Ramazanda sərt karantin olacaq? - VİDEO

Ramazanda sərt karantin olacaq? - VİDEORamazanda sərt karantin olacaq? - VİDEORamazan ayının başlamasına artıq sayılı günlər qalır. Bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, son həftələrdə yoluxma sayının 3 minə yaxınlaşması və koronavirusdan vəfat edənlərin sayının artması narahatlıq doğurur. Bu da təbii ki, bəzi təbdirlərin alınmasını zəruri edir. Ekspertlər deyirlər ki, əgər müəyyən qapanmalara gedilməzsə, insanların xüsusilə iftar süfrələrində toplaşmaları yoluxma sayını kəskin şəkildə artıra bilər.

Bu il də Ramazan ayı koronavirus təhlükəsinin hələ də davam etdiyi pandemiya şəraitində keçəcək. Gündəlik yoluxma sayı 3 minə yaxınlaşır, ölüm halları hər gün artır. Bu statistikanın Ramazanda daha da artacağı istisna edilmir.

Xüsusilə müqəddəs günlərdə dini ayinlərin kütləvi şəkildə icrasına marağın artması başadüşüləndir. Ramazan ayı da bu baxımdan insanların aktivliyi ilə seçilir. Ancaq mövcud vəziyyət insanlardan daha anlayışlı və məsuliyyətli davranmağı tələb edir. O cümlədən, bu müqəddəs ayda evlərdə və ya restoranlarda kütləvi iftar süfrələrinin açılmaması, insanların bir-birləri ilə fiziki ünsiyyətdən müvəqqəti də olsa, qaçmaları tövsiyə olunandır. Hazırda koronavirus pandemiyasının növbəti və daha təhlükəli dalğasının pikini yaşadığımız bir dövrdə Ramazanda qapanma olmazsa, yoluxmanın sürətlə artacağı riski var. Ona görə də belə bir risk altında müəyyən qapanmalara gedilməsi istisna olunmur. Çünki insanların sağlamlıqlarının qorunması və ölüm hallarının artmaması üçün ötən il Ramazan ayı dövründə tətbiq edilən qapanma öz effektiv nəticəsini göstərmişdi.

Dini ayinlərin icrası insanların sağlamlıqlarını və hətta həyatlarını təhdid edəcək səviyyədə olmamalıdır. İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Haci Şahin Həsənli deyir ki, insan sağlamlığı dinimizdə də çox önəmlidir. İnsanlar özlərinin və başqalarının sağlamlıqlarına təhlükə olacaq əməllərdən çəkinməlidirlər.

İlahiyyatçı deyir ki, kütləvi toplaşmalar olmasa da, dini ayinlər icra olunacaq və insanlar evlərində rahat şəkildə bu ayinlərə qoşula biləcəklər.

Ramazan ayının başlaması bir çox müsəlman ölkəsini də hərəkətə keçirib. Yoluxma sayının artması təhlükəsinə görə Türkiyədə kütləvi sahur və iftar süfrələri açmaq və ümumiyyətlə ölkə üzrə həftəiçi axşam saat 21:00-dan səhər saat 05:00-dək, həftə sonları isə gün ərzində küçəyə çıxmaq qadağan ediləcək. Üstəlik, təravih namazları məscidlərdə qılınmayacaq, kafe və restoranlar qapadılacaq. Səudiyyə Ərəbistanı da məscidlərdə sahur və iftar yeməkləri təşkilini ləğv etməyi düşünür. Misirin Səhiyyə Nazirliyi isə əhalidən Ramazanda ənənəvi ziyarətlərdən və bayramlaşmalardan çəkinməyi tələb edib.

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı Ramazan ayında koronavirus infeksiyasının şiddətlənə biləcəyi ilə bağlı müsəlman ölkələrinə xəbərdarlıq edib. Bildirilir ki, xüsusilə camaat halında qılınan namazlarda, iftar məclislərində insanların kütləvi toplaşması virusun yayılmasını kəskin şəkildə artıra bilər.(xəzərxəbər)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3317   Tarix: 10 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Culfada dəhşətli qəza: Ölənlər var - FOTO

Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Niva" markalı avtomobillə "Tofaş" markalı maşın toqquşub. Nəticədə Kamal Qürbət oğl

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel