Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatı

Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatıSonxeber.az Kulis.az-a istinadən aktyor Fikrət Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Fikrət Əli oğlu Məmmədov 1 yanvar 1956-cı ildə anadan olub. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu olub. Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

***

Fikrət Məmmədovu kinostudiyada hər zaman "Fiko" deyə çağırıblar. O, "Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə", "Cin mikrorayonda", "Çarə", "Doğma sahillər", "Əlaqə", "Fəryad", "Fırıldaqçı", "Gözbağlıcı", "Gümüşgöl əfsanəsi", "Güzgü", "Hədiyyə", "İbrət dərsi" və başqa filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor "Fəryad" filmindəki Aşot obrazı ilə yaddaşlarda iz qoyub.

2014-cü ildə aktyorun ölüm xəbəri yayılır. Araşdırmalar zamanı məlum olur ki, o, "bomj" həyatı yaşayır. Verilişlərin birinə qonaq kimi dəvət olunan aktyor deyir: "Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da 15 ildir ki, küçələrdəyəm. Hər ikimizin günahı var. Evsiz olduğumdan köhnə evimizin yanında yerləşən parkda qalıram. İndi skamyada yatıram. Qonşular yemək verir. Qəzaya düşmüşəm. Çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm. Səhnəyə çıxmağa utanıram."

2018-ci ildə Fikrət Məmmədovun səhhətində ciddi problem yaranır. Hepatit virusuna yoluxan aktyor bir müddət 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən lazımi dərmanları ala bilmir və xəstəxanadan çıxmalı olur.

***

Aktyor son olaraq "Ol" teatrında tələbələri ilə birgə çalışmağa başlayıb. Lakin arzuladığı dəstəyi görmədiyindən fəaliyyətini dayandırmağa məcbur olur.

Fikrət Məmmədov "Ata ocağı", "Əks təsirlər" kimi seriallarda rol alsa da, sonradan bu dəvətlərin arası kəsilir. Qazancı kirayə puluna çatmadığı üçün aktyor bir ay paytaxtda fəaliyyət göstərən kompüter klublarından birində gecələməli olub.

Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor ötən gün 65 yaşında ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən "Qocalar evi"ndə vəfat edib.
Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatıMüalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatıMüalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatıMüalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 3974   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Bu gün mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür. xəbər verir ki, bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir. 1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş

29 iyun 2021
.

Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev müalicə üçün Türkiyəyə aparılıb. APA-ya istinadən xəbər verir ki, bu haqda xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, A.Babayevin iki gün öncə Türkiyəyə yollandığını deyib:. "Bilirsiniz ki, atam ötən i

30 iyun 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

100 şəkli Bakıda sərgilənən Reza Deqati: "30 ildir ki, dünyaya bu mesajı çatdırıram" - FOTOLAR

Bakıda Heydər Əliyev Mərkəzində dünya şöhrətli fotoqraf Rza Deqatinin "Fotoların tarixi" adlı sərgisi baş tutub. xəbər verir ki, tədbirdə dünyaca məşhur fotoqraf Reza Deqatinin 100 fotosu sərgilənib. Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyə

31 iyul 2021
.

Alim Qasımov nəvəsi üçün qonaqlıq verdi - VİDEO

Xalq artisti Alim Qasımovun ailəsi ilə birlikdə yollandığı şam yeməyindən görüntülər yayılıb. xəbər verir ki, xanəndə nəvəsinin ad günü və universitetə daxil olmasını qeyd edib. Gecədə mahnılar səsləndirən ifaçıya qızı, Əməkdar artist Fərqanə Qasımova, nəvələri də qoşulublar

19 iyun 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021