Valideynlərin DİQQƏTİNƏ: "Uşaqlarda BU ƏLAMƏTLƏR varsa..." - AÇIQLAMA

Valideynlərin DİQQƏTİNƏ: "Uşaqlarda BU ƏLAMƏTLƏR varsa..." - AÇIQLAMAOperativ Qərarhagın məlumatına görə son günlər Covıd-19 infeksiyasına yoluxanların sayı durmadan artır.Eyni zamanda vaksin olunanlarında sayında da artım hiss olunur. Çox təəssüf ki, artıq uşaqların da bu virusa yoluxmasının şahidi oluruq. Sosial şəbəkələrdə yayılan məlumata görə, infeksiyanın hazırkı dalğasında daha çox uşaqlar yoluxacaq.

Sonxeber.az xəbər verir ki, bununla bağlı tanınmış pediatr Günay Rəsulova BiG.AZ- a açıqlama verib:

"Məktəblərin başlanması ilə əlaqədar əvvəlki dalğa ilə müqayisədə uşaqların Covıd-19 infeksiyasına yoluxduğunun daha çox şahidi olduq. Amma uşaqlarda daha çox qripə bənzər vəziyyət, yəni qızdırma, quru öskürək, pnevmaniya, ishal, qusma, mədə bağırsaq şikayətlərində bu infeksiya keçir. Bəzən isə sırf Covıd-19 xəstəsi ilə ünsiyyətdə olan uşaqda tam simptomsuz belə keçdiyini görə bilirik. Ancaq uşaqlarda son dönəmlərdə keçirilmiş coviddən sonra və ya infeksiyalı xəstə ilə təmasdan sonra simptom görünməsə də 4-6 həftə sonrasında postcovid sindromu deyilən vəziyyətlə üzləşdik. Postcovid sindromu deyilən vəziyyət hamasakiyə bənzər xəstəlik əlamətləridir. Yəni bütün orqan və sistemlərin tutulumudur. Bu xəstəlik ən çox ürək damarlarını zədələyir.

Ona görə biz həmişə valideynlərə belə hallarda diqqətli olmağa çağırırıq. Yəni əgər 4-6 həftə əvvəl evdə qrip, covid keçirən şəxs olubsa, bir ay sonra uşaqlarda nəsə narahatlıq hiss olunursa mütləq həkimə müraciət etmək lazımdır. Çünki orda postcovid sindromu ola bilər və gecikə bilərik. Gecikdirilən zaman isə bütün daxili orqanların zədələnməsi baş verə bilər. Ona görə bir az ehtiyyatlı olmaq lazımdır. Bundan başqa bağça yaşlı uşaqlarda qızdırma ilə covid xəstəliyini keçirdiyini görürük. Ən çox evdə covid xəstəliyini keçirən ailələrin uşaqları daha çox bu virusa yoluxduğunu görürük. Bir də əlbəttə ki, məktəbə gedən uşaqlarda bu virusa yoluxduğunun şahidi olduq. İndi təbii ki, məktəblər bağlanıb. Ona görə uşaqlar arasında bu virusa yoluxmada azalmanı hiss edirik. Amma şükürlər olsun ki, uşaqlar arasında ölüm halları çox-çox aşağıdır. Ona görə istəmirəm insanlar arasında panika yaşansın. Valideynlərə müraciət etmək istəyirəm ki, uşaqları gərəksiz ictimai yerlərə aparmaqdan, ictimai nəqliyyatdan istifadə eməkdən çəkinsinlər. Əgər ictimai nəqaliyyatdan məcburən istifadə edilirsə maskadan, əl dezinfektorlarından istifadə etsinlər. Sosial məsafəni qorumağa çalışsınlar. Qonaq getmə-gəlmə hallarını bu aralar təxirə salsınlar. Çünki biz pandemiyanın alovlanma dövründəyik.Bu baxımdan valideynlər ehtiyyatlı olsunlar".

Günay Rəsulova həmçinin uşaqların vaksinləşmə prosesinə də toxunub:

"Hələki uşaqlar arasında vaksinasia yoxdur. Amma ümid edirik ki, tədqiqatlar müsbət nəticə verər və vaksinasiya uşaqlar arasında da başalayar. Amma yaşı çatan insanların heç tərəddüd etmədən mütləq şəkildə peyvənd olunmalıdır. Çünki vaksinasiya olunan insanın bu xəstəliyi keçirmə ehtimalı çox-çox aşağıdır. Çünki vaksinasiya olunmaq ilk növbədə cəmiyyət qarşısında olan məsuliyyətdir. Bu həm özünü həm də doğmalarını qorumaq deməkdir. Ümid edirik uşaqlar arasında da vaksinasiya başlayar və uşaqların yoluxma statistikası sıfıra enər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1093   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

"Məbləğin bir qismi ödənildi" - Zamirə "Space TV"ə qayıtdı

"Space TV" ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkədə yazıb

23 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel