə dair fikirlərini eşitdim. Bu barədə heç bir danışıq aparılmayıb, amma rejissorla görüşmək imkanım olsaydı, filmi məhz onun çəkməsini istərdim. Ətrafımdakı yoldaşlar film layihəsinin ictimailəşdirilməsini o qədər istəyiblər ki, hətta filmin adını da düşünüblər - "Qarabağ Əsiri".
Belə bir layihə hazırlanarsa ölkə başçısının vətəndaşına qayğısının mütləq şəkildə qeyd olunmasını istərdim. Bizim həyatdan ümidimizi üzdüyümüz bir zamanda belə ölkə başçımız bizim sağ-salamat ailəmizə, vətənimizə qovuşmağımız üçün əlindən gələni etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə tezliklə şəfa versin".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1332 Tarix: 07 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Uşağı yamsılayan it görənləri güldürür – VİDEO
İnsanların bu və ya digər heyvanı yamsılaması adi qəbul edilsə də, heyvanların insanları yamsılaması nadir rast gəlinən haldır.. . "Haber Global"ın təqdim etdiyi videonun qəhrəmanı olan it də məhz belə nadir heyvanlardan biridir.. . Onun "istedadı" görənləri güldürür..
7 aprelİki metrlik köpək balığı çimərlikdə təşviş yaratdı - VİDEO
Sidney yaxınlığında iki metr uzunluğunda olan köpək balığı insanlarla dolu çimərliyə doğru hərəkət edib və sahildə ilişib qalıb.. . Bu barədə "Daily Mail" xəbər yayıb.. . Əvvəlcə insanlar təşvişə düşüblər. Sonra onlar köpək balığının yaralı oduğunu görüblər, balıq 30 sm-dən də dayaz olan sud
7 aprelSmartfonların bahalaşacağı proqnozlaşdırılır
Smartfonların istehsalı üçün komponent hissələrin çatışmazlığı səbəbindən onlar bahalaşacaq.. . Sonxeber.az xəbər verir ki, bu barədə Çinin "MyDrivers" nəşri məlumat yayıb. Nəşr analitiklərinin sözlərinə görə, telefonların buraxılışı üçün komplekt hissələrin olmaması şirkətlərə qiymətləri qaldırara
7 aprelCOVID-19-dan sağalanlarda üzə çıxan DƏHŞƏTLİ İZLƏR
Britaniya və Amerika alimləri koronavirusun zehni sağlamlığa ciddi təsirinin olduğunu açıqlayıb.. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Lancet Psychiatry" elmi jurnalında dərc edilib. Bildirilib ki, hər üçüncü COVID-19 xəstəsi infeksiyadan altı ay sonr
7 aprelMənzilinə daxil olmaq üçün həyatını təhlükəyə atdı - VİDEO
Türkiyənin Antalya şəhərində mənzilinin açarlarını evdə unudan şəxs həyatını təhlükəyə atıb.. . "İhlas Haber Ajansı" (İHA) məlumat verir ki, dostlarının köməyi ilə kəndirdən tutan oğlan mənzilin pəncərəsindən evinə daxil ola bilib.. . Ətrafda olan şəxslər hadisəni anbaan telefonlarına çəkərə
7 aprelŞəxsi məlumatların oğurlanmasıyla bağlı "Facebook"dan AÇIQLAMA
"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.. . Sonxeber.az xəbər verir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:. . "Cinayətkarları
7 aprelMəşhur türkiyəli aktyor koronavirusa yoluxub - FOTO
Türkiyəli məşhur aktyor Murat Yıldırımın koronavirus testi pozitiv çıxıb.. . 41 yaşıl aktyor "Instagram" hesabından səhhəti ilə bağlı paylaşım edib:. . "Bir il qovduqdan sonra COVID məni də yaxaladı. Beşinci günündəyəm... Daha yaxşıyam, daha da yaxşı olacağam. Bütün dünyadan bu xəstəliyi
7 aprelHər altıncı amerikalı ailə ərzaq üçün pul çatışmazlığı yaşayır
Təxminən 22 milyon amerikalı (ölkədəki bütün həddi-buluğa çatmış şəxslərin 11 faizi) ərzağa ehtiyac duyur. Uşaqları olan hər altıncı ailə yemək üçün pul çətinliyi ilə qarşılaşıb.. . Bu barədə "Business Insider" xəbər yayıb.. . Yanvar ayında ABŞ Prezidenti Co Bayden ailələrə zəruri ərzaqları
7 aprel